Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-90/2022 12.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin və ona hesablanmış faiz borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin və ona hesablanmış faiz borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 18.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli CC/97814/71/26 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 23.10.2019-cu il tarixli CC/97814/71/26 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.535,67 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 1.291,32 manat faiz borcu və ödənilmiş 79 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.905,99 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 23.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 51 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5.000 manat kredit vermişdir. 30.07.2020-ci il tarixdə bankla borclu arasında 23.10.2019-cu il tarixli CC/97814/71/26 nömrəli kredit müqaviləsi restrukturizasiya edilmişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faiz borcunu banka ödəməkdən yayınır, müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Borclu Cavabdeh 23.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 4.535,67 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 1.291,32 manat faiz borcu olmaqla, cəmi 5.826,99 manat borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi təqdim edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 23.10.2019-cu il tarixli CC/97814/71/26 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 51 ay müddətinə illik 23 faiz dərəcəsi ödəmək şərti ilə 5.000 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. 11.11.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh 23.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4.535,67 manat əsas kredit borcu, 1.291,32 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, ümumilikdə 5.826,99 manat borcu var. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 23.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.535,67 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 1.291,32 manat faiz borcu və ödənilmiş 79 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.905,99 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli CC/97814/71/26 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 23.10.2019-cu il tarixli CC/97814/71/26 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.535,67 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 1.291,32 manat faiz borcu və ödənilmiş 79 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.905,99 (beş min doqquz yüz beş manat doxsan doqquz qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-90/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-90/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver