Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-84/2023 17.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin cavabdeh X4 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “BMW” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1510 manat və X1 dəymiş yüngül xəsarətə görə isə 750 manat olmaqla, cəmi 2260 manat pulun və ödənilmiş 43 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə X2 idarə etdiyi “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “BMW” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə zamanı “BMW” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “BMW” markalı, 90-SF- 476 dövlət qeydiyyat nişanlı avtomobilə görə 1510 manat və X1 dəymiş yüngül xəsarətə görə isə 750 manat məbləğində ödəniş həyata keçirilmişdir. X5 xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni etibarnamə olmadan avtomobili idarə etdiyinə görə X4 qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işin bütün məhkəmə iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, yük daşıma ilə bağlı işləmək üçün Şahid qardaşı X9 müraciət etmişdir. Bundan sonra, X12 ona “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil verərək qardaşı Şahidla birlikdə tikinti materialları daşımaq üçün Bakı şəhərinə göndərmişdir. Həmin vaxt Şahid da həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. O, Şahid ilə birlikdə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində onun idarə etdiyi avtomobilin kardanı açılaraq həmin istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobilin hərəkət zolağına düşmüş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində “BMW” markalı avtomobildə olan X13 yüngül xəsarət almışdır. Baş vermiş hadisədə onun heç bir günahı olmamışdır. Həmin vaxt avtomobili idarə etmək üçün özünün etibarnaməsi olmasa da, avtomobildə yanında əyləşmiş, avtomobili idarə etmək üçün ona vermiş Nahid Qasımovun qardaşı Şahid avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Həmin hadisə ilə bağlı o, ümumiyyətlə inzibati məsuliyyətə cəlb edilməmiş, ona cərimə tətbiq edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, onun qardaşı X12 bir neçə yük avtomobili alaraq həmin avtomobilləri etibar etdiyi sürücülərə verməklə yük daşıma fəaliyyəti ilə məşğul olur. Cavabdeh onun qardaşından iş istədiyi üçün qardaşı “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə təhvil vermiş və cavabdehin yük avtomobilini idarə etmək bacarığını yoxlamaq üçün üçün onunla birlikdə Bakı şəhərinə tikinti materialları daşıması üçün göndərmişdir. O, cavabdehlə birlikdə həmin avtomobillə Bakı şəhərinə gedərkən, Şabran rayonu ərazisində avtomobilin kardanı açılaraq yola düşmüş və eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobilin kardana dəyməsi nəticəsində qəza baş vermişdir. Hadisə zamanı avtomobili cavabdeh idarə etmiş, özü isə onun yanında əyləşmişdir. Polis idarəsində verdiyi izahatda da cavabdehin yanında olduğunu bildirmişdir. İş materiallarında olan AC seriyalı, 098450 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarında olan icbari sığorta müqaviləsinə yoxlanılmasına dair sistemdən çıxarışdan görünür ki, “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyəti sığorta hadisəsinin baş verdiyi xx.xx.2017-ci il tarixdə “Atəşgah" Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur. İş materiallarında olan xx.xx.2016-cı ƏN-V 421853 nömrəli etibarnamədən görünür ki, X10 mülkiyyətində olan , “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı sərəncam vermək səlahiyyəti də daxil olmaqla bütün səlahiyyətlər etibar edən X12 tərəfindən xx.xx.2016-cı il tarixdən bir il müddətinə (xx.xx.2017-ci il tarixədək) Şahid verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, xx.xx.2017-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən və məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, xx.xx.2017-ci il tarixdə X2 idarə etdiyi “Dongfeng DFL3310A14” markalı, **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobildən qopan kardanın X6 idarə etdiyi “BMW” markalı, 90- SF- 476 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına düşməsi nəticə düşməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində “BMW” markalı avtomobilə maddi zərər dəymiş, avtomobildə olan sərnişin X13 isə yüngül bədən xəsarəti almışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli sığorta aktından və ödəniş tapşırığından görünür ki, xx.xx.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, 90-SF- 476 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X7 1510 manat, X1 dəymiş zərərə görə isə 750 manat sığorta ödənişi “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən zərər çəkmiş şəxslərə ödənilmişdir. İş materiallarında olan Şabran rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi barədə Şabran rayon polis şöbəsində heç bir araşdırma aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi faktı üzrə sənədlər xx.xx.2017-ci il tarixdə sığorta şirkətinə təqdim edilmiş və 2017-ci ildə baş vermiş hadisələr üzrə sənədlərin saxlanma müddəti başa çatdığı üçün məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi müqabilində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsində göstərilir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2017-ci il tarixdə Bakı-Quba Dağıstan yolunun Şabran rayonu ərazisindən keçən hissəsində X5 (cavabdeh) tərəfindən idarə olunan “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin kardanı yaxın məsafədən açılaraq X6 idarə etdiyi “BMW” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına düşmüş, “BMW” markalı avtomobil yola düşmüş kardanın üzərindən keçdikdə avtomobilə maddi zərər dəymiş, eyni zamanda həmin hadisə nəticəsində avtomobildə olan sərnişin X13 yüngül bədən xəsarəti almışdır. “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini icbari qaydada sığorta etmiş sığortaçı “Atəşgah" Sığorta Şirkəti ASC isə avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X7 1510 manat, X1 dəymiş zərərə görə isə ona 750 manat sığorta ödənişi etmişdir. Hazırda iddiaçı, baş vermiş yol nəqliyyat hadisə zamanı cavabdehin “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsi olmadan idarə etdiyini əsas gətirərək, zərər çəkmiş şəxslərə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasında isə cavabdeh izahatında bildirdi ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə edərkən, avtomobilin qanuni sahibi olan Şahid da onun yanında olmuşdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən subroqasiya hüququnun yaranması üçün icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi müəyyən edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hesab edilə bilən halın təfərrüatları barədə arayışda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarda baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdehin “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etməsi göstərilsə də, bu hal cavabdehin həmin avtomobili idarə etmək hüququ olmadığı anlamına gəlmir. Belə ki, işin faktiki hallarından da görünür ki, hadisə vaxtı cavabdehin həmin avtomobili idarə etmək üçün həqiqətən də etibarnaməsi olmamışdır. Lakin, “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi”ndən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olduğu hallarda, həmin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi qiymətləndirilir. Cavabdeh isə şahid qismində dindirilməsi üçün avtomobilin həmin dövrdə qanuni sahibi olmuş Şahid məhkəməyə dəvət etmişdir. Şahid isə ifadəsində bildirmişdir ki, yolnəqliyyat hadisəsi baş verən vaxt o, cavabdehin idarə etdiyi “Dongfeng DFL3310A14” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildə cavabdehin yanında əyləşmişdir. Bundan başqa, “Sübutların mümkünlüyü”ndən bəhs edən Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin prosessual normanın tələbinə əsasən məhkəmə hesab edir ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi halının təsdiqi yalnız səlahiyyətli orqanının bu barədə inzibati tənbeh vermə haqqında qərarı əsasında mümkün ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək özlüyündə inzibati xəta hesab olunur (İXM 332 maddə). Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X5 avtomobili hüququ olmadan idarə etmiş olsa idi, səlahiyyətli orqan cavabdehin İXM-in 332.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul etməli idi. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin avtomobili buna hüququ olmadan idarə etməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, onun İXM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi görünmür. İddiaçı məhkəmə baxışı zamanı da bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İşin bu halını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqanın yolnəqliyyat hadisəsindən sonra cavabdeh barəsində İXM-in 332.1-ci maddəsi ilə protokol tərtib etməməsi, onu həmin maddə ilə təqsirli bilməməsi, cavabdehin həmin vaxt nəqliyyat vasitəsini hüququ olmadan idarə etməsi halını istisna edir və bu vəziyyət şahidin ifadəsində göstərdiyi xüsusatlarla da uzlaşır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh X2 xx.xx.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili hüququ olmadan idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmadığından, iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin cavabdeh X4 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin cavabdeh X4 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu “Atəşgah" Sığorta Şirkəti ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17
Məhkəmə qərarları › İş №2(071)-84/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-84/2023
17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver