Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-13/2024 05.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin şərtləri ilə tanış olmuş və həmin şərtləri GTC-05572İB/2018 saylı, 27 dekabr 2018-ci il tarixli razılıq ərizəsi ilə qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizəyə əsasən bank tərəfindən istehlak məqsədilə Cavabdeh illik 18.65 (on səkkiz, altmış beş) % dərəcəsi, illik cərimə 180 (yüz səksən) % dərəcəsi tətbiq edilməklə, 47 (qırx yeddi) ay müddətinə-01 dekabr 2022-ci il tarixədək 15500 (on beş min beş yüz) AZN məbləğində işçi krediti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə” yə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 (iki) qaydada müəyyən olunur: 1) Kreditin müddəti bitənədək və 2) Kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bundan başqa, 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin 4-cü bölməsinin 5.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Cavabdeh kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 663 (altı yüz altmış üç) gün təşkil edir. Halhazırda bank qarşısında olan öhdəliklərini icra etməyən Cavabdeh 24 yanvar 2023-cü il tarixə banka 8130.36 (səkkiz min yüz otuz, otuz altı) AZN məbləğində əsas kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 8130.36 (səkkiz min yüz otuz, otuz altı) AZN məbləğində əsas kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 102 (yüz iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil eydiyi Cavabdeh onun oğludur. Cavabdeh İddiaçı ASC ilə bağlanmış 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin şərtləri ilə tanış olmuş və həmin şərtləri GTC-05572İB/2018 saylı, 27 dekabr 2018-ci il tarixli razılıq ərizəsi ilə qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizəyə əsasən bank tərəfindən istehlak məqsədilə Cavabdeh illik 18.65 (on səkkiz, altmış beş) % dərəcəsi, illik cərimə 180 (yüz səksən) % dərəcəsi tətbiq edilməklə, 47 (qırx yeddi) ay müddətinə-01 dekabr 2022-ci il tarixədək 15500 (on beş min beş yüz) AZN məbləğində işçi krediti verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmiş, yəni banka olan kredit borcunu tam ödəmişdir. Belə ki, “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizəyə əsasən güzəştli illik 18.65 % dərəcəsi tətbiq edilməklə, hesablanmış kredit borcu Cavabdeh tərəfindən İddiaçı ASC-nin xeyrinə tam ödənilmişdir. Hesab edir ki, bank tərəfindən əsassız olaraq kredit borcunun ödənilməsi tələb edilir. Eyni zamanda, hesab edir ki, ekspertiza tədqiqi düzgün aparılmamış və Cavabdeh banka kredit borcu mövcud deyildir. Bundan başqa, bildirir ki, “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizədə kreditin nominal illik faiz dərəcəsi 18.65 (on səkkiz, altmış beş) % və kreditin faktiki illik güzəştsiz faiz dərəcəsi 30 (otuz) % qeyd olunmuşdur. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizənin “Xüsusi şərtlər” hissəsində qeyd olunur ki, güzəştiz illik faiz dərəcəsi işəgötürənlə əmək münasibətlərinə xitam verildiyi halda tətbiq edilir. Bu zaman bank müştərini yazılı qaydada məlumatlandırmaqla birtərəfli qaydada güzəştiz illik faiz dərəcəsini azalda bilər. Cavabdeh 09 avqust 2019-cu ildə işdən azad olunduqdan sonra bank tərəfindən heç bir məlumat verilmədən, eləcə də tərəflər arasında hər hansı əlavə sənəd (müqaviləyə əlavə yeni qrafik, razılaşmaq protokolu və s.) imzalanmadan kreditin illik faiz dərəcəsini 30 (otuz) %-ə qədər artırılmışdır. Bu səbəbdən də, Cavabdeh tərəfindən ödənilmiş kredit məbləği bütünlükdə kreditin faiz hissəsinə silinmişdir. Hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında “27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizədə qeyd edilmiş güzəştsiz illik 30 % dərəcəsinin tətbiq edilməsinə dair “xüsusi şərt” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5, 328, 404, 420.2 və 425.1-ci maddələrinin tələbinə ziddir və etibarsız sayılmalıdır. Ümumiyyətlə, iş üzrə əldə edilmiş müvafiq ekspert rəyləri ilə razı deyildir. Bütün bunları nəzərə alaraq, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, əlavə komission “məhkəmə-mühasibatlıq ekspertizası”nın rəyi nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş GTC-05572İB/2018 saylı, 27 dekabr 2018-ci il tarixli razılıq ərizəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin şərtləri ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizənin (kredit müqaviləsi) surətindən görünür ki, bank tərəfindən istehlak məqsədilə Cavabdeh illik 18.65 (on səkkiz, altmış beş) % dərəcəsi, illik cərimə 180 (yüz səksən) % dərəcəsi tətbiq edilməklə, 47 (qırx yeddi) ay müddətinə-01 dekabr 2022-ci il tarixədək 15500 (on beş min beş yüz) AZN məbləğində işçi krediti verilmişdir İş materiallarında olan 27 dekabr 2018-ci il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizəy üzrə bank tərəfindən Cavabdeh bank hesabına 15500 (on beş min beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 15500 (on beş min beş yüz) AZN məbləğində kredit borcunu illik 18.65 (on səkkiz, altmış beş) % dərəcəsi tətbiq edilməklə, 47 (qırx yeddi) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin surətindən görünür ki, müqavilənin 4-cü bölməsinin 3.8-ci bəndindən əsasən müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı bank edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Müqavilənin 4-cü bölməsinin 3.1-ci bəndindən əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə” yə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 (iki) qaydada müəyyən olunur: 1) Kreditin müddəti bitənədək və 2) Kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Müqavilənin 4-cü bölməsinin 5.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər İş materiallarında olan PB/PBL-OUT-00176-2023 saylı, 16 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 24 yanvar 2023-cü il tarixə banka 8130.36 (səkkiz min yüz otuz, otuz altı) AZN məbləğində əsas kredit borcu mövcuddur və kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 663 (altı yüz altmış üç) gün təşkil edir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş PB-OUT-06672-2022/9 saylı, 25 noyabr 2022-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Cavabdeh İddiaçı ASCyə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ******* saylı, 12 sentyabr 2005-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 12 sentyabr 2012-ci il tarixdən etibarən 09 avqust 2019-cu il tarixədək İddiaçı ASC-də müxtəlif vəzifələrdə işləmiş və **********8 saylı, 09 avqust 2019-cu il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan PB-OUT-01275-2020 saylı, 28 sentyabr 2020-ci il tarixli İddiaçı ASC-nin məktubunun surətindən görünür ki, 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli kredit müqaviləsində qeyd olunan faiz dərəcələrinin 2022-ci ilin sonunadək dəyişməz olaraq qalacağı bildirilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ********** saylı, 06 aprel 2023cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 102 (yüz iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/4365 №-li, 31 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1. Cavabdeh “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizəyə (kredit müqaviləsi) əsasən 27 dekabr 2018-ci il tarixdən (kreditin verilmə tarixi) 24 yanvar 2023-cü il tarixədək (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) illik 18.65 % dərəcəsi tətbiq edilməkə 24 yanvar 2023-cü il tarixə İddiaçı ASC-yə əsas kredit borcu üzrə-6794.85 (altı min yeddi yüz doxsan dörd, səksən beş) AZN məbləği və faiz borcu üzrə-1467.88 (min dörd yüz altmış yeddi, səksən səkkiz) AZN məbləği təşkil edir. 2. Cavabdeh “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizəyə (kredit müqaviləsi) əsasən 27 dekabr 2018-ci il tarixdən (kreditin verilmə tarixi) 09 avqust 2019-cu il tarixədək (işdən azad olunma tarixi) illik 18.65 % dərəcəsi tətbiq edilməklə, 09 avqust 2019-cu il tarixədən (işdən azad olunma tarixi) 24 yanvar 2023-cü il tarixədək (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) illik 30 % dərəcəsi tətbiq edilməklə 24 yanvar 2023cü il tarixə İddiaçı ASC-yə əsas kredit borcu üzrə-10401.99 (on min dörd yüz bir, doxsan doqquz) AZN məbləği və faiz borcu üzrə-3614.69 (üç min altı yüz on dörd, altmış doqquz) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 200 (iki yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin komission “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/7444 №-li, 28 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1. Cavabdeh “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizəyə (kredit müqaviləsi) əsasən cavabdeh 24 yanvar 2023-cü il tarixə İddiaçı ASC-yə əsas kredit borcu üzrə-8130.36 (səkkiz min yüz otuz, otuz altı) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə komission “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/2212 №-li, 02 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1. “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin 3.8 və 3.11-ci bəndləri nəzərə alınmaqla, cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanması 27 may 2022-ci il tarixdə dayandırılmışdır. Hesabdan çıxarış məlumatlarına əsasən 27 may 2022-ci il tarixədək 6894.79 (altı min səkkiz yüz doxsan dörd, yetmiş doqquz) AZN məbləğində cərimə müəyyən edilir və Cavabdeh tərəfindən 6894.79 (altı min səkkiz yüz doxsan dörd, yetmiş doqquz) AZN məbləğində cərimə borcu tam ödənilmişdir. Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizənin şərtləri nəzərə alınmaqla, Cavabdeh 01 dekabr 2022-ci il tarixə (kredit müddətinin bitdiyi tarix) İddiaçı ASC-yə əsas kredit borcu üzrə-9021.89 (doqquz min iyirmi bir, səksən doqquz) AZN məbləği, faiz borcu üzrə-135.54 (yüz otuz beş, əlli dörd) AZN məbləği və cərimə borcu-0 (sıfır) AZN məbləği təşkil edir. Qeyd: 1. Ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, tərəflər arasında bağlanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizənin (kredit müqaviləsi) şərtlərinə əsasən bank tərəfindən cavabdehin 01 dekabr 2022-ci il tarixədək (kredit müddətinin bitdiyi tarix...) əsas kredit borcuna güzəştli illik 18.65 % dərəcəsi tətbiq edilmişdir, yəni güzəştsiz illik 30 % dərəcəsi tətbiq edilməmişdir. Qeyd: 2. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixdən (kredit müddətinin bitdiyi tarix) sonra 455 (dörd yüz əlli beş) AZN məbləğində kredit ödənişi edilmişdir. Hazırki tədqiqatla kredit müqaviləsi üzrə borc qalığı 01 dekabr 2022-ci il tarixədək (kredit müddətinin bitdiyi tarix) hesablandığı üçün 01 dekabr 2022-ci il tarixdən sonra ödənilmiş 455 (dörd yüz əlli beş) AZN məbləğində kredit ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır. --- 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsi nəzərə alınmaqla, cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanması 27 may 2022-ci il tarixdə dayandırılmışdır. Hesabdan çıxarış məlumatlarına əsasən 27 may 2022ci il tarixədək 6894.79 (altı min səkkiz yüz doxsan dörd, yetmiş doqquz) AZN məbləğində cərimə müəyyən edilir. Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizənin şərtləri nəzərə alınmaqla, Cavabdeh 01 dekabr 2022-ci il tarixə (kredit müddətinin bitdiyi tarix) İddiaçı ASC-yə əsas kredit borcu üzrə -705.27 (yeddi yüz beş, iyirmi yeddi) AZN məbləği, faiz borcu-10.60 (on, altmış) AZN məbləği və cərimə borcu üzrə-6894.79 (altı min səkkiz yüz doxsan dörd, yetmiş doqquz) AZN məbləğində təşkil edir. Qeyd: 1. Ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, tərəflər arasında bağlanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizənin (kredit müqaviləsi) şərtlərinə əsasən bank tərəfindən cavabdehin 01 dekabr 2022-ci il tarixədək (kredit müddətinin bitdiyi tarix...) əsas kredit borcuna güzəştli illik 18.65 % dərəcəsi tətbiq edilmişdir, yəni güzəştsiz illik 30 % dərəcəsi tətbiq edilməmişdir. Qeyd: 2. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixdən (kredit müddətinin bitdiyi tarix) sonra 455 (dörd yüz əlli beş) AZN məbləğində kredit ödənişi edilmişdir. Hazırki tədqiqatla kredit müqaviləsi üzrə borc qalığı 01 dekabr 2022-ci il tarixədək (kredit müddətinin bitdiyi tarix) hesablandığı üçün 01 dekabr 2022-ci il tarixdən sonra ödənilmiş 455 (dörd yüz əlli beş) AZN məbləğində kredit ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır. Aparılmış tədqiqatın dəyəri (xərc): 200 (iki yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “əlavə komission ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilibedilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı və cavabdeh tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə “1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin 4-cü bölməsinin 3.8 və 3.1-ci bəndlərinə əsasən borclunun kreditor qarşısında pul öhdəliyinin icrasının növbəliliyi” ilə bağlı hesab edir ki, müqavilədə nəzərdə tutulmuş Cavabdeh İddiaçı ASC qarşısında mövcud pul öhdəliyinin icrasının ardıcıllığı, yəni növbəliliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinin tələbinə uyğundur və Cavabdeh müəyyənləşdirdiyi və ya hesab etdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bundan başqa, məhkəmə “cavabdeh tərəfin etiraz ərizəsində bildirdiyi-bank tərəfindən tələb edilən kredit borcuna 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizədə qeyd edilmiş güzəştsiz illik 30 % dərəcəsinin hesablanmasına dair xüsusi şərtin tətbiq edilməsi” ilə bağlı hesab edir ki, əlavə komission “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/2212 №-li, 02 may 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi tərəflər arasında bağlanmış 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsi əsasında 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizə (kredit müqaviləsi) şərtlərinə, eləcə də cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cavabdehin 01 dekabr 2022-ci il tarixədək (kredit müddətinin bitdiyi tarix...) ödənilməli olan əsas kredit borcuna güzəştli illik 18.65 % dərəcəsi tətbiq edildiyi, yəni güzəştsiz illik 30 % dərəcəsi tətbiq edilmədiyi üçün güzəştsiz illik 30 % dərəcəsinin tətbiqinə dair “xüsusi şərt”li əqdin tam və (və ya) qismən etibarsızlığı halının mövcud olub-olmamasının, yəni müqavilənin etibarlı olub-olmamasının müəyyən edilməsinə zərurət yoxdur. Başqa sözlə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh ödənilməsi tələb edilən 8130.36 (səkkiz min yüz otuz, otuz altı) AZN məbləğində əsas kredit borcunun və bu borcun yaranma əsasını, yəni iddia tələbinin əsasını 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” ərizədə (kredit müqaviləsi) qeyd edilmiş güzəştsiz illik 30 % dərəcəsinin tətbiqinə dair “xüsusi şərt” təşkil etmir. Yəni mövcud hüquqi nəticəni tərəflər arasında bağlanmış 0064072AZN03269 saylı, 27 dekabr 2018-ci il tarixli “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün” kredit müqaviləsində qeyd edilmiş güzəştsiz illik 30 % dərəcəsinin tətbiqinə dair “xüsusi şərt” yaratmamışdır, yəni qarşılıqlı mülki hüquq və öhdəliklər bu şərtə əsasən əmələ gəlməmişdir. Bundan başqa, məhkəmə “əlavə komission ekspert rəyində qeyd edilmiş 01 dekabr 2022-ci il tarixdən (kredit müddətinin bitdiyi tarix) sonra 455 (dörd yüz əlli beş) AZN məbləğində kredit ödənişi” ilə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə, tərəflər arasında bağlanmış 1.1.1 versiyalı, 16 avqust 2018-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” müqaviləsinin 4-cü bölməsinin 3.8 və 3.1-ci bəndlərinə əsasən ümumilikdə 9157.43 (doqquz min yüz əlli yeddi, qırx üç) AZN məbləğində kredit borcundan (əsas kredit borcu üzrə-9021.89 (doqquz min iyirmi bir, səksən doqquz) AZN məbləği, faiz borcu üzrə- 135.54 (yüz otuz beş, əlli dörd) AZN məbləği və cərimə borcu üzrə-0 (sıfır) AZN məbləği təşkil etməsi...) 455 (dörd yüz əlli beş) AZN məbləğində ödəniş nəzərə almaqla (əvvəlcə faizin hesabına və sonra əsas öhdəliyin hesabına daxil edilməklə...), İddiaçı ASC qarşısında Cavabdeh hal-hazırda əsas kredit borcu öhdəliyinin həcmi-8702.43 (səkkiz min yeddi yüz iki, qırx üç) AZN məbləği təşkil edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 8130.36 (səkkiz min yüz otuz, otuz altı) AZN məbləğində əsas kredit borcu və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 102 (yüz iki) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin, komission və əlavə komission “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 500 (beş yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8130.36 (səkkiz min yüz otuz, otuz altı) AZN məbləğində əsas kredit borcu və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 102 (yüz iki) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin, komission və əlavə komission “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 500 (beş yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-13/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-13/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver