Məhkəmə qərarları › İş №2(071)-830/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-830/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-830/2022 07.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı Əlipaşa oğlunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlipaşa oğlu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3.500 manat əsas borc və ödənilmiş 55 manat dövlət rüsumu olmaqla, cəmi 3.555 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Ağayev X2 şəhəri S.Almazov küçəsi ev 64-də yaşayır. Cavabdeh onun qonşusudur, Hacıqabul şəhəri S.Almazov küçəsi ev 61-də yaşayır. Cavabdeh onu aldadaraq oğlu Kamranı Rusiya Federasiyasına aparmaq məqsədi ilə ondan 3.500 manat pul almışdır. O, bununla bağlı Hacıqabul RPŞ-nə müraciət etsə də, Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X3 cavabdehi çağıraraq izahatını almış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Ona isə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən edilir ki, Cavabdeh Eminov X4 Araz Əlipaşa oğlunu aldadaraq oğlu Kamranı Rusiya Federasiyasına aparmaq məqsədi ilə ondan 2.000 manat pul almışdır. Həmin pul ilə 2 gün sonra oğlu Kamranla cavabdeh Türkiyənin İstanbul şəhərinə getmişlər. Oradan Hümmət ona zəng edərək Rusiyaya getmək üçün aldığı biletin batdığını və bileti qaytara bilmədiyini bildirərək yenidən bilet almaq üçün ondan 700 manat pul istəmişdir. O, Hacıqabul şəhərində yerləşən Respublika Bank vasitəsi ilə Hümmətə 700 manat pul göndərmiş və bundan sonra oğlu ona zəng edərək Hümməti tapa bilmədiyini bildirmişdir. Bundan sonra o məcbur olaraq oğluna 200 və 700 manat olmaqla cəmi 900 manat pul göndərmiş və ümumilikdə ona 3.600 manat maddi ziyan dəymişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı Əlipaşa oğlunun oğlu Kamranı Rusiya Federasiyasına aparmaq məqsədi ilə ondan ümumilikdə 2.700 manat pul almış, lakin üzərinə götürdüyü vəziəsini yerinə yetirməyərək İddiaçı Əlipaşa oğlunun oğlu Kamranı İstanbulda ataraq qaçmışdır. İddiaçı Əlipaşa oğlu məcbur qalaraq oğluna Azərbaycana qayıtmaq üçün ümumilikdə 900 manat pul göndərmişdir. Beləliklə Cavabdeh İddiaçı Əlipaşa oğlunu aldatması nəticəsində iddiaçıya ümumilikdə 3.600 manat ziyan dəymiş və cavabdeh xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda bunu etiraf etmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 3.500 manat əsas borc və ödənilmiş 55 manat dövlət rüsumu olmaqla, cəmi 3.555 manat pul tutularaq İddiaçı Əlipaşa oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3.500 manat əsas borc və ödənilmiş 55 manat dövlət rüsumu olmaqla, cəmi 3.555 (üç min beş yüz əlli beş) manat pul tutularaq İddiaçı Əlipaşa oğluna ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar