Məhkəmə qərarları › İş №2(071)-96/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-96/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-96/2024 15.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23496 manat məbləğində pulun və 161 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, kiçik fermer təsərrüfatı yaratmaqla ailə üzvləri ilə iri və xırda buynuzlu heyvanlar saxlamışdır. Cavabdehin şəriki olmuş X1 ilə 15 ilə yaxın müddət ərzində nağd və nisyə şəkildə heyvan alveri etmişdir. 2023-cü ilin iyun ayında cavabdeh mərhum R.Cəfərovla birlikdə fermaya gələrək ondan nisyə şəkildə hər biri 235 manat dəyərində olmaqla ümumilikdə 12200 manat dəyərində 52 baş quzu almışlar. Bundan bir ay sonra cavabdeh və mərhum R.Cəfərov yenidən fermaya gələrək ondan nisyə şəkildə hər biri 235 manat dəyərində olmaqla ümumilikdə 9635 manat dəyərində 41 baş quzu və hər biri 150 manat dəyərində olan 10 baş ana qoyun almışlar. Beləliklə onların ümumilikdə 23335 manat borcu yaranmışdır. Cavabdeh və mərhum R.Cəfərov 23335 manat borcu iki ay ərzində ödəyəcəklərinə söz vermişlər. Lakin 2023-cü ilin sentyabr ayında R.Cəfərov İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində qətlə yetirilmişdir. O, R.Cəfərovun yas mərasimində iştirak etmiş, eyni zamanda həmin mərasimdə cavabdeh özü də, iştirak etmişdir. O, yas mərasimində R.Cəfərovun borcunun qaytarılması ilə maraqlanmış, R.Cəfərovun yaxıları yas mərasimi sona çatdıqdan sonra borcu qaytaracaqlarına söz vermişlər. Lakin yas mərasimi qurtardıqdan sonra R.Cəfərovun yaxınları borcu qaytarmaqdan imtina etmiş, həmin borcun cavabdeh ödənilməli olduğunu bildirmişlər. İddiaçı onun tərəfindən ödənilən 161 manat məhkəmə rüsumunu cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı əvvəlcə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan nisyə şəkildə 23496 manat dəyərində xırda buynuzlu heyvan almış, lakin aldığı heyvanların dəyərini ödəməmiş və hazırda cavabdehin ona 23496 manat borcu mövcuddur. Lakin, sonrakı məhkəmə iclaslarında İddiaçı iddia ərizəsinin məzmunundan fərqli şəkildə izahat verərək bildirdi ki, cavabdeh yalnız bir dəfə 2023-cü ilin may ayının 15-də mərhum R.Cəfərovla birlikdə onun fermasına gəlmiş və ondan hər biri 235 manat olmaqla, cəmi 12200 manat dəyərində 52 baş quzu almışlar. Cavabdeh və mərhum R.Cəfərov ona həyat yoldaşının və azyaşlı övladının yanında 10000 manat pul vermişlər. Mərhum R.Cəfərov həmin 10000 manat pulu verərkən bu məbləğin onun əvvəllər götürüdüyü heyvanların dəyərindən qalan borc pul olduğunu bildirmiş, hazırda götürdükləri 52 baş quzunun isə pulunu yaxın vaxtlarda verəcəyini bildirmişdir. Həmin gündən sonra cavabdeh onun fermasına gəlməmişdir. Mərhum R.Cəfərov özü 31 may 2023-cü il tarixdə onun fermasına yenidən gələrək ondan 9635 manat dəyərində nisyə şəkildə heyvan almışdır. Həmin vaxt cavabdeh R.Cəfərovla bir yerdə olmamışdır. İddiaçının sözünə görə cavabdeh mərhum R.Cəfərovla şərik olduğu üçün o, belə hesab etmişdir ki, R.Cəfərov 31 may 2023-cü il tarixdə aldığı heyvanları cavabdehlə şərikli şəkildə alır və cavabdehin bu alqı-satqıdan məlumatı var. Eyni zamanda, iddiaçı bildirdi ki, məhrum R.Cəfərovun əvvəllər nisyə şəkildə aldığı heyvanları cavabdehlə birlikdə alaraq satmış, həmin vaxtlar onlar şərik olmaqla R.Cəfərovun ona borclu olmasından cavabdeh məlumatlı olmuş və 15 may 2023-cü il tarixdə ödənilən 10000 manat pulun alınan 52 baş heyvanın deyil, əvvəlki borcların ödənişi olmasını bildirmişdir. Buna görə də, 15 may 2023-cü il tarixdə nisyə şəkildə alınan 52 baş quzunun pulunu cavabdehdən tələb edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən heyvan bazarında heyvan alveri ilə məşğul olmuşdur. İddiaçı 2023cü ilin may ayında tanımışdır. İddiaçı fermer təsərrüfatı ilə məşğul olur. X1 ilə heyvan bazarında tanış olmuşdur. R.Cəfərov onun şəriki olmamış, o, sadəcə olaraq heyvan bazarında dəllalıqla məşğul olmuşdur. Belə ki, R.Cəfərovun ölkənin müxtəlif rayonlarında heyvandarlıqla məşğul olan fermerlərlə əlaqəsi olmuş və onlardan münasib qiymətə heyvanların alınmasında bəzən dəllallıq, bəzən isə vasitəçilik etmişdir. Heyvan bazarında bir çox heyvan alveri edənlər, həmçinin o, özüdə dəfələrlə R.Cəfərovun vasitəsilə tanımadığı şəxslərdən heyvan alaraq bazarda satmışdır. Alınan hər heyvana görə R.Cəfərovun öz qazancı olmuşdur. R.Cəfərovun özünün heyvan alıb-satmağa maliyyə vəsaiti olmamış, lakin onun fermerlərlə etibarlı əlaqələri olmuş və məhz bu səbəbdən R.Cəfərov bazarda heyvan alveri etməyərək vasitəçilik etmişdir. 2023-cü ilin may ayında o, R.Cəfərovla birlikdə İddiaçı fermer təsərrüfatına getmişdir. Orada onlar hər birinin dəyəri 225 manat olmaqla 52 baş quzu almışlar. Alınan heyvanların ümumi dəyəri 11700 manat etmişdir. O, həmin vaxt İddiaçı onun həyat yoldaşının və azyaşlı övladının yanında 10000 manat pul vermişdir. Yerdə qalan 1700 manat məbləği isə o, R.Cəfərova vermişdir. Belə ki, həmin vaxt R.Cəfərov İddiaçıla uzun müddət nisyə alqı-satqı etdiklərini bildirmiş və 1700 manatın sonra İddiaçı verəcəyini ona bildirmişdir. Bundan sonra o, heç vaxt iddiaçının fermer təsərrüfatına getməmiş, ondan heyvan almamışdır. O, ancaq R.Cəfərovun ona təklif etdiyi heyvanları bazarda ondan nağd şəkildə alaraq digər şəxslərə satmışdır. Həmin heyvanların R.Cəfərov tərəfindən kimdən, habelə nağd və ya nisyə şəkildə almasından məlumatı olmamışdır. Çünki R.Cəfərov tərəfindən ona satılan heyvanların sonuncu tərəfindən kimdən və hansı şəkildə alınması ona maraqlı olmamışdır. Sonradan eşitmişdir ki, R.Cəfərov İsmayıllı rayonu ərazisində qətlə yetirilmişdir. R.Cəfərovun yas mərasimində olarkən iddiaçını görmüşdür. Yas mərasimində iddiaçı məhrum R.Cəfərovun ona olan borcunun qaytarılması ilə maraqlanmış, R.Cəfərovun qohumları pulu qaytaracaqlarını bildmirşlər. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Aldığı heyvanların bir hissəsini onun şəxsən özünə, yerdə qalan məbləği, yəni 1700 manat pulu isə R.Cəfərova vermişdir. Məhkəmə iclasında cavabdehin vəkili X4 izahatında bildirdi ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur, odur ki iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahat verərək bildirdi ki, X3 onun qardaşıdır. Ramil Cəfərov xx.xx.2023-cü il tarixdə Şamaxı rayonunda qətlə yetirilmişdir. İddiaçı və Cavabdeh tanıyır. İddiaçı iri və xırda buynuzlu heyvanlar saxlayaraq fermer təsərrüfatı ilə məşğul olur. Cavabdeh isə bir neçə ay onun mərhum qardaşı tərəfindən müxtəlif şəxslərdən alınan heyvanları ondan münasib qiymətə alaraq bazarda satmaqla məşğul olmuşdur. R.Cəfərov ölkənin müxtəlif bölgələrində iri və xırda buynuzlu heyvanların saxlanılması ilə məşğul olan fermerlərlə əlaqəsi olmuş, fermerlərdən heyvanların alınaraq Cavabdeh və heyvan bazarında satışla məşğul olan digər şəxslərə satılmasında vasitəçilik etmiş və bu vasitəçilikdən öz qazancını götürmüşdür. Qardaşı R.Cəfərovun maddi imkanı olmadığı üçün o, Cavabdehla heç vaxt şərikli iş görməmiş, yalnız müxtəlif fermerlərdən münasib qiymətə aldığı heyvanların cavabdehə, habelə digər şəxslərə satışı ilə məşğul olmuşdur. Qardaşı R.Cəfərov 2023-cü ilin aprel-may aylarından başlayarq Cavabdeh heyvan satmışdır. Bundan əvvəl isə qardaşı Bəxtiyar adlı şəxslə şərik olmuş, lakin sonradan ziyana düşdüyü üçün kiminləsə şərikli iş görməyə maddi imkanı olmamışdır. Mərhum qardaşı R.Cəfərovun İddiaçıla uzun müddət iş birliyi olmuşdur. Belə ki, R.Cəfərov İddiaçı dəfələrlə nisyə heyvan almış, həmin heyvanları bazarda heyvan ticarəti ilə ilə məşğul olan şəxslərə satdıqdan sonra İddiaçı pulunu ödəmişdir. Lakin buna baxmayaraq qardaşı R.Cəfərov İddiaçı dəfələrlə və mütəmadi şəkildə nisyə heyvan aldığı üçün, qardaşının iddiaçıya borclu olduğunu ehtimal edir. 2023-cü ilin may ayının dəqiq vaxtını xatırlamadığı günündə mərhum qardaşı R.Cəfərovun Cavabdehla birlikdə İddiaçı fermasına gedərək ondan 11700 manat dəyərində 52 baş quzunun alması ona məlumdur. Həmin vaxt Cavabdeh 10000 manat pulu A.Mürçüdova vermiş, yerdə qalan məbləği, yəni 1700 manat pulu qardaşı R.Cəfərova vermişdir. Bundan əlavə həmin vaxt Cavabdeh R.Cəfərova göstərdiyi xidmətə görə 300 manat zəhmət haqqı vermişdir. Qardaşı R.Cəfərovun yas mərasimində İddiaçı ona yaxınlaşaraq qardaşının borcunun ödənilməsi ilə maraqlanmış, o, yaxın vaxtlarda borcu ödəyəcəklərinə söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahat verərək bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Onlar iri və xırda buynuzlu heyvanların saxlayaraq fermer təsərrüfatı ilə məşöul olurlar. X7rla yaxın münasibətdə olmuş, onlardan dəfələrlə nisyə heyvan almışdır. Cavabdehi yalnız bir dəfə Ramillə birlikdə fermaya gələrkən görmüşdür. Bu təxminən 2023-cü ilin may ayı ərzində olmuşdur. Onlar birlikdə fermaya gələrək ümumi dəyəri 12200 manat olan 52 baş quzu almış, 10000 manat pulu İddiaçı onun yanında vermişlər. K.Mürşüdovanın sözlərinə görə 10000 manat pul verilərkən R.Cəfərov həmin pulun əvvəlki borc məbləğlərinə aid olduğunu bildirmiş, hazırki götürdükləri heyvanların pulunu isə yaxın zamanlarda qaytaracağını bildirmişdir. R.Cəfərovun bu sözləri cavabdehin yanında demiş, o, isə bununla razılaşmışdır. Bundan qabaq R.Cəfərov dəfələrlə onlardan gəlib nisyə heyvan almış və onun aldığı heyvanlara görə borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək bildirdi ki, iddiaçı ilə dostluq münasibətindədir. İddiaçı ailə üzvləri ilə birlikdə fermer təsərrüfatı ilə məşğul olur. 2023-cü ilin may ayının 15-də o, fermada olarkən ora cavabdehin və adını sonrada bildiyi Ramil Cəfərovun gəlməsini görmüşdür. Həmin vaxt onlar İddiaçı 52 baş quzu almışlar. R.Cəfərov və Cavabdeh tərəfindən İddiaçı hər hansı məbləğdə pulun verilməsini şahidi olmamışdır. Lakin, sonrada İddiaçı ona bildirmişdir ki, gələn şəxslərdən R.Cəfərovu çoxdan tanıdığı üçün 52 baş quzunu nisyə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək bildirdi ki, İddiaçı tanımır. Cavabdeh tanıyır, onunla heyvan bazarında tanış olmuşdur. Cavabdeh və o, Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən heyvan bazarında heyvan satışı ilə məşğul olurlar. X13 heyvan bazarında heyvanların müxtəlif fermerlərdən alınaraq bazarda ticarətlə məşğul olan şəxslərə satılmasında vasitəçilik edən şəxs kimi tanımışdır. Mərhum R.Cəfərov heç vaxt Cavabdehla şərikli heyvan satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 şahid X5 eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan AZ-İİ 375438 saylı xx.xx.2023-cü il tarixli “ölüm haqqında şəhadətnamədən” görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Şamaxı rayonunda vəfat etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı iddiaçı Cavabdeh və mərhum R.Cəfərovla birlikdə ondan hər biri 225 manat dəyərində ümumi dəyəri 11700 manat olan 52 baş quzunu aldığını, həmin vaxt ona verilən 10000 manat pulun əvvəlki borcların hesabına ödənildiyini, alınan 52 baş quzunun pulunun ödənilmədiyini, mərhum R.Cəfərovun cavabdehlə şərik olaraq ondan əlavə olaraq 9635 manat dəyərində heyvan aldıqlarını iddia etmişdir. Cavabdeh ümumi dəyəri 11700 manat pulun 52 quzunun alındığını və həmin vaxt onun tərəfindən 10000 manat pulun iddiaçıya ödənildiyini etiraf etmişdir. Odur ki, ümumi dəyəri 11700 manat olan heyvanın dəyərinin 10000 mant olan hissəsinin ödənilməsi məhkəmə tərəfindən mübahisəsiz hal hesab edilmişdir. İddiaçı bundan başqa cavabdeh tərəfindən ondan heyvan alınmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə alının 52 baş quzunun dəyərinin 1700 manat olan hissəsinin iddiaçıya ödənilməsini təsdiq edən sübut təqdim edə bilməmişdir. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 433.3. öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından alqı-satqı müqaviləsi üzrə əşyanın alıcının mülkiyyətinə verildiyini iddiaçı, əşyanın əvəzində pulun ödənilməsini isə cavabdeh sübut etməlidir. İddiaçı, ümumilikdə 23335 manat məbləğində xırda buynuzlu heyvanın cavabdehə satdığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin, buna baxmayaraq cavabdeh iddiaçıdan 11700 manatlıq xırda buynuzlu heyvanın aldığını etiraf edərək 10000 manat pulu iddiaçıya, 1700 manat pulu mərhum R.Cəfərova ödədiyini bildirsə də, 1700 manat pulun onun tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edə biməmişdir. Hər iki tərəf 10000 manat məbləğin ödənilməsini etiraf etmiş, buna görə də, məhkəmə cavabdeh tərəfindən iddiaçıya 10000 manat pulun ödənilməsini işin mübahisəsiz halı olduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının və cavabdehin izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuşdur. İddiaçı 2023-cü ilin may ayının 15-də Cavabdeh ümumi dəyəri 11700 manat olan 52 baş quzunu satmış, cavabdeh 10000 manat pulu iddiaçıya ödəmiş, yerdə qalan 1700 manat pulu ödəməmişdir. Odur ki, iddia qismən təmin edilməli, 11700 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 12 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1700 manat (min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 12 (on iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar