Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-849/2024 10.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində yaşadığı evdə olan zaman “bina.az” saytında yerləşdirilən elan onun diqqətini çəkmişdir. Elanda Yasamal rayonu, D.Bünyadzadə küçəsində iki otaqlı 72 kv metr sahəsi olan təmirsiz evin 78000 manata satılması göstərilmişdir. O, elanda qoyulmuş ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq evi almaq istədiyini bildirmişdir. Özünü Samir kimi təqim edən şəxs alqı-satqı üçün Bakı şəhərinə gəlməsini təklif etmişdir. xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərindən Bakı şəhərinə yoldaşı İddiaçı2 ilə birlikdə gəlmişdir. Samir adlı şəxsin tapşırığı ilə Cavabdeh ilə Yasamal rayonu D.Bünyadzadə küçəsində Vital klinikasının yanında görüşmüşlər. Cavabdeh onları sözügedən ünvanda satışa qoyulmuş mənzili göstərmək üçün dəvət etmişdir. Onlara Vital klinikasının arxasında yerləşən 17 mərtəbəli binanın müxtəlif mərtəbələrində yerləşən 72 kv metrlik 1 otaqlı təmirsiz evləri göstərərək satmaq istədiyi mənzilin sahibinin hal-hazırda burada olmadığı üçün qapını aça bilməyəcəyini demişdir. Daha sonra iddiaçılar oradan çıxaraq birlikdə Samir və İlhamın işlədikləri “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən ofislərinə getmişdir. Orada İlham və Samirin təkidi ilə 1000 manat pulu yoldaşı İddiaçı2 iştirakı ilə beh qismində vermişdir. Pulu təqdim etdikdən sonra İlham onlarla beh müqaviləsi bağlamışdır. Razılığa əsasən 1 həftə sonra mənzilin yarı pulunu gətirməli idilər. Pulu gətirdikdə ev sahibi ilə görüşməli və mənzili adlarına keçirməli idilər. xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə yoldaşı İddiaçı2 ilə birlikdə gəlmişdirlər. O, Samirlə danışıb ofisə getmişdir. Ofisdə İlham 6000 manat pul vermək lazım olduğunu deyərək ev sahibi kimi özünü təqdim edən şəxslə İddiaçı1 mobil telefon vasitəsi ilə danışdırmışdır. İlhamın sözlərinə və qurduğu oyuna inanıb 6000 manat pulu ona vermişdir. İlham pulu aldıqdan sonra beh müqaviləsi bağlamış və onlar müqaviləni imzalamışdırlar. İlham ona evə gedərək gözləməsini, özünün isə mənzilin açarlarını götürərək gələcəyini demişdir. O, ünvana getmişdir. Lakin, 7 saat gözləməsinə baxmayaraq İlham oraya gəlməmişdir. İlham gəlmədiyi üçün ona zəng edib pulumu geri istəmiş, lakin İlham 2.000 manatı ev sahibinə beh göndərdiyini, ev sahibinin Türkiyə Respublikasında olduğunu və iki həftəyə gələcəyini bildirmişdir. Həmin vaxtdan İlham müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışdır. Ümumilikdə isə İlhama 7000 (yeddi min) manat pul vermişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə, danışıqlar olmasına baxmayaraq edilən cəhdlər nəticəsiz qalmışdır. Hətta cavabdeh təxmini olaraq 20 dəfə onu Bakı şəhərinə çağıraraq pulu qaytaracağını bildirsə də, pulunu qaytarmamışdır. Pulu geri qaytarmadığından Yasamal Rayon Polis İdarəsinə bununla bağlı şikayət etmişdir. Şikayətilə bağlı müvafiq araşdırma aparılmış, tərəflərin izahatı alınmış, araşdırma zamanı cavabdeh 7.000 manat pulu aldığını öz izahatı ilə bir daha etiraf və təsdiq etmişdir. Araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü ıl tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən hallar həmin qərarla bir daha təsdiq olunur. Nəticə etibarı ilə tərəflər arasında olan münasibətlərin mülki xarakterli olduğundan ona ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin aralarında olan bir çox yazışmalar və səs yazıları da varki cavabdehin 7000 manat pulu alması bir daha təsdiq və sübut olunur. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin hazırda onlara olan borc məbləği 5.900 manat təşkil edir. Həmin məbləğin Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmasını məkəmədən xahiş etdilər. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçılara olan ümumi borcdan ödənişlər etmişdir. Hazırda iddiaçılara - İddiaçı1 və İddiaçı2 olan borcu 5900 manat təşkil edir. İddianı 5900 manat olan hissədə qəbul edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini 5900 manat borc hissəsində qəbul etdiyini bildirdi. Yalnız etiraf etdiyi hissədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-53/2- 38469/2024 saylı məktubundan və ona əlavə olunmuş xx.xx.2024-cü il tarixli Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən müəyyən olunur ki, iddiaçılar Yasamal Rayon Polis İdarəsinə müraciət etsələr də, tərəflər arasındakı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli beh müqaviləsində müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh daşınmaz əmlakın alınması məqsədi ilə 1000 manat və 6000 manat olmaqla, cəmi 7000 manat məbləğində beh vermişdirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli beh müqaviləsi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh daşınmaz əmlakın alınması məqsədi ilə 1000 manat və 6000 manat olmaqla, cəmi 7000 manat məbləğində pul vermişdirlər. Cavabdeh iddiaçılara olan ümumi borcdan 1100 manatını ödəmişdir. Hazırda onun iddiaçılara - İddiaçı1 və İddiaçı2 olan borcu 5900 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 5900 (beş min doqquz yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5900 (beş min doqquz yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-849/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-849/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver