Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-269/2025 30.05.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 6-Y-3-0-2424-23 saylı, 28 iyul 2023-cü il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 15.90 (on beş, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh kredit müqaviləsinə əsasən 19 noyabr 2024-cü il tarixə banka 12252.12 (on iki min iki yüz əlli iki, on iki) AZN məbləğində əsas kredit borcu, 1227.19 (min iki yüz iyirmi yeddi, on doqquz) AZN məbləğində faiz borcu, 1086.29 (min səksən altı, iyirmi doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 14565.60 (on dörd min beş yüz altmış beş, altmış) AZN məbləğində kredit borcu mövcuddur. Belə ki, bank tərəfindən cərimə məbləği güzəşt edilərək, aşağı məbləğdə tələb edilir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 12252.12 (on iki min iki yüz əlli iki, on iki) AZN məbləğində əsas kredit borcunun, 1227.19 (min iki yüz iyirmi yeddi, on doqquz) AZN məbləğində faiz borcunun, 271.57 (iki yüz yetmiş bir, əlli yeddi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 13750.88 (on üç min yeddi yüz əlli, səksən səkkiz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 131.25 (yüz otuz bir, iyirmi beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 6-Y-3-0-2424- 23 saylı, 28 iyul 2023-cü il tarixli müqaviləsindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 15.90 (on beş, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 2204-********** saylı, 28 iyul 2023-cü il tarixli və 2204-********** saylı, 28 iyul 2023-cü il tarixli kassa məxaric orderlərinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 6-Y-3-0-2424-23 saylı, 28 iyul 2023-cü il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən Cavabdeh ümumilikdə nağd pul şəklində 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 6-Y-3-0-2424-23 saylı, 28 iyul 2023-cü il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15000 (on beş min) AZN məbləğində kredit borcunu illik 15.90 (on beş, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtıvaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 19 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 19 noyabr 2024-cü il tarixə banka 12252.12 (on iki min iki yüz əlli iki, on iki) AZN məbləğində əsas kredit borcu, 1227.19 (min iki yüz iyirmi yeddi, on doqquz) AZN məbləğində faiz borcu, 1086.29 (min səksən altı, iyirmi doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 14565.60 (on dörd min beş yüz altmış beş, altmış) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan KBD6605 saylı, 19 noyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 28 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 131.25 (yüz otuz bir, iyirmi beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 12252.12 (on iki min iki yüz əlli iki, on iki) AZN məbləğində əsas kredit borcu, 1227.19 (min iki yüz iyirmi yeddi, on doqquz) AZN məbləğində faiz borcu, 271.57 (iki yüz yetmiş bir, əlli yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 13750.88 (on üç min yeddi yüz əlli, səksən səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 131.25 (yüz otuz bir, iyirmi beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12252.12 (on iki min iki yüz əlli iki, on iki) AZN məbləğində əsas kredit borcu, 1227.19 (min iki yüz iyirmi yeddi, on doqquz) AZN məbləğində faiz borcu, 271.57 (iki yüz yetmiş bir, əlli yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 13750.88 (on üç min yeddi yüz əlli, səksən səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 131.25 (yüz otuz bir, iyirmi beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-269/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-269/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver