Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-1/2025 02.05.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəmilli Ülvi Eldar oğlunun katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi: X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil): “XƏZƏR KONSALTİNQ” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-00015-05/17A saylı, 21 noyabr 2017-ci il tarixli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 21 noyabr 2022-ci il tarixinədək əlavə müqavilələr bağlanmaqla 60 (altmış) ay müddətinə, 100000 (yüz min) AZN məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 veriləcək kreditin məbləği, kreditin faizi, faizlərin qaytarılması dövriliyi və qaydası, eləcə də digər şərtlər ayrıca kredit razılaşması (əlavə müqavilə) ilə müəyyən olunur. Belə ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 19 (on doqquz) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 100000 (yüz min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında DENG-00015-05/17A saylı, 21 noyabr 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evini iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Düzdür, Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 banka olan kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 kredit müqaviləsinə əsasən 01 may 2025-ci il tarixə banka 66807.01 (altmış altı min səkkiz yüz yeddi, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 561.91 (beş yüz altmış bir, doxsan bir) AZN məbləğində faiz borcu, 10044.51 (on min qırx dörd, əlli bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 77413.43 (yetmiş yeddi min dörd yüz on üç, qırx üç) AZN məbləğində borcu mövcuddur. Onu da qeyd edir ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015- 05/19A saylı, 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinin müddəti 25 iyul 2022-ci il tarixdə bitdiyi üçün kredit müqaviləsi müqavilə müddətinin bitdiyi tarixdən, yəni 25 iyul 2022-ci il tarixdən etibarən ləğv edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/1524 №-li, 12 avqust 2022-ci il tarixli ekspert rəyi və "xxxx" MMC-nin 02/FYE/25 saylı, 09 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatı (mütəxəssis rəyi) ilə razıdır, eləcə də mülki iş üzrə məhkəmə tərəfindən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/1524 №-li, 12 avqust 2022-ci il tarixli ekspert rəyinin və "xxxx" MMC-nin 02/FYE/25 saylı, 09 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatının (mütəxəssis rəyi) nəzərə alınmasına etiraz etmir. Bütün bunları nəzərə alaraq, Cavabdeh1 66807.01 (altmış altı min səkkiz yüz yeddi, sıfır bir) AZN məbləğində əsas kredit borcunun, 7349.91 (yeddi min üç yüz qırx doqquz, doxsan bir) AZN məbləğində faiz borcunun, 10044.51 (on min qırx dörd, əlli bir) AZN məbləğində cərimə borcunun, ümumilikdə 84201.43 (səksən dörd min iki yüz bir, qırx üç) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 343.40 (üç yüz qırx üç, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin boşaldılması, eləcə də satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsi, satışdan əldə ediləcək pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin Cavabdeh1 tutulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) “XƏZƏR KONSALTİNQ” Vəkil Bürosunun vəkili Vəkil iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-00015-05/17A saylı, 21 noyabr 2017-ci il tarixli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 21 noyabr 2022-ci il tarixinədək əlavə müqavilələr bağlanmaqla 60 (altmış) ay müddətinə 100000 (yüz min) AZN məbləğində kredit xətti açılmışdır. Belə ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 19 (on doqquz) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 100000 (yüz min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında DENG-00015-05/17A saylı, 21 noyabr 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evi iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Hesab edir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında DENG-00015-05/17A saylı, 21 noyabr 2017-ci il tarixli ipoteka müqaviləsi iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsinin təminatı ola bilməz. Belə ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-00015-05/17A saylı, 21 noyabr 2017-ci il tarixli əsas kredit müqaviləsində faiz dərəcəsi göstərilmədiyi üçün DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli kredit müqaviləsi bağlanan zaman digər cavabdeh “ipoteka qoyan” Cavabdeh2 razılığı alınmalı idi. Bundan başqa, hesab edir ki, ekspertiza tədqiqi düzgün aparılmamış və Cavabdeh1 tərəfindən ödənilmiş kredit məbləği bütünlükdə kreditin faiz hissəsinə silinmişdir. Bundan başqa, hesab edir ki, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) fərdi yaşayış evinin real bazar və likvid dəyəri aşağı həddə qiymətləndirilmişdir. Belə ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) fərdi yaşayış evinin çıxarış üzrə ümumi sahəsi ilə faktiki ümumi sahəsi arasında fərq mövcuddur. Bütün bunları nəzərə alaraq, iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-00015-05/19A saylı, 21 noyabr 2017-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 21 noyabr 2022-ci il tarixinədək əlavə müqavilələr bağlanmaqla 60 (altmış) ay müddətinə, 100000 (yüz min) AZN məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-00015-05/19A saylı, 21 noyabr 2017-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, müqavilənin 3.1-ci bəndinə əsasən kredit üzrə illik faiz dərəcələri, kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması dövriliyi və qaydası, eləcə də digər şərtlər əlavə müqavilələr ilə tənzimlənir. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-00015-05/19A saylı, 21 noyabr 2017-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, müqavilənin 6.1-ci bəndinə əsasən “borcalan”ın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası 21 noyabr 2017-ci il tarixli, DENG-00015- 05/17A saylı ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin ipotekasıdır. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış (üç tərəfli) DENG-00015-05/17A saylı, 25 iyul 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evini bankın xeyrinə ipoteka predmeti kimi təqdim etmiş və ipoteka predmeti olan əmlak 210000 (iki yüz on min) AZN məbləği dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 19 (on doqquz) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 100000 (yüz min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 25 iyul 2019-cu il tarixli kassa məxaric orderinin surətindən və 02 sentyabr 2021-ci il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 nağd pul şəklində 100000 (yüz min) AZN məbləğində kredit verilmiş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materillarında olan DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 100000 (yüz min) AZN məbləğində kredit borcunu 19 (on doqquz) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsindən görünür ki, müqavilənin 2.4-cü bəndinə əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə mövcud dəbbə pulunun (cərimənin, peniyanın), üçüncü növbədə ödəniş tarixinə olan vəziyyət üzrə kredit faizlərinin, dördüncü növbədə kreditin ödənilməsinə yönəldilir. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən “borcalan”ın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası 21 noyabr 2017-ci il tarixli, DENG-00015- 05/17A saylı ipoteka müqaviləsinə əsasən “borcverən” ilə arasında bağlanmış 21 noyabr 2017-ci il tarixli, DENG-00015-05/17A saylı ipoteka müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş ünvan 4 ünvanda yerləşən əmlak (əmlaklar) ilə təmin olunur. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış DEN-B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli əlavə kredit müqaviləsindən görünür ki, müqavilənin 8.4-cü bəndinə əsasən bu müqavilə “borcverən” ilə “borcalan” arasında bağlanmış DEN-00015-05/19A saylı, 21 noyabr 2017ci il tarixli əsas kredit müqaviləsinin tərkib hissəsidir, bu müqavilənin müddəti və məbləği əsas kredit müqaviləsinin müddətindən və məbləğindən artıq ola bilməz. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən Seriya RX ******* №-li, 15 sentyabr 2017-ci il tarixli çıxarışın surətindən görünür ki, 0.019 ha. torpaq sahəsindən və 122.5 kv m., ümumi sahədən ibarət olan ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evi (daşınmaz əmlak) Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən Seriya RX ******* №-li, 23 noyabr 2017-ci il tarixli çıxarışın surətindən görünür ki, 00.019 ha. torpaq sahəsindən və 122.5 kv m., ümumi sahədən ibarət olan ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evi (daşınmaz əmlak) Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi və Bank "xxxx" ASC-nin xeyrinə ipoteka predmeti kimi yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İş materiallarında məhkəmənin şifahi sorğusuna əsasən əldə edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”ndan çıxarışın surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 08 avqust 2015-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında 21 noyabr 2017-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 arvadı Cavabdeh2 məxsus ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evini Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razıdır. İş materiallarında olan Bank "xxxx" ASC-nin PROF-2021/1239 saylı, 27 iyul 2021-ci il tarixli məktubundan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********89 saylı, 11 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin rəsmi qeydə alınması üçün bank tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildiriş qeydə alınmışdır. İş materiallarında olan PROF-2021/1210 saylı, 15 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan RİED 2021/6063 saylı, 05 oktyabr 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 05 oktyabr 2021-ci il tarixə banka 66807.01 (altmış altı min səkkiz yüz yeddi, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 7349.91 (yeddi min üç yüz qırx doqquz, doxsan bir) AZN məbləğində faiz borcu, 10044.51 (on min qırx dörd, əlli bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 84201.43 (səksən dörd min iki yüz bir, qırx üç) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan RİED 2025/1730 saylı, 02 may 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 01 may 2025-ci il tarixə banka 66807.01 (altmış altı min səkkiz yüz yeddi, sıfır bir) AZN məbləğində əsas kredit borcu, 561.91 (beş yüz altmış bir, doxsan bir) AZN məbləğində faiz borcu, 10044.51 (on min qırx dörd, əlli bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 77413.43 (yetmiş yeddi min dörd yüz on üç, qırx üç) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********* saylı, 05 noyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 343 (üç yüz qırx üç) AZN məbləğində dövlət rüsumu və 0.51 (sıfır, əlli bir) AZN məbləğində bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə müstəqil qiymətləndirici "xxxx" MMC-nin 01/234 saylı, 26 iyul 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) fərdi yaşayış evinin 26 iyul 2019-cil tarixə bazar dəyəri 230000 (iki yüz otuz min) AZN məbləği və likvid dəyəri 200000 (iki yüz min) AZN məbləği təşkil edir. İş materiallarında olan ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə müstəqil qiymətləndirici "xxxx" MMC-nin Ç-095 saylı, 24 may 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) fərdi yaşayış evinin 24 may 2022-ci il tarixə bazar dəyəri 270000 (iki yüz yetmiş min) AZN məbləği və likvid dəyəri 230000 (iki yüz otuz min) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 10/8598-9/9295 №-li, 17 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) fərdi yaşayış evinin 17 mart 2023-cü il tarixə bazar dəyəri 400000 (dörd yüz min) AZN məbləği və likvid dəyəri 380000 (üç yüz səksən min) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə müstəqil qiymətləndirici Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ("xxxx" MMC) 71/FYE/23 saylı, 16 iyun 2023-cü il tarixli qiymətləndirmə hesabatından (mütəxəssis rəyi) görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) çıxarış üzrə ümumi sahəsi 122.5 kv.m., olan fərdi yaşayış evinin 16 iyun 2023-cü il üzrə bazar dəyəri 195000 (yüz doxsan beş min) AZN məbləği və likvid dəyəri 180000 (yüz səksən min) AZN məbləği, faktiki ümumi 188.2 kv.m., olan fərdi yaşayış evinin 16 iyun 2023-cü il üzrə bazar dəyəri 245000 (iki yüz qırx beş min) AZN məbləği və likvid dəyəri 230000 (iki yüz otuz min) AZN məbləği təşkil edir. (Qeyd: qiymətləndirmə zamanı əmlaka baxış keçirilmişdir...) İş materiallarında olan ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə müstəqil qiymətləndirici "xxxx" MMC-nin 02/FYE/25 saylı, 09 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatından (mütəxəssis rəyi) görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) çıxarış üzrə ümumi sahəsi 122.5 kv.m., olan fərdi yaşayış evinin 09 yanvar 2025-cü il üzrə bazar dəyəri 198000 (yüz doxsan səkkiz min) AZN məbləği və likvid dəyəri 180000 (yüz səksən min) AZN məbləği, faktiki ümumi 188.2 kv.m., olan fərdi yaşayış evinin 16 iyun 2023-cü il üzrə bazar dəyəri 235000 (iki yüz otuz beş min) AZN məbləği və likvid dəyəri 210000 (iki yüz on min) AZN məbləği təşkil edir. (Qeyd: qiymətləndirmə zamanı əmlaka baxış keçirilməsinə şərait yaradılmadığı üçün qiymətləndirmə ilkin məlumatlar əsasında aparılmışdır...) İş materiallarında olan ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə müstəqil qiymətləndirici "xxxx" MMC-nin 65 saylı, 14 aprel 2025-ci il tarixli qiymətləndirmə hesabatından (mütəxəssis rəyi) görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 2 ünvan 13 saylı) çıxarış üzrə ümumi sahəsi 122.5 kv.m., olan fərdi yaşayış evinin faktiki ümumi sahəsi nəzərə alınmaqla təxminən bazar dəyəri 504250 (beş yüz dörd min iki yüz əlli) AZN məbləği və likvid dəyəri 453825 (dörd yüz əlli üç min səkkiz yüz iyirmi beş) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/1524 №-li, 12 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 DEN- B0015-05/19A saylı, 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 05 oktyabr 2021ci il tarixə iddiaçı Bank "xxxx" ASC-yə əsas kredit borcu üzrə-66804.67 (altmış altı min səkkiz yüz dörd, altmış yeddi) AZN məbləği və faiz borcu üzrə-7871.30 (yeddi min səkkiz yüz yetmiş bir, otuz) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 145 (yüz qırx beş) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: https://eqanun.az/framework/990234.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Məhkəmə “ipoteka müqaviləsinin kredit müqaviləsinin təminatı olub-olmaması” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında dair 11 oktyabr 2019-cu il tarixli Qərardadında qeyd edilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən tərəflər arasında münasibətlər 31 may 2018-ci il və 25 iyul 2019-cu il tarixlərdən əvvəl yarandığı, eləcə də iddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 31 may 2018-ci il və 25 iyul 2019-cu il tarixlərdən sonra müraciət etdiyi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlərə və mübasiyə şamil olunmur. Bu səbəbdən də, mübahisə edilən ipoteka müqaviləsi kredit müqaviləsinə münasibətdə bağlanmış hesab edilməli və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməlidir. Məhkəmə qeyd edir ki, “ipoteka qoyan” Cavabdeh2 “borcalan” Cavabdeh1 tərəfindən bankdan kredit alınan zaman və özünün mülkiyyətində olan daşınmaz əmlakı (ər-arvadın ümumi birgə mülkiyyəti) banka ipoteka predmeti kimi təqdim edən zaman, yəni bank ilə onun və “borcalan” Cavabdeh1 arasında hüquq münasibətləri yaranan və bu münasibətlər davam edən zaman ər-arvad olmuşlar və hazırda da ər-arvaddırlar. Bundan başqa, banka ipoteka predmeti kimi təqdim edilmiş daşınmaz əmlak “ipoteka qoyan” Cavabdeh2 ilə “borcalan” Cavabdeh1, yəni ər-arvadın ümumi birgə mülkiyyətidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, “ipoteka qoyan” Cavabdeh2 ilə “borcalan” Cavabdeh1 məhz ər-arvad kimi ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakı bank tərəfindən onlara verilmiş kreditin təminatı olaraq ipoteka predmeti kimi təqdim etdiyi və buna dair hər ikisi birgə razılıq verdiyi üçün “ipoteka qoyan” Cavabdeh2 bu münasibətlərindən sonradan xəbərsiz olması mümkünsüzdür. Məhkəmə “ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən...ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək hesab edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Məhkəmə qeyd edir ki, tərəflər ipoteka müqaviləsi bağladıqları zaman ipoteka predmeti olan ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə razılığa gələrək ipoteka predmetini 210000 (iki yüz on min) AZN məbləği həddində qiymətləndirilməsinə etiraz etməmişlər. Bununla yanaşı, məhkəmə araşdırması zamanı məsələ ilə bağlı tərəflər arasında mübahisə olduğuna görə məhz cavabdeh tərəfin vəsasətlərinə əsasən, eləcə də “ipoteka qoyan”ın daşınmaz əmlaka dair mülkiyyət hüququnun pozulmasına yol verilməməsi məqsədilə ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün hətta əldə edilmiş müstəqil qiymətləndiricilərin (mütəxəssis) hesabatları müqayisəli şəkildə təhlil edilərək bir neçə dəfə qiymətləndirmə aparılmışdır. Belə ki, ipoteka predmeti olan daşınmaz əmlakın bazar və likvid dəyəri ilə bağlı müstəqil qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirmə hesabatı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi arasında kəskin qiymət fərqi olduğuna görə yenidən qiymətləndirilmənin həyata keçirilməsi üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mütəxəssisləri cəlb edilmişlər. Sonuncu dəfə müstəqil qiymətləndirici Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ("xxxx" MMC) 71/FYE/23 saylı, 16 iyun 2023-cü il tarixli qiymətləndirmə hesabatında (mütəxəssis rəyi) ipoteka predmeti olan daşınmaz əmlakın bazar və likvid dəyəri Bakı şəhərinin daşınmaz əmlak bazarında 2023-cü ilin müvafiq dövrü üzrə qiymətlər nəzərə alınmaqla müəyyən edildiyi, eləcə də ötən müddət ərzində (2023-cü ilin iyun ayından etibarən 2024-cü ilin dekabr ayınadək olan dövr) daşınmaz əmlak bazarında qiymət dəyişikliyi olduğu üçün mübahisə predmeti olan daşınmaz əmlakın müstəqil qiymətləndirici tərəfindən yenidən qiymətləndirilməsi həyata keçirilmişdir. Beləliklə, Bakı şəhərinin daşınmaz əmlak bazarında 2025-ci ilin müvafiq dövrü üzrə qiymətlər nəzərə alınmaqla, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müstəqil qiymətləndirici "xxxx" MMC-nin 02/FYE/25 saylı, 09 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatı (mütəxəssis rəyi) əldə edilmişdir. Məhkəmə cavabdeh tərəfin əldə etdiyi "xxxx" MMC-nin 65 saylı, 14 aprel 2025-ci il tarixli qiymətləndirmə hesabatı (mütəxəssis rəyi) ilə məhkəmənin əldə etdiyi müstəqil qiymətləndirici "xxxx" MMC-nin 02/FYE/25 saylı, 09 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatını (mütəxəssis rəyi) müqayisəli şəkildə təhlil edərək hesab edir ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılan zaman ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti (bazar və likvid dəyəri) kəskin şəkildə yüksək həddə qiymətləndirilmişdir, yəni ipoteka predmeti olan daşınmaz əmlakın real bazar dəyərinin 504250 (beş yüz dörd min iki yüz əlli) AZN məbləği və likvid dəyərinin 453825 (dörd yüz əlli üç min səkkiz yüz iyirmi beş) AZN məbləği olması ağlabatan deyildir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin real və ağlabatan olmayan məbləğ həddində müəyyən edilməsi üçün qətnamənin gələcəkdə icrasının mümkünsüzlüyünə səbəbdir və qətnamənin icrasının mümkünsüzülüyü isə bankın qanuni maraqlarını, eləcə də mülki dövriyyənin sabitliyini poza bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasında fəaliyyət göstərən kifayət qədər yüksək nüfuz və etibar qazanmış bank və digər sahibkarlıq subyektləri ilə qarşılıqlı şəkildə əməkdaşlıq etməsi onu deməyə əsas verir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında 2025-ci ilin müvafiq dövrü üzrə qiymətlər nəzərə alınmaqla, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müstəqil qiymətləndirici "xxxx" MMC-nin 02/FYE/25 saylı, 09 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatı (mütəxəssis rəyi) kifayət qədər əsaslıdır, şübhə doğuran, eləcə də əsaslandığı sübutların etibarsız (qeyri-mötəbər) hesab edilməsinə dair hallar yoxdur. Məhkəmə qeyd edir ki, banka ipoteka predmeti kimi tədqim edilmiş daşınmaz əmlakın ilkin satış qiymətinin (bazar və likvid dəyəri) müəyyən edilməsi məqsədilə hər dəfə müxtəlif tarixlərdə qiymətləndirmənin həyata keçirilməsi həm məhkəmə süründürməçiliyinə, həm də Bakı şəhərində daşınmaz əmlak bazarında qiymət dəyişikliyi nəzərə alınsa bu hal qiymətləndirmə prosesinin sonsuzluğuna səbəb ola bilər. Bundan başqa, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə təsbit edilmiş “prosessual qənaət” prinsipinə (“işlərə ağlabatan müddətdə baxılması”) əsasən heç bir hüquqi əsas olmadan hər dəfə ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsinin həyata keçirilməsi ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən olan “işlərə ağlabatan müddətdə baxılması” prinsipinin pozulmasına səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən işlərə baxılması üçün ağlabatan müddətin müəyyən edilməsində məqsəd - mülki prosesdəki tərəflərin məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə müstəqil qiymətləndirici "xxxx" MMC-nin 02/FYE/25 saylı, 09 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatı (mütəxəssis rəyi) hazırda Bakı şəhərində daşınmaz əmlak bazarında mövcüd olan bazar qiymətlərinə uyğun və real üçün olduğu ipoteka predmetinin hərracda ilkin satış qiyməti (likvid dəyəri) 180000 (yüz səksən min) AZN məbləği müəyyən edilməlidir. Məhkəmə “ipoteka predmeti olan daşınmaz əmlakın çıxarış üzrə və faktiki ümumi sahəsi” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün dövlət qeydiyyatı orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evinə dair Cavabdeh2 adına istər xüsusi mülkiyyət hüququ, istərsə də bankın xeyrinə ipoteka predmeti kimi yüklülüyü daşınmaz əmlakın dövlət reyestri (qeydiyyat orqanı) tərəfindən dövlət qeydiyyatına alınan zaman daşınmaz əmlakın ümumi sahəsi 122.5 kv.m., kimi qeyd edilmişdir, yəni daşınmaz əmlaka dair həm mülkiyyətçinin mülkiyyət hüququ, həm də ipoteka saxlayanın ipoteka hüququ məhz 122.5 kv.m., ölçüdə tanınmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eləcə də həm mülkiyyət hüququ, həm də ipoteka hüququ (ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ) əşya üzərində mülkiyyət və ipoteka hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Bundan başqa, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Hal-hazırda cavabdeh (mülkiyyətçi/ipoteka qoyan) Cavabdeh2 mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş daşınmaz əmlakın digər sahəsinə dair (122.5 kv.m., sahədən kənar sahə və ya tikili) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri (qeydiyyat orqanı) tərəfindən dövlət qeydiyyatına alınmadığı üçün onun bu sahə və (və ya) tikili üzərində hər hansı hüququ tanına bilməz və dövlət tərəfindən qoruna bilməz, eləcə də sərəncam vermək (satmaq, bağışlamaq, icarəyə vermək...) və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə iddia tələbinin “yaşayış sahəsinin açıq hərracda satıldıqdan sonra boşaldılması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 saylı, 22 iyun 2023-cü il tarixli Qərardadın qeyd edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsininə əsasən 2 (iki) şərtdən ən azı birinin mövcud olması zəruridir: 1. Yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya 2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Yəni təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında ipoteka müqaviləsi 28 dekabr 2018-ci il tarixədək bağlandığı üçün iddia tələbinin “yaşayış sahəsinin açıq hərracda satıldıqdan sonra boşaldılması” hissəsinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə “borclunun kreditor qarşısında pul öhdəliyinin icrasının növbəliyi” ilə bağlı hesab edir ki, müqavilədə nəzərdə tutulmuş Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC qarşısında mövcud pul öhdəliyinin icrasının ardıcıllığı, yəni növbəliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinin tələbinə uyğundur və Cavabdeh1 müəyyənləşdirdiyi və ya hesab etdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məhkəmə iddia tələbinin “10044.51 (on min qırx dörd, əlli bir) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı Bank "xxxx" ASC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı Bank "xxxx" ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “10044.51 (on min qırx dörd, əlli bir) AZN məbləğində cərimə borcu 3300 (üç min üç yüz) AZN məbləğinə qədər” azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin cavabdehdən tutulması” hissəsində hesab edir ki, Cavabdeh1 bu barədə bank qarşısında öz üzərinə öhdəlik götürməmiş, eləcə də əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin cavabdehdən tutulması kimi icra tədbirləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş və bu tədbirlərin tətbiqi yalnız məhkəmə qərarının icrası mərhələsində, eləcə də buna dair hüquqi əsaslar məhz həmin mərhələdə yarandıqda mümkündür. Bu səbəbədən də, iddia tələbinin “əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin cavabdehdən tutulması” hissəsi rədd edilməlidir. Məhkəmə “ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/1524 №-li, 12 avqust 2022-ci il tarixli ekspert rəyinin və "xxxx" MMC-nin 02/FYE/25 saylı, 09 yanvar 2025-ci il tarixli qiymətləndirmə hesabatının (mütəxəssis rəyi)” mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik və “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” məsələsi texniki bilik tələb olunan hallar olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert və mütəxəssi tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert və mütəxəssis rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert və mütəxəssis rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert və mütəxəssis rəyləri iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC-nin iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı Bank "xxxx" ASC-nin iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə kredit müqaviləsinin şərtləri pozulduğunu, yəni “borclu” tərəfindən müqavilə öhdəliklərinin tam icra edilməməsini əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, iddiaçı Bank "xxxx" ASC-nin iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, birbirinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) “XƏZƏR KONSALTİNQ” Vəkil Bürosunun vəkili Vəkil iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) “XƏZƏR KONSALTİNQ” Vəkil Bürosunun vəkili Vəkil izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, birbirinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh1 66804.67 (altmış altı min səkkiz yüz dörd, altmış yeddi) AZN məbləğində əsas kredit borcu, 561.91 (beş yüz altmış bir, doxsan bir) AZN məbləğində faiz borcu, 3300 (üç min üç yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 70666.58 (yetmiş min altı yüz altmış altı, əlli səkkiz) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 287.84 (iki yüz səksən yeddi, səksən dörd) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində xidmət haqqı tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, tələb Cavabdeh2 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 180000 (yüz səksən min) AZN məbləği olmaqla, açıq hərracda satılmalı və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan kredit borcu ödənilməli, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri, digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli və fərdi yaşayış evi boşaldılmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Bundan başqa, Cavabdeh1 mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 145 (yüz qırx beş) AZN məbləğində pul və ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 66804.67 (altmış altı min səkkiz yüz dörd, altmış yeddi) AZN məbləğində əsas kredit borcu, 561.91 (beş yüz altmış bir, doxsan bir) AZN məbləğində faiz borcu, 3300 (üç min üç yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 70666.58 (yetmiş min altı yüz altmış altı, əlli səkkiz) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 287.84 (iki yüz səksən yeddi, səksən dörd) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində xidmət haqqı tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh2 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 ünvan 13 saylı) fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 180000 (yüz səksən min) AZN məbləği olmaqla, açıq hərracda satılsın və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan kredit borcu ödənilsin. Fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri, digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etsinlər və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh1 mülki iş üzrə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 145 (yüz qırx beş) AZN məbləğində pul və ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov