Məhkəmə qərarları › İş №2(072)-25/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-25/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-25/2023 29.12.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə cavabdehə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 01/15-ƏS saylı, 29 mart 2015-ci il tarixli əlavə sazişə əsasən “borcalan”ın “kreditor” qarşısındakı kredit öhdəliyinin qalıq məbləği 6768.96 (altı min yeddi yüz altmış səkkiz, doxsan altı) ABŞ dolları məbləği hesablanmaqla, kreditin müddəti 29 avqust 2017-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış 02 saylı, 17 mart 2017-ci il tarixli əlavə sazişə əsasən kredit restrukturzasiya edilmişdir. “Borcalan”ın “kreditor” qarşısındakı kredit öhdəliyinin qalıq məbləği konvertasiya edilməklə (1 USD=1.40 AZN) 5977.15 (beş min doqquz yüz yetmiş yeddi, on beş) AZN məbləğində hesablanmışdır. Kreditin bitmə müddəti, yəni restrukturizasiya edilmiş kreditin müddəti yeni ödəniş cədvəlinə uyğun olaraq 30 (otuz) ay müddətədək, yəni 17 sentyabr 2019-cu il tarixədək uzadılmıdışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 18 iyul 2022-ci il tarixə banka 2218.37 (iki min iki yüz on səkkiz, otuz yeddi) AZN məbləğində əsas kredit borcu, 2580.93 (iki min beş yüz səksən, doxsan üç) AZN məbləğində faiz borcu, 3629.61 (üç min altı yüz iyirmi doqquz, altmış bir) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 300.15 (üç yüz, on beş) AZN məbləğində faiz borcu və ümumilikdə 8629.06 (səkkiz min altı yüz iyirmi doqquz, sıfır altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh müştərək qaydada 2218.37 (iki min iki yüz on səkkiz, otuz yeddi) AZN məbləğində əsas kredit borcunun, 2580.93 (iki min beş yüz səksən, doxsan üç) AZN məbləğində faiz borcunun, 3629.61 (üç min altı yüz iyirmi doqquz, altmış bir) AZN məbləğində cərimə borcunun, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 300.15 (üç yüz, on beş) AZN məbləğində faiz borcunun, ümumilikdə 8629.06 (səkkiz min altı yüz iyirmi doqquz, sıfır altı) AZN məbləğində kredit borcunun iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 106.30 (yüz altı, otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı ASC ilə bağlanmış ********* saylı, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə ona illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 01/15-ƏS saylı, 29 mart 2015-ci il tarixli əlavə sazişə əsasən onun bank qarşısındakı kredit öhdəliyinin qalıq məbləği 6768.96 (altı min yeddi yüz altmış səkkiz, doxsan altı) ABŞ dolları məbləği hesablanmaqla, kreditin müddəti 29 avqust 2017-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış 02 saylı, 17 mart 2017-ci il tarixli əlavə sazişə əsasən kredit restrukturzasiya edilmişdir. Belə ki, onun bank qarşısındakı kredit öhdəliyinin qalıq məbləği konvertasiya edilməklə (1 USD=1.40 AZN) 5977.15 (beş min doqquz yüz yetmiş yeddi, on beş) AZN məbləğində hesablanmışdır. Kreditin bitmə müddəti, yəni restrukturizasiya edilmiş kreditin müddəti yeni ödəniş cədvəlinə uyğun olaraq 30 (otuz) ay müddətədək, yəni 17 sentyabr 2019-cu il tarixədək uzadılmıdışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Özü ailəlidir, himayəməsində yetkinlik yaşına çatmayan uşaqları vardır. Bundan başqa, hərbiçidir və Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etmişdir. Eləcə də Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medallar təltif edilmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, ekspert rəyi əsas götürülməklə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləği azaldılaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə, 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 24 oktyabr 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materillarında olan ********* saylı, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01/15-ƏS saylı 29 mart 2015-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh İddiaçı ASC-nin qarşısındakı kredit öhdəliyinin qalıq məbləği 6768.96 (altı min yeddi yüz altmış səkkiz, doxsan altı) ABŞ dolları məbləği hesablanmaqla, kreditin müddəti 29 avqust 2017-ci il tarixədək uzadılmışdır. İş materillarında olan ********* saylı, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 6768.96 (altı min yeddi yüz altmış səkkiz, doxsan altı) ABŞ dolları məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 29 (iyirmi doqquz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 saylı 17 mart 2017-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh İddiaçı ASC-nin qarşısında kredit öhdəliyinin qalıq məbləği konvertasiya edilməklə (1 USD=1.40 AZN) 5977.15 (beş min doqquz yüz yetmiş yeddi, on beş) AZN məbləğində hesablanmış və restrukturizasiya edilmiş kreditin müddəti 17 sentyabr 2019-cu il tarixədək uzadılmıdışdır. İş materillarında olan ********* saylı, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 5977.15 (beş min doqquz yüz yetmiş yeddi, on beş) AZN məbləğində kredit borcunu illik 20 (iyirmi) % dərəcəsi tətbiq edilməklə, 30 (otuz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan **********301 saylı, 21 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 18 iyul 2022-ci il tarixə banka 2118.37 (iki min yüz on səkkiz, otuz yeddi) AZN məbləğində əsas kredit borcu, 2580.93 (iki min beş yüz səksən, doxsan üç) AZN məbləğində faiz borcu, 3629.61 (üç min altı yüz iyirmi doqquz, altmış bir) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 300.15 (üç yüz, on beş) AZN məbləğində faiz borcu və ümumilikdə 8629.06 (səkkiz min altı yüz iyirmi doqquz, sıfır altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan **********065 saylı, 06 iyul 2022-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 30 avqust 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 106.30 (yüz altı, otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/1207 №-li, 15 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 17 sentyabr 2019-cu il tarixə (kredit müddətinin bitdiyi tarix...) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə əsas kredit borcu üzrə-2127.78 (iki min yüz iyirmi yeddi, yetmiş səkkiz) AZN məbləği, faiz borcu üzrə-1154.07 (min yüz əlli dörd, sıfır yeddi) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/4104 №-li, 29 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 17 sentyabr 2019-cu il tarixdən 18 iyul 2022-ci il tarixədək (maliyyə arayışında göstərilmiş tarix...) müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, faiz borcu-301.73 (üç yüz bir, yetmiş üç) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə irəli sürülmüş iddia tələbinin “3629.61 (üç min altı yüz iyirmi doqquz, altmış bir) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “3629.61 (üç min altı yüz iyirmi doqquz, altmış bir) AZN məbləğində cərimə borcu 100 (yüz) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “3629.61 (üç min altı yüz iyirmi doqquz, altmış bir) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, “borclu” Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələrinə görə məsuliyyət daşıdığı, eləcə də bu halda “kreditor” kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malik olduğu üçün Cavabdeh kredit müqaviləsinə əsasən 17 sentyabr 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarix) mövcud olan əsas kredit borcunu, faiz borcunu, cərimə borcunu (bu tarixdən sonrakı ödənişlər nəzərə alınmaqla...), o cümlədən kredit müqaviləsi üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, faiz borcunu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Kredit müqaviləsinin müddəti tərəflərin hüququ və vəzifələrinin yaranmasının, dəyişdirilməsini və xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyi, kreditin peşəkarlıq qaydasında verilməsi ilə bağlı kredit təşkilatları məşğul olduğu və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyi üçün kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Həmin Qərarda qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 2118.37 (iki min yüz on səkkiz, otuz yeddi) AZN məbləğində əsas kredit borcu, 1154.07 (min yüz əlli dörd, sıfır yeddi) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu, illik 5 % olmaqla, 300.15 (üç yüz, on beş) AZN məbləğində faiz borcu, ümumilikdə 3672.59 (üç min altı yüz yetmiş iki, əlli doqquz) AZN məbləğində kredit borcu və 45.24 (qırx beş, iyirmi dörd) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin və əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumilikdə dəyəri olan 200 (iki yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2118.37 (iki min yüz on səkkiz, otuz yeddi) AZN məbləğində əsas kredit borcu, 1154.07 (min yüz əlli dörd, sıfır yeddi) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu, illik 5 % olmaqla, 300.15 (üç yüz, on beş) AZN məbləğində faiz borcu, 3672.59 (üç min altı yüz yetmiş iki, əlli doqquz) AZN məbləğində kredit borcu və 45.24 (qırx beş, iyirmi dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin və əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumilikdə dəyəri olan 200 (iki yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar