Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-83/2024 09.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlununu katibliyi, İddiaçı cavabdeh Borclu qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən itirilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 1930 manat, ƏDV olan 347 manat 40 qəpik olmaqla, ümumilikdə 2277 manat 40 qəpik pul vəsaitinin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mehtiyev X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təyin edilmiş cəza müddəti ərzində Borclu üzərinə yaşayış yerini hər gün 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək yaşadığı inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm icra olunması üçün xx.xx.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Hökm icraata daxil olduqdan sonra qanuna müvafıq qaydada icraata götürülmüş və xx.xx.2021-ci il tarixdə Borclu “Attenti” ENV-si tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 1 ədəd mobil qurğunun enerji adapteri təhvil verilmişdir. Borclu təyin olunmuş cəzanı tam olaraq çəkib qurtardığı üçün elektron nəzarət vasitələrini şöbəyə təhvil verərkən mobil nəzarət qurğusunun itirdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçındən daxil olmuş 21-2/3-7288 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Probasiya şöbəsi T.Mehdiyev tərəfindən vurulmuş maddi ziyan tələbi barədə iddia ərizəsinə baxaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 1(071)- 64/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə onun üzərinə üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərar olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 7(071)-36/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Borclu yaşayış yeri dəyişdirilərək Abşeron rayonu Xırdalan qəsəbəsi H.B.Zərdabi küçəsi ev 13 A olması müəyyən edilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, məhkəmənin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar Borclu elektron nəzarət vasitəsi təhkim olunmuşdur. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən verilmiş ED- M-96-21 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, sadə elektron qolbağın dəyəri 1930 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-64/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Borclu üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Cavabdeh məhkum Borclu hökmün icrası ilə əlaqədar elektron nəzarət vasitələri ona təhkim olunarkən, elektron nəzarət vasitələrinin zədələnməsi və ya hər hansı şəkildə yararsız vəziyyətə salınması halında dəymiş ziyanın ondan tutulacağı barədə xəbərdar edilmişdir. Cavabdeh mobil qurğunu və elektron qolbağı kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə dəyəri 1930 manat olan elektron nəzarət vasitəsini itirmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən vurduğu ziyana görə 2277 manat 40 qəpik pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Bundan başqa, iddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 1000 manatdan çox 10000 manatdan aşağı olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci və Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 39,30 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən 39,30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Borclu 2277 manat 40 qəpik pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Borclu 39,30 manat (otuz doqquz manat otuz qəpik) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-83/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-83/2024
09.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver