Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-888/2022 10.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat borcun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Şirvan şəhəri Mehmandarov küçəsi ev 14 mənzil 3-də yaşayır və yaşa görə 266 manat pensiya alır. Yeganə qazanc yolu pensiyasıdır, əri yoxdur, 1 oğlu var, o da həbsxanadadır. Şirvan şəhərində kənd evləri yaşayış massivində yaşayan Mirzəhra adlı qadınla gözəl dostluq münasibətləri olmuşdur. Bu münasibətləri uzun illər davam etmişdir. Bir-birinin evinə gediş-gəlişləri olmuşdur. Təxminən 4-5 il bundan qabaq Mirzəhra onlara gələrək, bacısı oğlu Kamilə pul lazım olduğunu, bankdan pul götürmək istədiyini bildirərək, ondan köməklik göstərməsini xahiş etmişdir. O, uzun müddət tanış olduqlarına görə və onlara inandığına görə razılaşmışdır. Bundan sonra o, bankdan pul almaq üçün mülkiyyətində olan Şirvan şəhəri Mehmandarov küçəsi 14 nömrəli evin 3 nömrəli mənzilini banka ipotekaya qoymalı olduğunu öyrənmişdir. Cavabdeh ağır seyid olduğundan o, cavabdehə inanaraq evini "xxxx" QSC-yə ipotekaya qoyaraq 20.000 manat pul götürmüş və Cavabdeh borc vermişdir. Soltanov X2 yanında alverlə məşğul olduğunu, həmin pulu ödəmək üçün maddi imkanı olduğunu bildirərək, ona 1 il müddətinə ipotekanın pulunu ödəyəcəyinə söz vermişdir. Cavabdeh aldığı borcdan ona 1.000 manat verərək, ona bu pulu bir ana kimi pay verdiyini bildirmiş və qalan pulu bir il müddətində hissə-hissə banka ödəyəcəyini bildirmişdir. Lakin hazırda həmin söhbətdən 5 il keçməsinə baxmayaraq Kamil ipoteka ilə götürdüyü puldan 1 manat belə ödəməmişdir. "xxxx" QSC borcun tutulması və tələbin ipotekaya yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o, dəfələrlə Kamilin qohumu Mirzəhranın evinə, Kamilin evinə, Mirzəhranın qardaşı Hacıqabul rayon Qubalıbaloğlan kəndinin Bələdiyyə sədri Mircəfərin yanına gedərək, pulu ödənilməsini xahiş etmişdir. Onlar hər dəfə ona pulun ödənilməsi barədə söz versələr də, bu vaxta kimi pul ödənilməmişdir. Bu səbəbdən o, hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Bundan sonra Kamil dəfələrlə onun evinə gələrək üstünə bıçaq çıxarmış, onu ərizəni geri götürməyəcəyi halda öldürməsi ilə hədələmişdir. Daha sonra Şirvan şəhər prokurorunun köməkçisi Nigar Şıxkərimova cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Hal hazırda icra məmurları onun evinin boşaldılmasını tələb edirlər. Cavabdeh 20.000 manat pulu könüllü olaraq ona qaytarmaq istəmir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehin məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram vuraraq İddiaçı 10.000 manat borcu olduğunu etiraf etmiş, borcu hissə-hissə ödəyəcəyini bildirmiş, işi ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Cavabdeh həmçinin məhkəməyə ərizə göndərərək, ərizəsində iddia tələbini qismən qəbul etdiyini, cavabdehə borclu olduğu pulun bir hissəsini ödədiyini, bu səbəbdən iddianın qismən qəbul edilməsinə heç bir etirazının olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddianı qismən qəbul etməsinə dair ərizəsini və teleqramını nəzərdən keçirərək, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Şirvan şəhər Prokuroru köməkçisi İİİ dərəcli hüquqşünas Nigar Şıxkərimova cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək, Cavabdeh onu ölümlə hədələdiyini bildirmişdir. Sonradan İddiaçı Polis şöbəsində verdiyi izahatda Kamilin ona olan pulu ödəməyəcəyini düşündüyü və əsəbi olduğu üçün Kamilin onu ölümlə təhdid etdiyini və bu səbəbdən intihar edəcəyini bildirmiş, əslində Kamilin onu ölümlə təhdid etmədiyini, hazırda Kamildən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cavabdeh inanaraq İddiaçı özünə məxsus Şirvan şəhəri Mehmandarov küçəsi 14 nömrəli evin 3 nömrəli mənzilini "xxxx" QSC-yə ipotekaya qoyaraq 20.000 manat borc pul götürmüş və Cavabdeh borc vermişdir. Lakin Cavabdeh borcu ödəmədiyinə görə bank İddiaçı məhkəməyə vermiş və borcun ondan tutulması və borcun tutulması ipoteka ilə yüklü etdiyi Şirvan şəhəri Mehmandarov küçəsi 14 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilmişdir. Mübahisənin mülki xarakterli olması qeyd edilməklə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Şirvan şəhər pokurorunun vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Zaur Qasımovun xx.xx.2022ci il tarixli 257m nömrəli məktubu ilə Şirvan şəhəri Mehmandarov küçəsi 14 nömrəli evin 3 nömrəli mənzilində yaşayan İddiaçı şikayəti əsasında aradırılmış material üzrə Şirvan şəhər Polis Şöbəsinin TBnin təhqiqatçısı, polis baş leytenantı X1 qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı xx.xx.2022-ci il tarixdə Şirvan şəhər pokurorunun vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Zaur Qasımov tərəfindən ləğv edilərək, əlavə araşdırmanın aparılması üçün Şirvan şəhər Polis Şöbəsinə göndərilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə kreditorun müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Aldığı borcu qaytarmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ona 20.000 manat borcu olduğunu göstərsə də, məhkəmə iclasında bunu sübut edən heç bir əsaslı və yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəməyə ərizə və teleqramla müraciət edərək, iddianı qismən qəbul etdiyini və İddiaçı 10.000 manat borcu olduğunu etiraf etmişdir. Bu səbəbdən iddia tələbi cavabdehin borcu etiraf etdiyi məbləğ həddində, yəni 10.000 manat hissəsində əsaslı hesab edilir. Çünki, iddiaçı cavabdehə 20.000 manat borc pul verməsini təsdiq edən cavabdehin imzası ilə olan yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10.000 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni 10.000 manat tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiası qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-888/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-888/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver