Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-165/2024 13.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən yenidən “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, İddiaçı eyni əsaslarla bundan əvvəl də Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-620/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq, İddiaçı ərizəyə məhz formal dəyişiklik etməklə, mahiyyəti üzrə əvvəlki iddia ərizəsində qeyd etdiyi eyni əsaslarla yenidən Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, hesab edirəm ki, heç bir yeni əsaslar olmadan, əvvəlki iddia ərizəsi ilə eyni məzmunlu, eyni mahiyyətli və formal xarakter daşıyan iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Bundan başqa, İddiaçı diqqətinə çatdırılır ki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin yazılı və ya şifahi məlumatları cinayət işinin başlanması üçün səbəblərdən hesab edilir. Belə ki, on altı yaşına çatmış şəxs törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verdikdə ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. Törədilmiş və ya hazırlanan cinayət haqqında və məlumat verən şəxsə onların məlum olduğu hallar barədə məlumatlar protokolda birinci şəxs adından qeyd olunur. Protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: - cinayət işi başlamaq; - cinayət işinin başlanmasını rədd etmək; - məlumatı istintaq aidiyyəti üzrə göndərmək; - xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Beləliklə, iddiaçı Cavabdeh törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verməklə Cavabdeh qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin İ hisssinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinə əsasən...ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq polisin əsas vəzifələrindən hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 7.0.2-ci maddəsinə əsasən ərizəçi-özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və ya məhkəməyə müraciət edən şəxsdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Həmin Məcəllənin 204.3-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs on altı yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 207.5.1. cinayət işi başlamaq; 207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, o cümlədən İddiaçı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə riayət edərək, törədilmiş və ya hazırlanan cinayət haqqında aidiyyəti üzrə ərazi polis orqanına məlumat verməklə, müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3-153.6, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbulundan imtina edilsin və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə riayət edərək, törədilmiş və ya hazırlanan cinayət haqqında aidiyyəti üzrə ərazi polis orqanına məlumat verməklə, müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-165/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-165/2024
13.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver