Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-19/2024 01.03.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 idarə etdiyi “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 25 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri, 20 Yanvar və Nizami küçələrinin kəsişməsində avtomobillər arasında düzgün ara məsafəsi saxlamayaraq ona məxsus və idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş, eləcə də geriyə manevr edərək avtomobilinin sol yan hissəsindən keçən zaman qabaq sol qapını yolun hərəkət hissəsinə açdığı üçün avtomobilin qabaq sol qapı hissəsini əzmişdir. İddiaçı cavadeh X4 iradını bildirdikdə, o, tələsdiyini və avtomobilinin qeydiyyat şəhadətnaməsini ona verərək, avtomobilin təmir xərcini qarşılayacağını bildirmişdir. Daha sonra İddiaçı cavabdeh X5 ilə əlaqə saxlayaraq, avtomobilin təmirinə təxminən 800 (səkkiz yüz) AZN məbləğində xərcin olduğunu demişdir. Lakin cavabdeh X5 ona pulunun olmadığını bildirmişdir. Onu da qeyd edir ki, cavabdeh X3 baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirli olması Sumqayıt Şəhər Polis İdarəsinin 27 aprel 2023-cü il tarixli məktubunda da öz əksini tapmışdır. Bu səbəbdən də, İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh X2 dəymiş maddi zərərin əvəzi olaraq 800 (səkkiz yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 25 mart 2023-cü il tarixdə, saat 15:07 radələrində İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, 20 Yanvar və Nizami küçələrinin kəsişməsində yolun hərəkət istiqamətində qadağan olunmuş yerdə saxlamış və gözləmə işiqlarını da yandırmamışdır. O, özünə məxsus və idarə etdiyi “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən ciddi ziyan vurmadan toxunmuşdur. Yol hərəkətini məhdudlaşdırmamaq üçün avtomobili qabağa sürmək istəyən zaman İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını güzgüyə baxmadan yolun hərəkət hissəsinə açdığı üçün onun idarə etdiyi “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapı və qanad hissəsini zədələmişdir. O, İddiaçı avtomobildə xəstə olduğunu və onu ünvana çatdırıb hadisə yerinə qayıdacağını, eləcə də razılaşa biləcəklərini bildirmişdir. Lakin İddiaçı əvəzində ondan sənəd tələb etmiş, o da sənədi ona təqdim etmişdir. O, avtomobildə olan xəstəni ünvana çatdırıb hadisə yerinə qayıdaraq qarşı tərəflə razılaşmaq üçün təkliflər etmişdir. Hadisənin ilk baş verdiyi andan günahın özündə olduğunu zənn etsə də, orada bir neçə dostu ilə əlaqə saxlamış və idarə etdiyi “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapı və arxa sağ qanad hissəsinin əzilməsində qarşı tərəfin günahkar olduğunu öyrənmişdir. Yenə də qarşı tərəfə təklif etmişdir ki, xərcin bir hissəsinin qarşılanmasına özü kömək etsin, qalan hissəsinin qarşılanmasına İddiaçı özü həll etsin. Lakin İddiaçı onun təklifi ilə razılaşmamış, ona istəyirsə, polis çağırmasını və onun avtomobilinin qapısını təmir etməsini bildirmişdir. O da qarşı tərəfin belə danışığından sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşı gəlmiş, hadisə barədə məlumat almış və elə yerindəcə idarə etdiyi “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toxunmasına görə onun özünün, İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol qapısının yolun hərəkət hissəsinə açılması və onun avtomobilinə dəyən maddi zərərin isə İddiaçı qayda pozuntusundan baş verdiyini bildirmişdir. İddiaçı qərarla razılaşmadığı üçün polis əməkdaşları tərəfindən onlara növbəti gün Sumqayıt Şəhər Polis İdarəsinə gəlməyi və işin orada araşdırılacağı bildirilmişdir. Növbəti gün onlar Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə getmişlər, orada izahatları alındıqdan sonra o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə və İddiaçı isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş maddi zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Hesab edir ki, İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapı hissəsi məhz onun özünün təqsiri ucbatından əzilmiş və dəymiş maddi zərərə görə birbaşa özü məsulliyət daşıyır. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı irəli sürdüyü “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın rədd olunması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X5 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh X3, o cümlədən İddiaçı iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan BD 180967 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan AD 717772 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 xüsusi mülkiyyətindədir. İş materiallarında müvafiq qaydada təsdiq edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, 27 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında müvafiq qaydada təsdiq edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, 27 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli arayışdan görünür ki, “Mərcan” firması tərəfindən İddiaçı məxsus “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 (səkkiz yüz) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Seriya AA 202793 saylı, 03 iyun 2009-cu il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, cavabdeh X5 məcburi köçkün statusuna malikdir. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən əldə edilmiş, “Təhlükəsiz şəhər” xidmətinin videomüşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərə dair “CD” disk”in yaddaş görüntüsündən görünür ki, İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanma və ya durma qaydalarını pozmaqla yanaşı, pozuntunun davamı olaraq eyni vaxtda idarə etdiyi avtomobilin qapısını yolun hərəkət hissəsinə açmaqla, X3 hərəkətdə olan “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yanından təhlükəsiz keçməsinə real maneə yaratmışdır. Bundan başqa, X5 idarə etdiyi “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə İddiaçı “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanından aşağı sürətlə keçən zaman, hətta keçmək ərəfəsində İddiaçı tərəfindən qəfildən avtomobilin qabaq solqapısı yolun hərəkət hissəsinə açılmışdır. İş materiallarında olan 53243 saylı, 03 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/5838 №-li, 03 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, “Mərcan” firması tərəfindən tərtib edilmiş 01 iyul 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 655 (altı yüz əlli beş) AZN məbləği müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/8497 №-li, 20 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan “Mərcan” firması tərəfindən tərtib edilmiş 01 iyul 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800 (səkkiz yüz) AZN məbləği müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbi bağlı qeyd edir ki, İddiaçı yol nəqliyyat hadisəsi zamanı dayanma və ya durma qaydalarını pozmaqla yol hərəkəti iştirakçılarının hərəkətinə müəyyən manelər yaratdığı üçün onlar tərəfindən yol hərəkəti qaydaları əleyhinə hər hansı qanun pozuntusu yol verilmədiyi təqdirdə baş vermiş və ya baş verə bilən bütün təhlükələrə və risk dairəsinə daxil olan bütün hallara görə məsuliyyət daşıyır. Ərazidə quraşdırılmış “Təhlükəsiz şəhər” xidmətinin videomüşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərə dair “CD” disk”in yaddaş görüntüsündən göründüyü kimi, İddiaçı idarə etdiyi “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanma və ya durma qaydalarını pozmaqla yanaşı, pozuntunun davamı olaraq eyni vaxtda idarə etdiyi avtomobilin qapısını yolun hərəkət hissəsinə açmaqla, X3 hərəkətdə olan “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yanından təhlükəsiz keçməsinə real maneə yaratmışdır. Bundan başqa, cavabdeh X5 idarə etdiyi “KİA OPTİMA” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə İddiaçı “CHEVROLET CRUZE” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanından aşağı sürətlə keçən zaman, hətta keçmək ərəfəsində İddiaçı tərəfindən qəfildən avtomobilin qabaq sol qapısı yolun hərəkət hissəsinə açıldığı üçün zərərin yaranmasında X3 nə qanunla təqsiri olmuş, nə də obyektiv surətdə hüquqazidd əməli olmuşdur. Belə ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunvericiliyinə əsasən nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu səbəbdən də, İddiaçı bu hərəkəti ilə zərərli nəticələrin baş verməsinə şüurlu surətdə yol verdiyi üçün özünün qanuna zidd əməli nəticəsində dəymiş zərərə görə şəxsən özü məsuliyyət daşımalıdır. Belə ki, iddiaçı (zərərçəkən şəxs) İddiaçı qəsdən dayanma və ya durma qaydalarını pozduğu üçün zərər də məhz onun qəsdən törədilmiş əməli nəticəsində dəymişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh X5 hadisə zamanı ötmə əməliyyatını deyil, avtomobilin yanından keçmə əməliyyatını icra etmişdir. Çünki İddiaçı hadisə zamanı idarə etdiyi avtomobil ilə hərəkətdə olmamış, eləcə də dəmiryol keçidinin qarşısında dayanmamış (yalnız dəmiryol keçidlərinin qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır...), tam əksinə dayanma və ya durma qaydalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunvericiliyinə əsasən “ötmə” ötüb keçməkdir, yalnız “dəmiryol keçidlərinin qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək”, eləcə də “nəqliyyat vasitələrinin qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq” qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddasinin 29cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; Həmin Qanunun 1-ci maddəsinin 30-cu bəndinə əsasən məcburi dayanma texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsini digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 1-ci maddəsinin 39-ci bəndinə əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Həmin Qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 44-cü maddəsinin 3-cü hissəsinin 6-cı bəndinə əsasən qarşıdan hərəkət zolağına girməklə, dəmiryol keçidinin qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır. Həmin Qanunun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin Qanunun 52-ci maddəsinin 2-ci hissəsinə əsasən yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Həmin Qanunun 52-ci maddəsinin 6-cı hissəsinin 1-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitələrinin durması qadağandır. Həmin Qanunun 52-ci maddəsinin 8-ci hissəsinə əsasən nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması və cavabdehin bu pozuntunun edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən ilk əvvəl ərizəçinin iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməli, subyektiv hüququnun olması müəyyən edildiyi təqdirdə isə daha sonra iddia tələbinin qanuni əsası araşdırılmalı və hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı Zeyfəddin oğlu iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı Zeyfəddin oğlu iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını maddi hüquq normaları ilə əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçı İddiaçı Zeyfəddin oğlu iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdeh X5 iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, cavabdeh X5 tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əssən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmadığı; 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını maddi hüquq normaları ilə əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı, bununla yanaşı cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki halını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanan sübutlar təqdim etdiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, İddiaçı mülki iş üzrə ilkin və əlavə “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı mülki iş üzrə ilkin və əlavə “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov