Məhkəmə qərarları › İş №2(072)-131/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-131/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-131/2024 23.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış **********0184 saylı, 24 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 30 (otuz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2400 (iki min dörd yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 13 dekabr 2023-cü il tarixə banka 2184 (iki min yüz səksən dörd) AZN məbləğində əsas kredit borcu, 657.64 (altı yüz əlli yeddi, altmış dörd) AZN məbləğində faiz borcu, 106.25 (yüz altı, iyirmi beş) AZN məbləğində cərimə borcu və ümumilikdə 2947.89 (iki min doqquz yüz qırx yeddi, səksən doqquz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 2184 (iki min yüz səksən dörd) AZN məbləğində əsas kredit borcunun, 657.64 (altı yüz əlli yeddi, altmış dörd) AZN məbləğində faiz borcunun, 106.25 (yüz altı, iyirmi beş) AZN məbləğində cərimə borcunun, ümumilikdə 2947.89 (iki min doqquz yüz qırx yeddi, səksən doqquz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 49.48 (qırx doqquz, qırx səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış **********0184 saylı, 24 may 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 30 (otuz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2400 (iki min dörd yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 5376 0933 4329 5572 saylı, 24 may 2023-cü il tarixli “Fincard” kreditvermə qəbzindən və “Kredit kartının mədaxil (qəbul) aktı”ndan görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış **********0184 saylı, 24 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh məxsus **********0184 hesab nömrəsinə 2400 (iki min dörd yüz) AZN məbləğində pul köçürülmüş və kredit kartı Cavabdeh təqdim edilmişdir. İş materillarında olan **********0184 saylı, 24 may 2023-cü il tarixli kredit müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2400 (iki min dörd yüz) AZN məbləğində kredit borcunu illik 30 (otuz) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 dekabr 2023-cü il tarixə banka 2184 (iki min yüz səksən dörd) AZN məbləğində əsas kredit borcu, 657.64 (altı yüz əlli yeddi, altmış dörd) AZN məbləğində faiz borcu, 106.25 (yüz altı, iyirmi beş) AZN məbləğində cərimə borcu və ümumilikdə 2947.89 (iki min doqquz yüz qırx yeddi, səksən doqquz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********** saylı, 21 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən iddia qaldırılması üçün 49.48 (qırx doqquz, qırx səkkiz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 2184 (iki min yüz səksən dörd) AZN məbləğində əsas kredit borcu, 657.64 (altı yüz əlli yeddi, altmış dörd) AZN məbləğində faiz borcu, 106.25 (yüz altı, iyirmi beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 2947.89 (iki min doqquz yüz qırx yeddi, səksən doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 49.48 (qırx doqquz, qırx səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2184 (iki min yüz səksən dörd) AZN məbləğində əsas kredit borcu, 657.64 (altı yüz əlli yeddi, altmış dörd) AZN məbləğində faiz borcu, 106.25 (yüz altı, iyirmi beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 2947.89 (iki min doqquz yüz qırx yeddi, səksən doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 49.48 (qırx doqquz, qırx səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMM QBKTnin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar