Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-117/2023 13.04.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Həqiqi hərbi xidməti başa vurduqdan sonra 2007-ci ilədək Azərbaycan Respublikası Daxili Nazirliyinin müvafiq orqanlarında işləmişdir. Cavabdeh onun qardaşıdır. 2003-cü il tarixdə Bakı şəhərində ev almaq qərarına gəlmişdir. Həmin vaxt İmişli rayonunda işlədiyi üçün tanışlarının vasitəsilə X1 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzilin satması barədə məlumat almışdır. O, “Əliqardaş” adlı şəxs ilə mənzilin qiymətini 7000 (yeddi min) ABŞ dolları məbləğinə razılaşmışdır. “Əliqardaş” adlı şəxs ona pulun yarı hissəsinin əvvəlcədən ödənilməsini bildirmişdir. O, həmin ilin avqust ayında özünə toy etməli olduğu üçün təmir işlərinin aparılması üçün mənzil boşaldılmalı idi. Belə ki, o, 3000 (üç min) ABŞ dolları məbləğində pulu əvvəlcədən “Əliqardaş” adlı şəxsə vermişdir. Mənzil boşaldılan zanam da pulun qalıq hissəsini ona vermişdir. Azərbaycan Respublikası Daxili Nazirliyinin müvafiq orqanlarında işlədiyi üçün həmin mənzilin öz adına sənədləşdirilməməyi məsləhət görülmüşdür. Bu səbəbdən də, o, həmin mənzili Cavabdeh adına sənədləşdirmişdir. Ümumiyyətlə, mübahisə predmeti olan həmin mənzilə dair onun ilə Cavabdeh arasında məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzilin dəyəri olan 75000 (yetmiş beş min) AZN məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi, eləcə də özünün və həyat yoldaşı X2 uşaqları ilə birlikdə həmin mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmişdir. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamənin qəbul edilməsi, onun Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh ona və X4 qarşı “mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin edilərək, onun və həyat yoldaşı X2 uşaqları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzildən çıxarılaraq, mənzilin boşaldılması qət edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6486/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti rədd edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Eyni zamanda bildirir ki, mübahisə predmeti olan həmin mənzildə ona məxsus ev və digər əşyalar qalmışdır. Artıq bir neçə ildir ki, Cavabdeh həmin ev və digər əşyalardan istifadə edir. Hal-hazırda Cavabdeh, yəni xüsusi mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzildə ev və digər əşyalar-1 (bir) ədəd şifonyer - 150 (yüz əlli) manat, 1 (bir) ədəd taxt - 100 (yüz) manat, 2 (iki) ədəd divar saatı - 80 (səksən) manat, 2 (iki) ədəd tül pərdə - 100 (yüz) manat, 1 (bir) ədəd böyük elektrik soba - 80 (səksən) manat, 1 (bir) ədəd kiçik elektrik soba - 10 (on) manat, 2 (iki) ədəd çılçıaraq - 350 (üç yüz əlli) manat, 1 (bir) ədəd çuqun vedrə - 15 (on beş) manat, 4 (dörd) ədəd aluminium vedrə - 24 (iyirmi dörd) manat, 1(bir) ədəd böyük aluminium qazan – 50 (əlli) manat, 2 (iki) ədəd kiçik aluminium qazan - 20 (iyirmi) manat, 1 (bir) ədəd böyük çuqun ləyən - 40 (qırx) manat, 1 (bir) ədəd servant qabı - 50 (əlli) manat, 1 (bir) ədəd ətçəkən maşın - 50 (əlli) manat, 2 (iki) ədəd ləpə qabı - 20 (iyirmi) manat, 2 (iki) ədəd büllur konfet qabı - 20 (iyirmi) manat, 1 (bir) çay dəsti - 50 (əlli) manat, 1 (bir) ədəd çuqun çaydan - 20 (iyirmi) manat, 1 (bir) ədəd “Bakı” istehsalı kondisioner - 150 (yüz əlli) manat, 1 (bir) ədəd qaz sobası (dörd gözlü) - 150 (yüz əlli) manat, 1 (bir) ədəd “Moser” markalı başqırxan maşın – 38 (otuz səkkiz) manat, 2 (iki) ədəd qış gödəkçəsi - 100 (yüz) manat, 3 (üç) dəst kostyum - 240 (iki yüz qırx) manat, 2 (iki) ədəd böyük aş boşqabı - 20 (iyirmi) manat, 10 (on) ədəd mürəbbə balonu - 100 (yüz) manat, 10 (on) ədəd kompot balonu - 40 (qırx) manat, 10 (on) ədəd kiçik bankada mürəbbə - 30 (otuz) manat, 1 (bir) ədəd klaviatura - 15 (on beş) manat, 1 (bir) ədəd kompyuter üçün qulaqlıq - 10 (on) manat, 1 (bir) ədəd səsucaldan – 10 (on) manat, 1 (bir) ədəd ailəvi portret - 50 (əlli) manat, iynə və saplar - 10 (on) manat, 100-vərəqli A4, 5 (beş) bülleten - 25 (iyirmi beş) manat, 40 (qırx) metr kabel - 40 (qırx) manat, 3 (üç) top elektrik naqili - 105 (yüz beş) manat, 1 (bir) ədəd makina - 50 (əlli) manat, 2 (iki) ədəd qaynaq aparatı - 400 (dörd yüz) manat, 6 (altı) dəstə elektrod - 72 (yetmiş iki) manat, 1 (bir) ədəd laqunda Q-230 - 80 (səksən) manat, 1 (bir) ədəd laqunda Q-125 - 50 (əlli) manat, 1 (bir) ədəd perforator - 120 (yüz iyirmi) manat, 1 (bir) ədəd yerqazan perforator - 180 (yüz səksən) manat, 2 (iki) ədəd betondeşən sverlo Q-20 - 40 (qırx) manat, 2 (iki) ədəd betondeşon sverlo Q-25 - 50 (əlli) manat, 1 (bir) ədəd betondeşon sverlo "Bosch" Q-20 - 45 (qırx beş) manat, 1 (bir) diplomat açar - 80 (səksən) manat, 100 (yüz) ədəd Q-20, 25 ölçüdə plastik turba başlığı - 50 (əlli) manat, 20 (iyirmi) ədəd vintil plastik - 60 (altmış) manat, 30 (otuz) metr plastik turba Q-20 - 18 (on səkkiz) manat, 2 (iki) ədəd balta - 12 (on iki) manat, 4 (dörd) ədəd bel - 20 (iyirmi) manat, 2 (iki) ədəd lom - 10 (on) manat, 30 (otuz) metr armatur - 30 (otuz) manat, 50 (əlli) ədəd laqunda daşı Q-230 - 120 (yüz iyirmi) manat, 1 (bir) ədəd stul - 20 (iyirmi) manat, 1 (bir) ədəd velosiped Q-28 - 75 (yetmiş beş) manat, 1 (bir) ədəd velosiped Q-16 - 50 (əlli) manat, 1 (bir) ədəd 3-təkərli velosiped - 30 (otuz) manat, 1 (bir) ədəd yuxa yayan taxta - 20 (iyirmi) manat, 1 (bir) ədəd kabab üçün tor - 10 (on) manat əşyaları qalmışdır. Bundan başqa, o, mübahisə predmeti olan həmin mənzilin təmirinə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində pul xərcləmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh qeyd edilən ev və digər əşyaların alınaraq, özünə geri qaytarılması və mənzilin təmirinə xərclənmiş 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. İddiaçı onun qardaşıdır. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Mübahisə predmeti olan həmin mənzilə dair İddiaçı ilə aralarında məhkəmə mübahisələri olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarlarına əsasən İddiaçı ona qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, özünün İddiaçı və X4 qarşı “mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin edilərək, İddiaçı və həyat yoldaşı X3 uşaqları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzildən çıxarılaraq, boşaldılması qət edilmişdir. Eyni zamanda bildirir ki, İddiaçı guya “mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbinə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında hüquqi qiymət verilmişdir. Hesab edir ki, İddiaçı ona qarşı yenidən “mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbini irəli sürə bilməz. Bundan başqa, qeyd edir ki, hal-hazırda ona məxsus və onun yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 38 saylı mənzildə iddia edilən ev və digər əşyalar yoxdur. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Belə kli, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul və əmlak tələb etmək fikrindədir. Əgər iddia edilən həmin ev və digər əşyalar ona məxsus mənzildədirsə idi, niyə İddiaçı bu günədək ona qarşı “əmlak” tələbinə dair iddia irəli sürməmişdir?! Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “əmlak və pul” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, “əmlak və pul” tələbinə dair iddianın “əmlak” tələbinə dair hissəsi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı,14 fevral 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzilin dəyəri olan 75000 (yetmiş beş min) AZN məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, İddiaçı və X2 uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaqla, mənzilin boşaldılması...qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamənin qəbul olunması, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd olunması, Cavabdeh iddiasının təmin olunması, İddiaçı və X2 uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6486/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ Rayon İcra Şöbəsinin 17/95-35/8 saylı, 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli icra sənədi 13 fevral 2019-cu il tarixdə Qaradağ Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və 29 may 2019-cu il tarixdə icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.5-ci maddəsinə əsasən məhkəməyə geri qaytarımışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli icra sənədi əsasında icra işi şöbənin arxivində aşkar edilməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-117/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddianın “evin təmirinə çəkilmiş xərcin ödənilməsi-pul” tələbinə dair hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün icraata xitam verilmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı,14 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzilin dəyəri olan 75000 (yetmiş beş min) AZN məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, İddiaçı və X2 uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaqla, mənzilin boşaldılması...qət edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-304/2018 saylı, 14 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamənin qəbul olunması, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd olunması, Cavabdeh iddiasının təmin olunması, İddiaçı və X2 uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6486/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli icra sənədi 13 fevral 2019cu il tarixdə Qaradağ Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və 29 may 2019-cu il tarixdə icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.5-ci maddəsinə əsasən məhkəməyə geri qaytarımış, eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5381/2018 saylı, 29 may 2018-ci il tarixli icra sənədi əsasında icra işi şöbənin arxivində aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddia edilən ev və digər əşyaların İddiaçı məxsus olması, mövcudluğu və dəyəri, ümumi dəyərinin məhz 4054 (dörd min əlli dörd) AZN məbləği təşkil etməsi; 2. İddia edilən ev və digər əşyalarının məhz hansı şəraitdə cavabdeh X5 qalması kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia edilən həmin “ev və digər əşyaların” məhz İddiaçı məxsus olması, mövcudluğu və dəyərinin məhz iddia ərizəsində qeyd edilən məbləğ həddində təşkil etməsi, eləcə də, məhz hansı şəraitdə Cavabdeh qalması məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, məhz ev və digər əşyaların onun özünə məxsus olması, mövcudluğu və dəyəri, eləcə də hansı şəraitdə Cavabdeh qalması ilə bağlı halları əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün “əmlak və pul” tələbinə dair iddianın “əmlak” tələbinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddianın “əmlak” tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-117/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-117/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver