Məhkəmə qərarları › İş №2(071)-952/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-952/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-952/2022 25.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş Hacıqabul rayon məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(071)-795/2016 nömrəli məhkəmə əmri ilə Hacıqabul rayon Meyniman kəndində yaşayan Cavabdeh1 və Şirvan şəhəri 20 yanvar küçəsi ev 4A mənzil 8-də yaşayan X2 1.162 manat əsas borc, 934 manat faiz borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.116 manat pulun müştərək qaydada tutularaq Şirvan şəhər H.Əliyev P-ti 6A yerləşən İddiaçı ASC-nə ödənilməsi barədə göstəriş verilmişdir. Borclu Cavabdeh1 etiraz ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(071)-795/2016 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-795/2016 nömrəli qərardadı ilə borclu Cavabdeh1 etirazı təmin edilmiş, iş üzrə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(071)-795/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçirilmişdir. İşin məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 09:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilmişdir. Lakin cavabdeh X5 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən cavabdeh X3 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(071)-795/2016 nömrəli məhkəmə əmri şəxsən və ya rəsmi poçt vasitəsi ilə ona təqdim edilməmişdir. O, xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmə əmrinin rəsmi şəkildə ona təqdim edilməsini xahiş etmişdir. Daha sonra o, həmin məhkəmə əmrindən narazı qaldığı üçün məhkəmə əmrinin ləğv edilərək, iddia icraatına keçirilməsi barədə məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Bank ondan 1.162 manat əsas borc, 934 manat faiz borcun ödənilməsini tələb edir. O, həmin borcdan banka xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək ödənişlər etmişdir. Bunların nəzərə alınmasını xahiş edir. İddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdeh iddianı qismən etiraf etməsinə dair izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli 166-13 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 3.000 manat kredit vermişdir. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 166-13 ABFŞ nömrəli zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 166-13 ABFŞ nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə İddiaçı ASC-yə 1.162 manat əsas borc və 934 manat faiz borcu olmaqla, cəmi 2.096 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013cü ildən xx.xx.2015-ci ilə kimi olan müddətdə aldığı 3.000 manat əsas borcu və ona hesablanan 806,72 manat faiz olmaqla, cəmi 3.806,72 manat borcu hər ay 158,61 manat olmaqla banka ödəməli idi. Cavabdeh1 xx.xx.2014-cü il tarixə kimi əsas borcdan 1.838,08 manat, hesablanan faiz borcundan isə 699,74 manat olmaqla, cəmi 2.537,82 manat ödəniş etmişdir. Onun xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi - xx.xx.2015-ci il tarixə 1.161,92 manat əsas borcu və 106,98 manat faiz borcu olmaqla, cəmi 1.178,90 manat borcu qalmışdır. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixə qalan 1.178,90 manat borcundan xx.xx.2017-ci ildə 50 manat, xx.xx.2017-ci ildə 50 manat, xx.xx.2017-ci ildə 50 manat, xx.xx.2017-ci ildə 50 manat, xx.xx.2017-ci ildə 50 manat, xx.xx.2017-ci ildə 50 manat, xx.xx.2017-ci ildə 50 manat, xx.xx.2018-ci ildə 20 manat, xx.xx.2018-ci ildə 20 manat, xx.xx.2018-ci ildə 20 manat və xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla, ümumilikdə 460 manatını ödəmişdir. Hazırda Cavabdeh1 banka 718,90 manat borcu qalmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. X1 ilə kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi gün, yəni xx.xx.2015-ci il tarixdə başa çatdığına və kreditor 1 il 3 aydan sonra xx.xx.2016-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş borc zamindən tələb edilə bilməz. xx.xx.2013-cü il tarixli müqavilə üzrə X3 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə (müqavilənin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə) yaranmış 718,90 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 738,90 manat pul tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi - cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə, yəni 1.377,10 manat tutulması hissəsində rədd edilməlidir. İddia tələbi - cavabdeh (zamin) X4 qarşı hissəsində tam rədd edilməli, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə X1nun zaminliyinə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (borcalan) Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə (müqavilənin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə) yaranmış 718,90 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 738,90 (yeddi yüz otuz səkkiz manat doxsan qəpik) manat pul tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. İddia tələbi - cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə, yəni 1.377,10 manat tutulması hissəsində rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) X4 qarşı hissəsində tam rədd edilsin. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə X1nun zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar