Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-936/2025 29.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025ci il tarixində müraciət edərək cavabdehdən borclu olduğu 1200 manat pulun və dövlət rüsumu kimi ödədiyi 50 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2023-cü ildə dəyəri 1300 manat məbləğində olan divan dəsti satmışdır. Həmin şəxsi yaxından tanıdığına görə satış vaxtı iddiaçıya pulunu bir neçə günə verəcəyini vəd etmişdir. Lakin həmin puldan yalnız 2024-cü ilin may ayında 100 (yüz) manat vermiş, qalan pulu isə indiyədək verməmişdir. İddiaçı hər dəfə pulu istəyərkən o, müxtəlif bəhanələr gətirmiş, sonuncu dəfə isə pulu verməyəcəyini deyərək hara istəyirsə şikayət edə biləcəyini demişdir. Gülsüm iddiaçının inamından və etibarından sui-istifadə etmiş və əmlakını ələ keçirməklə iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı cavabdehdən pulun alınması ilə əlaqədar Hacıqabul Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət əsasında Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Hacıqabul rayon PŞ-dən bildirilmişdir ki, araşdırılan şikayət ərizəsi mülki xarakterlidir və bu səbəbdən də məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh xx.xx.2023-cü ildə dəyəri 1300 manat məbləğində olan divan dəsti satmışdır. Həmin şəxsi yaxından tanıdığına görə satış vaxtı iddiaçıya pulunu bir neçə günə verəcəyini vəd etmişdir. Lakin həmin puldan yalnız 2024-cü ilin may ayında 100 (yüz) manat vermiş, qalan pulu isə indiyədək verməmişdir. Hacıqabul RPŞ-də cavabdeh ifadə vermiş və verdiyi ifadədə ona olan borcunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Onun hazırda iddiaçıya olan borc məbləği 1200 manat məbləğindədir. Həmin borcu ödəməyə imkanı çatmır. Özü xəstəlikdən əziyət çəkir və müalicə alır. Həmin sözügedən divan dəstini qaytarmağa razı olsa da, iddiaçı buna etiraz edərək borcunu tələb etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü ildə dəyəri 1300 manat məbləğində olan divan dəsti almışdır. Həmin puldan 100 manat ödəmişdir. Xəstə olduğu üçün qalan pulu ödəyə bilməmişdir. İddiaçıya gəlib həmin divan dəstini aparmağı təklif etsə də, iddiaçı buna etiraz etmişdir. Hazırda pulu ödəyə bilmədiyini, iddiaçının istənilən vaxt gəlib divan dəstini apara biləcəyini qeyd etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı Hacıqabul RPŞ-yə olan müraciəti əsasında ona göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda İddiaçı müraciəti əsasında əməldə cinayət və inzibati xəta tərkibi olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında mülkin işin hallarından məlum olmuşdur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 433.3. öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçı və cavabdehin məhkəməyə verdiyi izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, tərəflər arasında şifahi şəkildə nisyə alqı-satqı münasibətləri olmuş, cavabdeh nisyə aldığı divan dəstinin dəyərini müəyyən müddət ərzində iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, daha sonra iddiaçının bildirdiyinə görə cavabdeh borclu olduğu pul məbləğinin bir hissəsini ödəsə də, qalan hissəsini ödəməkdən qəsdən yayınmışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 1200 manat təşkil edir. Odur ki, iddia təmin edilməli, 1200 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Cavabdeh tərəf aldığı divan dəstini qaytarmağa razı olsa da, iddiaçı bununla razılaşmayaraq həmin divan dəsti üçün ödənilməli olan məbləği tələb etdiyindən divan dəstinin qaytarılması barədə cavabdehin ərizəsinə məhkəmə münasibət bildirmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumunun artıq olan hissəsi geri qaytarılır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun artıq qalan hissəsi, yəni 18 (on səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 32 (otuz iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun artıq qalan hissəsi, yəni 18 (on səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-936/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-936/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver