Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-94/2023 08.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1095 manat məbləğində pulun və 31 manat ödənilmiş dövlət rüsumunun və Hacıqabul rayon İcra və Probasiya şöbəsinin e-73748/2021-8-5 saylı sənədi ilə ondan məcburi qaydada hər ay tutulan pul məbləğinin cavabdehdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun dayısı oğludur. Cavabdeh oğlunu işə düzəltmək üçün əvvəllər bir neçə dəfə ona müraciət edərək bankda zamin durmasını istəmişdir. Sonuncu dəfə isə 2019-cu ildə ondan zamin durmasını xahiş etmişdir. O, həm qohumluq, həm də yoldaşlığı nəzərə alaraq bankdan pul götürməsi üçün cavabdehə zamin durmuşdur. İlkin zaminlik müqaviləsində cavadehin krediti ödəməyə gücü çatmadığı üçün, bankla müqavilə xx.xx.2019-cu ildə yenilənərək müddət uzadılsa da cavabdeh yenə də, banka olan kredit borcunu ödəməmişdir. O, dəfələrlə bununla bağlı təkid etsə də, cavabdeh öhdəliyini icra etməmişdir. xx.xx.2021-ci il tarixli Hacıqabul rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası haqqında bildirişi ilə xx.xx.2021-ci il tarixli Hacıqabul Rayon Notariat Kontorunun 882 nümrəli icra sənədində göstərilən tələbin 10 gün ərzində könüllü ödəməsi tələb olunmuşdur. 2022-cı ilin yanvar ayından ödəmələr məcburi qaydada hər ay onun əmək haqqından tutulmağa başlanmışdır. Cavabdeh hal-hazırda X10 Zonada qeyri rəsmi olaraq iş adamı X3 yük maşınını etibarnamə əsasında idarə edir. Əmək haqqısı 750 manat təşkil edir. xx.xx.2019-cu il tarixli № Z- BF/17947/72/26 (restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə) nömrəli zaminlik müqaviləsinə əsasən o, "xxxx" qarşısında xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlə birgə öhdəlik götürmüşdür. 10 oktyabr 2022-ci ilə qədər cavabdeh kredit müqaviləsi ilə götürdüyü pulu ödəmədiyi üçün ondan 1095,60 manat pul tutulmuşdur. Məhkəmə iclasında iddiaçı X5 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" ASC-nə yaranmış borcunun 1511,73 manat hissəsi bugünədək zamin kimi onun əmək haqqından tutulmuşdur. Odur ki, cavabdehdən 1511,73 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Əliheydər oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, № Z-BF/17947/72/26 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndindən görünür ki, X5 zamin kimi Cavabdeh ilə "xxxx" ASC arasından bağlanmış xx.xx.2019-cu il tarixli, № BF/17947/72/26 saylı kredit müqaviləsi üzrə Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən 60 ay müddətinə illik bir faiz ödəmək şərti ilə 2972,84 manat kredit almışdır. İş materiallarında olan Hacıqabul Rayon Notariat ofisi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli icra qeydindən görünür ki, Hacıqabul rayon Qubalıbalaoğlan kəndində qeydiyyatda olan X1 "xxxx" ASC-nin xeyrinə BF/17947/72/26 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş ümumilikdə 2988,85 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 3008,85 manat pul tutulması qeyd edilmişdir. İş materiallarından olan Hacıqabul rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 73748/21-5 nömrəli məktubdan görünür ki, Hacıqabul Rayon Notariat ofisinin 8İ-882 saylı icra sənədi icra edilməsi üçün "xxxx" MMC-nə göndərilmiş, xx.xx.2021-ci il tarixdən başlayaraq X2 əmək haqqısından hər ay 40 faiz tutulub "xxxx" ASC-nə ödənilməsi barədə sərancam verilməsi xahiş olunmuşdur. Bundan başqa X2 əmək haqqısından hər ay 10 faiz tutulub (7 faiz icra öənişinə görə) Hacıqabul rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsi, icra ödənişi tam ödənildikdən sonra isə yenidən tələbkardan tutulmaların 50 faizlə aparılması xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Hacıqabul Poçt filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 5/09 nömrəli arayışdan müəyyən edilir ki, X2 əmək haqqısından 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək ümumilikdə 1511,73 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, № BF/17947/72/26 saylı (restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə) kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdeh 1 faiz dərəcəsi ilə 60 ay müddətinə bankdan 2972,84 manat kredit götürmüşdür. X5 xx.xx.2019-cu il tarixli № Z-BF/17947/72/26 nömrəli zaminlik müqaviləsinə əsasən "xxxx" qarşısında xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlə birgə öhdəlik götürmüşdür. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, "xxxx" ASC ərizə ilə Hacıqabul Rayon Notariat ofisinə müraciət edərək zamindən pulun tutulması üçün Hacıqabul rayon İcra və Probasiya şöbəsinə icra qeydi göndərilməsini tələb etmişdir. Hacıqabul Rayon notariusunun 02 aprel 2021-ci il tarixli, 8İ-882 nömrəli icra qeydinə əsasən X1 "xxxx" ASC-nin xeyrinə BF/17947/72/26 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş ümumilikdə 2988,85 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 3008,85 manat pul tutulmalıdır. İcra mərhələsində Hacıqabul Rayon Notariat ofisinin 8İ-882 saylı icra sənədi əmək haqqında müvafiq məbləğlərin tutulması üçün Oktay Müslümovun işlədiyi "xxxx" MMC-nə göndərilmiş və həmin icra sənədi üzrə X2 əmək haqqından 2022-ci ilin yanvar ayından başlayaraq 2023-cü ilin yanvar ayı da daxil olmaqla, ümumilikdə 1511,73 manat məbləğində pul tutulmuşdur. Odur ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, X5 zamin kimi onun əmək haqqından tutulan pul məbləğini borclu Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli, 1511,73 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddianın predmeti (qiyməti) məhkəmə araşdırmasında artırılaraq 1511,73 manat olduğundan, həmin məbləğə münasibətdə ödənilməli olan dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından 35,11 manat təşkil edir. Qeyd edilən məbləğin isə 31 manat hissəsi iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilərkən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi, yəni 4,11 manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1511,73 manat (min beş yüz on bir manat, yetmiş üç qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 (otuz bir) manat pul alınaraq X4 verilsin. Cavabdeh 4,11 manat (dörd manat on bir qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(071)-94/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-94/2023
08.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver