Məhkəmə qərarları › İş №2(071)-896/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-896/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-896/2023 18.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 1670 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında yaşayır və uzun müddətir ki, Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən mağazada bütün növ tikinti materiallarının ticarəti ilə məşğul olur. Cavabdeh 2021-ci ilin mart-aprel aylarında mağazaya gəlib və öz materialların pulunu ödəyib. Daha sonra mağazaya gəlib 1870 manat dəyərində kafel-metlax materialları alıb, tanıdığı Xəqani Ələkbərovun **-RF-*** dövlət nişanı olan Qazel markalı avtomobilinə yükləyib aparıb və bildirib ki, həmin pulu yaxın günlərdə gətirib ödəyəcək. O cavabdehə inanıb və etibar edib həmin materialları verib. Lakin Şahmar həmin materialların pulunu ödəməyərək, onu aldatmağa başlayıb. O dəfələrlə ona zəng edib, axtarıb tapıb materialların pulunu istəsə də hər dəfə bir bəhanə uyduraraq bildirib ki, guya Moskovada olan şəriki yaxın günlərdə pul göndərəcək, guya ikinci ildir ki, həmin puldan cəmi 200 manat ödəyərək onu aldadır. O hətta onun atası Dövlətov Səxavəti axtarıb tapıb və ona bu barədə bildirib. Onun atası Səxavət də onu aldadıb bir neçə dəfə arxayın edib ki, yaxın vaxta özü həmin pulu ödəyəcək, lakin hələ də ödəməyib, sonradan Şahmarın xəstəxanada tibb bacısı işləyən həyat yoldaşı Nuranə Dövlətovanın yanına gedib bu barədə ona da bildirib, yenə bir nəticə olmayıb. Artıq onlar onun telefon zənglərinə də cavab vermirlər və qaçıb gizlənərək materialların pulunu ödəmirlər. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Hacıqabul rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, İddiaçı onun həmyerlisidir. O evini 2021-ci ilin aprel ayında təmir elədirərkən lazım olan bütün materialların müəyyən hissəsini müxtəlif vaxtlarda nəqd pulla Ramizdən almışdır. Çatışmayan bəzi materialları kafel, metlaq, kafel smenti və digər təmir üçün lazım olan materialları götürməklə onun Ramizə 1870 manat borcu olmuşdur. Bir müddət sonra o Ramizə borcunun 200 manatını ödəməklə 1670 manat borclu qalmışdır. O maddi imkanın yaxşı olmadığı üçün Ramizin qalan pulunu ödəyə bilməmişdir. Hacıqabul rayon Polis Şöbəsində aparılan araşdırma zamanı İddiaçı da analoji izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, tərəflər arasında tikinti materiallarının nisyə alqı-satqısına dair şifahi qaydada müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehdən iddiaçıdan 1870 manat dəyərində tikinti mallarını nisyə almış, bir müddət sonra aldığı malların dəyərinin 200 manat hissəsini ödəmiş, qalan 1670 manat pul vəsaitini isə ödəməmişdir. Hazırda iddiaçı cavabdehdən həmin pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Qeyd edilənlərə və Mülki Məcəllənin yuxarıda göstərilən normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli, 1670 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 36,70 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1670 (min altı yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,70 manat (otuz altı manat, yetmiş qəpik) pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar