Məhkəmə qərarları › İş №2(071)-84/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-84/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-84/2024 12.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 iştirakları ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması”tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2112 saylı kredit müqaviləsi üzrə 1589,84 manat əsas və 1278,24 manat faiz borcu olmaqla, cəmi 2868,08 manat borcun və ödənilmiş 48,68 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh6 qarşı cəmi 2868,08 manat məbləğində problemli borcu üzrə tələb hüququ da 17 oktyabr 2017-ci il tarixli S-FK-SİR 116 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2112 saylı kredit müqaviləsinə əsasən yaşadığı mənzili təmir etdirmək məqsədilə Cavabdeh6 12 ay müddətinə illik 24%-lə 1900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şirvan filialı ilə zamin Cavabdeh1 arasında xx.xx.2012-ci tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh6 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. ünvan 1 ünvanında yaşayan borcalan Cavabdeh6 vəfat etmişdir. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 105 saylı arayışına əsasən Cavabdeh6 vəfat etdikdən sonra onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X1 və X2 onun hüquqi varisi olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-84/2024 saylı qərardadına əsasən Cavabdeh1 iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl öldüyünə görə, mülki iş üzrə icraata ona aid hissədə xitam verilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfindən iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, anası Cavabdeh6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Anasının mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak olmamışdır. Bu səbəbdən anası öldükdən sonra onlara miras olaraq heç bir əmlak qalmamışdır. Ona görə də hesab edir ki, anasının bankdan götürdüyü kreditə görə onun övladları cavabdehlik daşımır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 Cavabdeh5 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan kassa məxaric orderindən və təhvil-təslim aktından görünür ki, "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 1900 manat kredit verilmişdir. Daha sonra "xxxx" ASC-nin həmin kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. İş materiallarında olan borca dair məlumatdan görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh6 1589,84 manat əsas borcu və 1278,24 manat faiz borcu qalmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.11.201-cu il tarixli, 191 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, "xxxx"ASC ilə borcalan Cavabdeh6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 1900 manat kredit verilmişdir. Daha sonra "xxxx"ASC-nin həmin kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh6 1589,84 manat əsas borcu və 1278,24 manat faiz borcu olmaqla, cəmi 2868,08 manat qalmışdır. Cavabdeh6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Hazırda İddiaçı QSC BOKT həmin borcun mərhum borcalanın birinci növbə vərəsələri sayılan cavabdehlərdən tutulmasını tələb edir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında göstərilir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsinin Plenum qərarındakı mövqeyindən görünür ki, vərəsə miras qoyandan hər hansı formada miras əmlak qəbul etdiyi halda, o, miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıya bilər. Əgər şəxs öldükdən sonra, onun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak olmamışdırsa və ya mülkiyyətində olmuş əmlak qanun üzrə vərəsə sayıla biləcək şəxslərə keçməmişdirsə, bu zaman həmin şəxslər ölmüş şəxsin öhdəliklərinə görə onun kreditorları qarşısında cavabdehlik daşımırlar. Hazırki mülki işin faktiki halları da qeyd olunan təfsirə uyğun gəlir. Belə ki, məhkəmə araşdırması zamanı kredit müqaviləsi üzrə borcalan Cavabdeh6 öldüyü vaxtadək onun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakın olması müəyyən edilməmişdir və iddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM 77.1). İddiaçı sübut kimi yalnız Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı məhkəməyə təqdim etmişdir və həmin arayışda yalnız mərhumə Cavabdeh6 övladlarının (cavabdehlərin) şəxsiyyətləri barədə məlumatlar əks olunmuş, mərhumə tərəfindən hər hansı miras əmlakın qalması barədə məlumat göstərilməmişdir. Yəni, həmin arayış mərhumə Cavabdeh6 mülkiyyətində hər hansı əmlak olmasını və həmin əmlakın vərəsə kimi cavabdehlər tərəfindən qəbul edilməsini təsdiq etmir. Beləliklə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcalan Cavabdeh6 öldüyü vaxtadək onun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakın olması müəyyən edilmədiyindən və məhkəmə araşdırması zamanı da təklif edilməsinə baxmayaraq, iddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etmədiyindən, bununla da borcalanın ölümündən sonra övladları olan hazırki iş üzrə cavabdehlərin vərəsəlik qaydasında ondan hər hansı miras əmlak qəbul etmədikləri müəyyən edildiyindən, cavabdehlər borcalanın öhdəliyinə görə onun kreditoru olan iddiaçı qarşısında mülki məsuliyyət daşımırlar. Bu səbəbdən, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 48,68 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması”tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 48,68 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar