Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-90/2023 04.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1040 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,80 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış 09 mart 2021-ci il tarixli MAS 3375 saylı “daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il tarixli “KhazarLX” minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişləri ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bunula əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Hacıqabul rayon məhkəməyə müraciət etmişdir. Məhkəmənin 29 mart 2022-ci il tarixli 2(071)240/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Daxili lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “KhazarLX” minik markalı ** PZ *** övlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikasının X3 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin və BNAnın elektron portalından alınmış çıxarış təstiq edilmişdir. Həmin cərimələr aşağıdakıdan ibarətdir (BNA ******* saylı protokola görə 32 manat, BNA ******* protokola görə 32 manat, BNA1817429 saylı protokola görə 32 manat, BNA1817427 saylı protokola görə 64 manat, BNA1541829 saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ8142323 saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat məbləğində pul vəsaiti İddiaçı MMC-in tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1040 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüquqi ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr onların tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX-nın inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsində hüquqları pozulmuş olur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə onun arasında lizinq müqaviləsi bağlanmışdır və həmin şirkətə məxsus “KhazarLX” minik markalı ** PZ *** övlət qeydiyyat nişanlı avtomobil onun istifadəsinə verilmişdir. Lakin, ödəmələrdə gecikmələr yarandığına görə məhkəmənin qərarına əsasən lizinq müqaviləsi ləğv edilmiş və yaranmış borcun ondan tutularaq İddiaçı MMC-yə ödənilməsi qərar alınmışdır. Nəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddət ərzində törədilmiş inzibati xəta hadisələrinə görə cərimə məbləğlərini ödəməmişdir. Hazırda isə ona məlum olmuşdur ki, həmin cərimələri İddiaçı MMC ödəmişdir. Cinayət törətdiyinə görə hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəzaçəkmə müəssisəsində əmək fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək imkanı yoxdur. Bu səbəbdən cəzasını çəkib qurtardıqdan sonra İddiaçı MMC-yə olan borcunu ödəyəcəkdir. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MAS-3375 nömrəli X1 görünür ki, lizinq verən İddiaçı MMC lizinq alan Cavabdeh sifariş etdiyi dəyəri 13900 manat olan “Khazar LX” markalı avtomobili muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermiş, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-240/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3375 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış borcun, dəymiş zərərin və dövlət rüsumunun, cəmi 1139,78 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan AE 001838 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Khazar LX minik” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin və Bakı Nəqliyyat Agentliyinin elektron portalından əldə edilmiş məlumatlardan və təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilmiş inzibati xəta hadisələrinə görə ona BNA ******* saylı protokola görə 32 manat, BNA ******* protokola görə 32 manat, BNA1817429 saylı protokola görə 32 manat, BNA1817427 saylı protokola görə 64 manat, BNA1541829 saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ8142323 saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 64 manat olmaqla, dəbbə pulu ilə birlikdə cəmi 1040 manat cərimə tətbiq edilmiş və həmin cərimə məbləğləri İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq” məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq (pretenziya) məktubu göndərilərək “Khazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücünün X3 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnməsi, bu faktın portaldan alınmış çıxarışla təsdiq edilməsi, DYP cərimələrinə görə 848 manat, BNA cərimələrinə görə isə 192 manat olmaqla, cəmi 1040 manat məbləğində pulun İddiaçı MMC tərəfindən ödənilməsi, həmin borcun 7 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini müəyyənləşdirilmiş muzdun ödənilməsi müqabilində müvəqqəti olaraq cavabdehin sahibliyinə və istifadəsinə vermişdir. Lizinq obyekti olan nəqliyyat vasitəsi cavabdehin sahibliyində olduğu müddət ərzində X3 və Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlara əsasən cavabdehə inzibati cərimə tənbehləri tətbiq edilmişdir. İnzibati cərimələr vaxtından ödənilmədiyinə görə həmin məbləğlərə əlavə olaraq dəbbə pulu hesablanmış və cavabdehin törətdiyi inzibati xəta hadisələrinə görə yaranmış borcu ümumilikdə 1040 manat təşkil etmişdir. Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borc cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bundan sonra lizinq obyekti olan nəqliyyat vasitəsi iddiaçıya qaytarılmışdır. İddiaçı həmin nəqliyyat vasitəsi ilə inzibati xəta hadisələri törədildiyinə görə, nəqliyyat vasitənin saxlanca verilməsinin qarşısının alınması məqsədi ilə cavabdehin törətdiyi inzibati xəta hadisələrinə görə yaranmış ümumilikdə 1040 manat borcu onun əvəzindən dövlət büdcəsinə ödəmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsiinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, lizinq obyekti olan nəqliyyat vasitəsi cavabdehin sahibliyində olduğu müddət ərzində X3 və Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlara əsasən cavabdehə inzibati cərimə tənbehləri tətbiq edilmişdir. İnzibati cərimələr vaxtından ödənilmədiyinə görə həmin məbləğlərə əlavə olaraq dəbbə pulu hesablanmış və cavabdehin törətdiyi inzibati xəta hadisələrinə görə yaranmış ümumilikdə 1040 manat borcu onun əvəzinə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddiaçının həmin borcu ödəməkdə məqsədi isə həmin nəqliyyat vasitəsi ilə inzibati xəta hadisələri törədildiyinə görə, nəqliyyat vasitənin saxlanca verilməsinin qarşısının alınması olmuşdur. Cavabdeh tərəfindən törədilmiş inzibati xəta hadisələrinə görə inzibati xətalar qanunvericiliyinə əsasən iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinin saxlanması təhlükəsi olduğundan, iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehin əvəzindən onun öhdəliyini icra etmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, cavabdehin təqsiri üzündən yaranmış öhdəliyin iddiaçı tərəfindən icra edilməsi nəticəsində cavabdehin əmlak vəziyyətində hər hansı azalma baş verməmiş, bununla cavabdeh iddiaçının ödədiyi vəsait həcmində onun əmlakı hesabına əsassız varlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğuna görə təmin edilməli, 1040 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,80 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1040 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,80 manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-90/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-90/2023
04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver