Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-893/2022 15.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, İddiaçı və digər iddiaçı X1 nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 22.800 manat borc və ödənilmiş 158,40 manat dövlət rüsumu olmaqla, cəmi 22.958,40 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh ayrı-ayrı vaxtlarda borca pul vermişdir. Onun cavabdehə verdiyi pullar anası Hafizəyə və Turanə Abuşovaya məxsus olmuşdur. O, pulları Bəkirə Turanənin qardaşı Anar vasitəsilə vermişdir. Bir müddət əvvəl o və Turanə Abuşova pulu tələb etmək üçün Cavabdeh yaşadığı Hacıqabul rayon Abdulabad kəndinə getsələr də, orada Bəkir, Bəkirin qardaşı Şamo və Turanənin qardaşı Anar onlara pulun verilməyəcəyini bildirmişlər və onları vurub təhqir edərək qovmuşlar. Bu barədə Hacıqabul RPŞnin TB-ndə araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh ondan və anası Hafizədən aldığı pulların bir qismini etiraf etmişdir. Bəşir Həsənov qərarda qeyd olunmuş 9.000 manat pul vəsaitindən əlavə ona borclu olduğu 13.800 manat pulu da qaytarmır. Bu barədə Bəşir Həsənovun əlyazması da vardır. Qeyd olunan əlyazmadakı imza Cavabdeh məxsusdur. Cavabdeh pulu ödəməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirir və nəticədə onlara olan borcunu qaytarmır. O, dəfələrlə cavabdehə zəng edərək pulunu tələb etsə də, cavabdeh hər dəfə ona olan borcunu sonra verəcəyini bildirmiş, lakin bu günə kimi borcunu ödəməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 13.800 manat borc pul almışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan müəyyən edilir ki, Həsənov X5 RPŞ-də verdiyi izahatda X4 və İddiaçı tanıdığını, İddiaçı anası Hafizədən 9000 manat faizə pul aldığını, 2 il ərzində faiz ilə Hafizəyə 37.500 manat pul ödədiyini, bütün pul alış verişlərinin dəftərə yazıldığını, həmin dəftərin şəkillərinin Hafizədə olduğunu, faizi ödədikcə Hafizənin ondan yenidən pul istədiyini, Nənəqızdan anası Hafizəyə onun əvəzinə faiz borcunu ödəməsini və geri qaytaracağını dediyini, beləliklə Hafizə və Nənəqızın qarşısında onlara görə borclanmış olduğunu, onlara həddindən artıq faiz ödədədiyi üçün pulu ödəməkdən imtina eldiyini, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Turanənin ona zəng edərək, həyətlərinə gələcəyini və onu kənddə biabır edəcəyini dediyini, onun isə əvəzində Turanəyə ona borcunun olmadığını bildirdiyini və Turanənin qardaşı Anara zəng edərək, bu barədə məlumat verdiyini göstərmişdir. Bundan başqa o, həmin vaxt Şirvan şəhərində olduğunu, orada işlərini yekunlaşdırdıqdan sonra saat 20 radələrində Hacıqabul rayonu Abdulabad kəndində qayıtdığını, yolda Turanə Abuşova ilə rastlaşmadığını, Turənəni döymədiyini və ona heç bir xəsarət yetirmədiyini göstərmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdeh Həsənov X5 RPŞ-də verdiyi izahatında İddiaçı anası Hafizədən 9.000 manat faizə pul aldığını etiraf etsə də, onun tərəfindən yazılmış qəbzdə 13.800 manat borc pul aldığını göstərmiş və qəbzə imza atmışdır. Bu səbəbdən iddia tələbi 13.800 manat həcmində əsaslıdır və təmin edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh yazılı müqaviləyə (qəbzə) əsasən aldığı 13.800 manat borc və ödənilmiş 158,40 manat dövlət rüsumu olmaqla, cəmi 13.958,40 manat pul tutularaq iddiaçılar İddiaçı və X2 ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yazılı müqaviləyə (qəbzə) əsasən aldığı 13.800 manat borc və ödənilmiş 158,40 manat dövlət rüsumu olmaqla, cəmi 13.958,40 (on üç min doqquz yüz əlli səkkiz manat qırx qəpik) manat pul tutularaq iddiaçılar İddiaçı və X2 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-893/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-893/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver