Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-15/2024 05.03.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********69 saylı, 26 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 18 (on səkkiz) % dərəcəsi tətbiq edilməklə, 34 (otuz dörd) ay müddətinə 7500 (yeddi min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh banka 5173.31 (beş min yüz yetmiş üç, otuz bir) AZN məbləğində əsas kredit borcu, 1368.25 (min üç yüz altmış səkkiz, iyirmi beş) AZN məbləğində faiz borcu və ümumilikdə 6541.56 (altı min beş yüz qırx bir, əlli altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 5173.31 (beş min yüz yetmiş üç, otuz bir) AZN məbləğində əsas kredit borcunun, 1368.25 (min üç yüz altmış səkkiz, iyirmi beş) AZN məbləğində faiz borcunun, ümumilikdə 6541.56 (altı min beş yüz qırx bir, əlli altı) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 85.42 (səksən beş, qırx iki) AZN məbləğində dövlət rüsumunun və 1.20 (bir, iyirmi) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçı "xxxx" ASC ilə bağlanmış BPM**********69 saylı, 26 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 18 (on səkkiz) % dərəcəsi tətbiq edilməklə, 34 (otuz dörd) ay müddətinə 7500 (yeddi min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, iddiaçı "xxxx" ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********69 saylı, 26 yanvar 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 18 (on səkkiz) % dərəcəsi tətbiq edilməklə, 34 (otuz dörd) ay müddətinə 7500 (yeddi min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 26 yanvar 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********69 saylı, 26 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində (1 % komissyon haqqı tutulmaqla) 7425 (yeddi min dörd yüz iyirmi beş) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan BPM**********69 saylı, 26 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 7500 (yeddi min beş yüz) AZN məbləğində kredit borcunu illik 18 (on səkkiz) % dərəcəsi tətbiq edilməklə, 34 (otuz dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 230 saylı, 03 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 03 oktyabr 2023-cü il tarixə banka 5004.17 (beş min dörd, on yeddi) AZN məbləğində əsas kredit borcu, 1368.25 (min üç yüz altmış səkkiz, iyirmi beş) AZN məbləğində faiz borcu və ümumilikdə 6372.42 (altı min üç yüz yetmiş iki, qırx iki) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6-2-22/2-5073/2023 saylı, 20 fevral 2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 13 mart 2023-cü il tarixli, ********** saylı, 03 oktyabr 2023-cü il tarixli və ********** saylı, 16 fevral 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün ümumilikdə 85.42 (səksən beş, qırx iki) AZN məbləğində dövlət rüsumu və 1.20 (bir, iyirmi) AZN məbləğində bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/5432 №-li, 17 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 10 mart 2023-cü il tarixə iddiaçı "xxxx" ASC-yə əsas kredit borcu üzrə-4978.64 (dörd min doqquz yüz yetmiş səkkiz, altmış dğrd) AZN məbləğində və faiz borcu üzrə-872.50 (səkkiz yüz yetmiş iki, əlli) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/9161 №-li, 09 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 10 mart 2023-cü il tarixə iddiaçı "xxxx" ASC-yə əsas kredit borcu üzrə-5173.31 (beş min yüz yetmiş üç, otuz bir) AZN məbləğində və faiz borcu üzrə-907.92 (doqquz yüz yeddi, doxsan iki) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə iddiaçı "xxxx" ASC-nin 230 saylı, 03 oktyabr 2023-cü il tarixli maliyyə arayışı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarında (87 saylı, 13 mart 2023-cü il tarixli maliyyə arayışı) qeyd edilmiş “faiz borcu” məbləği ilə ekspert rəyində (təkrar “məhkəməmühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/9161 №-li, 09 yanvar 2024-cü il tarixli ekspert rəyi) qeyd edilmiş “faiz borcu” məbləği demək olar ki, üst-üstə düşür. Bu səbəbdən də, eləcə də “prosessual qənaət” prinsipinə əsasən kredit müqaviləsi üzrə cavabdeh X1 03 oktyabr 2023-cü il tarixə kredit borcu öhdəliyinin həcminə dair əlavə və (və ya) təkrar “məhkəmə-mühasibatlıq ekspertizası”nın təyin edilməsinə real əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin 230 saylı, 03 oktyabr 2023-cü il tarixli maliyyə arayışında əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, iddiaçı "xxxx" ASC-nin 230 saylı, 03 oktyabr 2023-cü il tarixli maliyyə arayışı iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 5173.31 (beş min yüz yetmiş üç, otuz bir) AZN məbləğində əsas kredit borcu, 1368.25 (min üç yüz altmış səkkiz, iyirmi beş) AZN məbləğində faiz borcu, ümumilikdə 6541.56 (altı min beş yüz qırx bir, əlli altı) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 85.42 (səksən beş, qırx iki) AZN məbləğində dövlət rüsumu və 1.20 (bir, iyirmi) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə təkrar “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5173.31 (beş min yüz yetmiş üç, otuz bir) AZN məbləğində əsas kredit borcu, 1368.25 (min üç yüz altmış səkkiz, iyirmi beş) AZN məbləğində faiz borcu, ümumilikdə 6541.56 (altı min beş yüz qırx bir, əlli altı) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 85.42 (səksən beş, qırx iki) AZN məbləğində dövlət rüsumu və 1.20 (bir, iyirmi) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə təkrar “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-15/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-15/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver