Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-953/2022 15.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan VAZ 2107 markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 711 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Kürdəmir şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 33-də yaşayır. O, xx.xx.2022-ci il tarixdə saat təxminən 13:30 radələrində etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərindən Kürdəmir rayonuna gedərkən Bakı-Qazax yolunun 140-cı km-də Cavabdeh məxsus bir iri buynuzlu heyvan beton maneələrin arasından onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. O, bütün texniki imkanlardan istifadə etməsinə baxmayaraq həmin iri buynuzlu heyvanı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobildə olan ailə üzvləri xəsarət almasa da, VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Avtomobilə dəymiş maddi ziyan mütəxəsislər tərəfindən 771 manat müəyyən edilmişdir. BDYPİ Alayının Vİİ Tağımının YPX inspektoru M.Babayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinmişdir. O, dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh ziyanın əvəzini ödəmək istəmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun İddiaçı avtomobilinə dəymiş zərərin əvəzi olaraq 711 manat maddi imkanı yoxdur. İddiaçı dəymiş ziyanın əvəzi olaraq 200 manat pul verməyə etiraz etmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, İddiaçı etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı- Qazax yolunun 140-cı km-də (Abdulabad kəndi ərazisində) Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən Cavabdeh məxsus bir iri buynuzlu heyvan beton maneələrin arasından onun idarə etdiyi avtomobilin qarşısına çıxması nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilin qabaq kapotu, işıq cihazının şüşəsi, buferin sağ uc hissəsi və sağ qanadın uc hissəsi əzilmişdir. xx.xx.2022-ci il tarixli 692 nömrəli alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə avtomobili idarə edərkən sərxoş olmamışdır. Fotoşəkillərdən görünür ki, hadisə nəticəsində VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobil zədələnmişdir. Kürdəmir şəhər Avtomobillərə texniki xidmət məntəqəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02 nömrəli ziyan aktından müəyyən edilir ki, hadisə nəticəsində İddiaçı etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilə fara - 100 manat, qabağ bamper - 65 manat, travers - 65 manat, tyaqa (dəst) - 55 manat, stablizator 40 manat, alt və üst çaşqalar - 46 manat, qanadın, kapotun, bakavinin təmir edilməsi üçün 250 manat dəmirçi işi, 150 manat çilingər işi olmaqla, ümumilikdə 771 manat maddi ziyan dəymişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə DİN-nin BDYP idarəsində verdiyi izhatda ona məxsus iribuynuzlu heyvanın İddiaçı etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilin yoluna çıxması nəticəsində yol-nəqliyyat hadisəsinin olduğunu, hadisə nəticəsində İddiaçı etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəydiyini etiraf etmiş və avtomobilə dəymiş maddi ziyanı ödəməyə hazır olduğunu göstərərək, bundan sonra təsərrüfatında olan heyvanları sahibsiz çölə buraxmayacağına söz vermişdir. BDYPİ Alayının Vİİ Tağımının YPX inspektoru M.Babayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinmiş, yəni hadisənin törədilməsində təqsirli bilinmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh VAZ 2107 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 711 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 801 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan VAZ 2107 markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 711 manat və ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 741 (yeddi yüz qırx bir) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-953/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-953/2022
15.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver