Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-995/2024 23.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdeh X1 1638 manat ödədiyi pulun, 1385 manat məbləğində materialın pulunu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54 manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əvvəlcədən tanıdığı X2 16 iyun 2024 tarixində zəng edərək yaşadığı evdə təmir ilə bağlı ona iş təklif etmiş, 21 iyunda evə baxış keçirilərək 1600 manat qarşılığında üç gün ərzində işi bitirəcəyi haqqında şifahi şəkildə anlaşmışlar. Tələb olunan tikinti materiallarını aldıqdan sonra C.Bayramov 23 iyunda işi icra etməyə başlamışdır. Həmin gün o, C.Bayramovun göstərdiyi kart hesabına ödəniş vasitəsilə 500 manat ilkin məbləğ ödəmişdir. Daha sonra C.Bayramov həyat yoldaşının tibbi əməliyyat olunduğunu və gələ bilməyəcəyini bildirərək maddi kömək istəmişdir. O, bundan sonra C.Bayramovun xahişi ilə müxtəlif məbləğlərdə ödənişlər edərək ümumilikdə sonuncuya 1600 manat pul vermişdir. Lakin C.Bayramov vəd etdiyi təmir işini ümumiyyətlə icra etməmişdir. C.Bayramovun təklifi ilə o, lazım olandan iki dəfə artıq tikinti materialı almış və nəticədə tikinti materiallarının bir hissəsi təyinatı üzrə istifadə edilmədiyi üçün evdə təmir olunmuş hissədə yenidən söküntü işləri aparılaraq onun tərəfindən alınmış tikinti materialları yararsız vəziyyətə düşmüşdür. C.Bayramov dəfələrlə təmir işlərini başa çatdıracağını vəd etsə də, vədinə əməl etməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bir müddət sonra isə o, ölkə ərazisini tərk edərək Rusiya Federasiyasına getmişdir. Hazırda C.Bayramov Rusiya Federasiyası ərazisindədir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə sistemi vasitəsilə əldə olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh şəxs X4 xx.xx.2019-cu il tarixdə ad və soyadını dəyişərək Cavabdeh adını qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək, mülki işə qiyabi şəkildə baxılmasını razı olduğunu bildirərək bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materillarından görünür ki, tərəflər arasında podrat münasibətləri olmuş və əqd şifahi formada bağlanmışdır. Lakin, cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762-ci maddəsində əsasən podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi nəzərdə tutulmuşdur: - Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, X6 (bundan sonra Cavabdeh) oğluna iddiaçı tərəfindən 1638 manat pul vəsaiti göndərilmiş, “Kafel-Metlax” topdan və pərakəndə satış yerindən verilən 3709 nömrəli, xx.xx.2024-cü il tarixli qaimədən görünür ki, təmir işinin görülməsi üçün 1385 manat məbləğində tikinti materialı götürülmüşdür. Beləliklə iş materialları ilə müəyyən edilir ki, Cavabdeh oğlu tərəfindən İddiaçı ilə şifahi şəkildə podrat müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan işin görülməsi müqabilində müxtəlif vaxtlarda 1638 manat dəyərində pul vəsaitini almış, lakin heç bir iş görməyərək müqavilədən irəli gələn öhdəliyin icrasını lazımı qaydada təmin etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli 1638 manat ödənilmiş pul, 1385 manat məbləğində tikinti materialının pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 54 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh (X1 - əvvəlki adı və soyadı) 1638 manat ödənilmiş pul vəsaiti, 1385 manat məbləğində tikinti materialının pul vəsaiti olmaqla, cəmi 3023 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi kimi 54 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay ərzində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-995/2024
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-995/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver