Məhkəmə qərarları › İş №2(072)-35/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-35/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-35/2024 09.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi: X8 ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçınə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X11 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 22 avqust 2016-cı il tarixli və 12 oktyabr 2022-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqavilələri bağlanmışdır. Xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı Cavabdeh övladları X4 və X7 ümumtəhsil xidmətləri göstərməli, Cavabdeh müqavilənin 5-ci bəndinə əsasən bir tədris ili üçün hər şagirdə görə 7000 (yeddi min) AZN məbləğində xidmət haqqı ödəməlidir. Xidmət müqavilələrinə əsasən Cavabdeh övladları X5 2016-cı il tarixdən 2022-ci ilədək, X9 isə 2016-cı il tarixdən 2020-ci ilədək İddiaçındə təhsil almışlar. Xidmət müqaviləsinin 5.2-ci bandinə əsasən xidmətlərin dəyəri Cavabdeh tərəfindən hər təhsil ili üçün sentyabr ayının 15-ə dək tam miqdarda ödənilməlidir. Lakin Cavabdeh xidmət müqaviləsinin 4.1-ci bəndinin (təhsil haqqını tam va vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. İddiaçı tərəfdən Cavabdeh xidmət haqqının ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, lakin o, lisey qarşısında olan öhdəliklərini tam və vaxtında icra etməmişdir. Eyni zamanda bildirir ki, Cavabdeh övladı X5 hal-hazırda liseydə təhsil alır, digər övladı X9 2021-ci il tarixdə məzun olmuşdur. Mülki işin məhkəmə icraatı zamanı Cavabdeh övladı X4 liseydə 2020-2021 və 2021-2022-ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə yaranmış 8008 (səkkiz min səkkiz) AZN məbləğində əsas təhsil haqqını tam şəkildə İddiaçı xeyrinə ödəmiş, lakin 14600 (on dörd min altı yüz) AZN məbləğində dəbbə pulu borcu qalmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsinin 7.2-ci bəndinə əsasən “Valideyn” təhsil haqqını müqavilənin 5-ci bölməsində nəzərdə tutulmuş müddətdə və məbləğdə “Lisey”ə ödəmədikdə, hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 2 % həcmində dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bununla yanaşı, Cavabdeh digər övladı X7 liseydə 2019-2020-ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə 2200 (iki min iki yüz) AZN məbləğində, 2020-2021-ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə 4900 (dörd min doqquz yüz) AZN məbləğində, ümumilikdə 7100 (yeddi min yüz) AZN məbləğində təhsil haqqı borcu və 8942 (səkkiz min doqquz yüz qırx iki) AZN məbləğində dəbbə pulu borcu qalmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2016-cı il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsinin 7.2-ci bəndinə əsasən “Valideyn” təhsil haqqını müqavilənin 5-ci bölməsində nəzərdə tutulmuş müddətdə və məbləğdə “Lisey”ə ödəmədikdə, hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.5 % həcmində dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Məhz bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən lisey şagirdlərə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi öhdəsinə götürür. Cavabdeh liseyin keyfiyyətli təhsil xidməti göstərmədiyini bildirsə də, lakin buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, Lisey öz öhdəliyini lazımınca icra etmiş, şagirdlərə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil xidmətləri göstərmişdir. Belə ki, 1. Dərslərin şagird tərəfindən optimal səviyyədə mənimsənməsi üçün bütün lazımi addımlar atılmışdır. Lisey tərəfindən dövlət təhsil standartlarına müvafiq tədris prosesi təşkil olunmuş, dərslərin daha yaxşı səviyyədə mənimsənməsi və hər şagirdə fərdi olaraq düşən vaxtın artması üçün sinifdə şagird sayı nizamlanmış, 16-ya qədər endirilmişdir, 2. Keçirilən dərslərin mənimsənmə səviyyəsinin müəyyənləşdirilməsi üçün lisey tərəfindən müntəzəm monitorinqlər təşkil olunmuş, dövlət təhsil müəssisələrində mövcud olmayan əlavə vəsait və dərs metodikaları istifadə edilmişdir, 3. Şagirdlərin praktiki bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq lisey tərəfindən seminarlar, kurslar, universitetlərə və xarici ölkələrə səfərlər təşkil edilmişdir. Həmçinin lisey digər şagirdlər qarşısında öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirmək məqsədilə dərsin gedişini pozan və dərsin digər şagirdlər tərəfindən hərtərəfli mənimsənməsinə mane olan şagirdlərin də müqaviləsini sonlandırmışdır. Bu hal qarşı tərəfin liseyin sadəcə kommersiya maraqlarına uyğun davranması ilə bağlı olan iddialarının nə dərəcədə həqiqətdən uzaq olduğunu sübut edir. 4. Keyfiyyətli təhsilin bir digər göstəricisi isə məhz təhsilverənlərlə bağlıdır. Müəllimlərin bilik və savadı, onların pedaqoji qabiliyyətləri xüsusi əhəmiyyətə malikdir. Hazırda liseydə dərslər “İB” sertifikatına malik müəllimlər tərəfindən tədris edilməkdədir. Həmçinin təhsilverənlər onların bilik və bacarıqlarının artırılması və şagirdlərə daha yüksək təhsil xidməti göstərmələri üçün mütəmadi olaraq kurslara, biliklərini artıra biləcəkləri beynəlxalq təlim və konfranslara liseyin pul vəsaiti hesabına yönləndirilirlər. 5. Təhsil prosesi dərslərin sinifdə tədris edildiyi 40 dəqiqəlik müddətlə məhdudlaşmır. Bundan əlavə təhsil bir çox məqama bağlı daha hərtərəfli və mürəkkəb prosesdir. Bu prosesin təşkili böyük ölçüdə liseyə bağlı olsa da, prosesin hər şagird üzərində eyni nəticəni verməyəcəyi də həqiqətdir. Burada artıq təhsilalanların, yəni onlara münasibətdə subyektiv faktorun rolu həlledici olur. Auditoriyada 16 şagirdə eyni anda tədris olunan dərsin təsiri hər şagird üzərində eyni deyil. Burada lisey tədris prosesini keyfiyyətli təşkil etməklə, öz öhdəliyini icra etmiş hesab olunur. 6. Lisey keyfiyyətli təhsil xidməti göstərdikdən sonra şagirdin yüksək nəticə göstərəcəyinə müqavilə üzrə və ya başqa hər hansı bir formada zəmanət verməyib. Bu zəmanətin verilməsi, ümumiyyətlə, mümkün deyil. Tərəflər arasında bağlanmış müqaviləyə nəzər saldıqda belə bir müddəa da nəzərə çarpmır. Digər tərəfdən, “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsinin 4.1.3, 4.1.11, 4.1.12, 4.1.17-ci bəndlərinə əsasən onu deməyə əsas verir ki, şagirdin dərslərə hazırlıqlı olması, verilən tapşırıqları yerinə yetirilməsinin təşkili və s. məhz valideynin müqavilə üzrə öhdəliyidir. Lisey təbii olaraq şagirdin dərslərə hazırlığına nəzarət edə bilməyəcəyi üçün bu vəzifə müqavilədə valideynin öhdəliyi olaraq müəyyənləşdirilmişdir. Eyni zamanda bildirir ki, şagirdin monitorinq və dərs nəticələri ilə bağlı valideyn-Cavabdeh məlumatlı olmuş, bu barədə liseyin əməkdaşları tərəfindən intensiv məlumatlandırılmışdır. Lakin tədris müddətinin bir hissəsi pandemiya dövrünə təsadüf etdiyi üçün valideynlə danışıqlar “whatsapp” mobil tətbiqi üzərindən aparılmış və həmin danışıqların məhkəməyə təqdim edilməsi obyektiv səbəblərə görə mümkün deyildir. Habelə, valideyn-Cavabdeh şagirdin nəticələri barədə təhsil müddəti ərzində məlumatlı olduğu kimi qəbul nəticələrindən də xəbərdar idi. Şagird kollecə bir neçə il əvvəl qəbul olsa da, lakin bu müddət ərzində nə liseyə hər hansı yazılı müraciət və etiraz ünvanlamış, nə də məhkəməyə müraciət etmişdir. Məhz müraciətin 3 (üç) il sonra təsadüf etməsi sübut edir ki, qarşılıqlı iddia tamamilə prosesin gedişinə mane olmaq və onu yubatmaq məqsədi daşıyır. Digər bir tərəfdən sual olunmalıdır ki, valideyn- Cavabdeh həqiqətən İddiaçı verdiyi təhsildən narazıdırsa, verilən təhsili keyfiyyətsiz hesab edirsə, niyə digər övladını hal-hazırda İddiaçındə oxutdurur? Liseyin keyfiyyətsiz təhsil verdiyinə inanan hər bir valideyn övladının gələcəyi ilə bağlı qayğılanmalı, şagirdi liseydən çıxarmalıdır. Şagirdin liseydə təhsil almağa davam etdiyi halda ya valideyn şagirdin gələcəyi üçün qayğılanmır, ya da liseyin keyfiyyətli təhsil xidmətləri verdiyini qəbul edir. Hesab edir ki, valideyn-Cavabdeh sözügedən hərəkətsizliyi ilə liseyin göstərdiyi xidmətlərdən razı qaldığını etiraf etməkdədir. Yoxsa niyə görə bir valideyn-Cavabdeh öz övladının keyfiyyətsiz təhsil verən liseydə oxumağa davam etməsinə, keyfiyyətsiz təhsil alaraq gələcəyinin sual altına düşməsinə razılıq versin?! Məlum olduğu kimi, mülki işin məhkəmə icraatı zamanı valideyn-Cavabdeh övladı X4 liseydə 2020-2021 və 2021-2022ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə yaranmış 8008 (səkkiz min səkkiz) AZN məbləğində əsas təhsil haqqını tam şəkildə İddiaçı xeyrinə ödəmişdir. Sual edilməlidir ki, əgər valideyn-Cavabdeh təhsil haqqını əsassız ödəmiş olduğunu düşünməklə, əvvəlki ödənişləri geri tələb edirsə, niyə görə məhkəmə prosesi zamanı Məhəmməd Rəhman oğluna liseydə 2020-2021 və 2021-2022-ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə yaranmış təhsil haqqını ödəməyə davam edir? Hesab edir ki, valideyn- Cavabdeh ödənilmiş pul vəsaitini geri tələb etməsi tamamilə əsassızdır və öz növbəsində qarşılıqlı iddia tələbinin təmin edilməsi ilkin iddia üzrə Cavabdeh münasibətdə əsassız varlanmanın yaranmasına səbəb olacaqdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsidir. Bu müqaviləyə əsasən valideyn-Cavabdeh müqavilə müddəti başa çatanadək faktiki olaraq liseyin təhsil xidmətlərindən istifadə etmişdir. Faktiki olaraq istifadə olunmuş xidmətlərə görə ödənilmiş pul vəsaitinin geri qaytarılması əsassız varlanmaya gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq, ilk iddia tələbinin təmin edilərək, ilk iddia üzrə Cavabdeh övladı X4 göstərilmiş tədris xidmətlərinə görə yaranmış 14600 (on dörd min altı yüz) AZN məbləğində dəbbə pulu borcunun, övladı X7 göstərilmiş tədris xidmətlərinə görə yaranmış 7100 (yeddi min yüz) AZN məbləğində təhsil haqqı borcunun, 8942 (səkkiz min doqquz yüz qırx iki) AZN məbləğində dəbbə pulu borcunun, ümumilikdə 30642 (otuz min altı yüz qırx iki) AZN məbləğində pulun tutularaq, ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməsi və və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı “Bakı” filialı arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 22 avqust 2016-cı il tarixli xidmət müqaviləsi bağlanmışdır. Xidmət müqaviləsinə əsasən Cavabdeh övladı X7 görə 2016- 2017-ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə 6500 (altı min beş yüz) AZN məbləğində, 2017-2018-ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə 6500 (altı min beş yüz) AZN məbləğində, 2018-2019-cu il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə 6500 (altı min beş yüz) AZN məbləğində, 2019-2020-ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə 2800 (iki min səkkiz yüz) AZN məbləğində və İddiaçı 22030 saylı, 27 iyul 2023-cü il tarixli kassa mədaxil order qəbzinə əsasən daha 2000 (iki min) AZN məbləğində, 2020-2021-ci il tədris illəri üzrə göstərilmiş tədris xidmətlərinə görə 2100 (iki min yüz) AZN məbləğində, ümumilikdə 26400 (iyirmi altı min dörd yüz) AZN məbləğində təhsil haqqını İddiaçı xeyrinə ödəmişdir. Halbuki, 22 avqust 2016-cı il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin 1.1-ci və 3.1.2-ci bəndlərinə əsasən İddiaçı müasir tədris metodikalarından istifadə etməklə milliyyətindən və əvvəllər təhsil aldığı dildən asılı olmayaraq qısa müddətdə şagirdə Azərbaycan dilini, rus dilini, ingilis dilini öyrətməyi və bu dillərdə ona keyfiyyətli təhsil verməlidir. İddiaçı əvvəlcə müqavilə üzrə övladının keyfiyyətli təhsil alması şərti ilə öhdəlik götürərək onun etibarını qazanmış, o da müqaviləyə inanıb övladının gələcəkdə savadlı mütəxəsis kimi yetişib vətənə və dövlətə xidmət edəcəyi arzusu ilə 26400 (iyirmi altı min dörd yüz) AZN məbləğində şəxsi pul vəsaitini İddiaçınə ödəmişdir. Nəticədə övladı X9 Bakı Avrasiya Kollecinin “Maliyyə- İqtisad” şöbəsinin “Mühasibat uçotu” ixtisasının əyani formasının İ kursuna 80.9 bal ilə qəbul olmuşdur. İddiaçı “keyfiyyətli tədris xidməti müqaviləsinə” inanıb, liseyə 26400 (iyirmi altı min dörd yüz) AZN məbləğində nağd pul ödəyib, övladını gələcəkdə yüksək ixtisaslı mütəxəsis kimi görmək arzusu olan bir valideyn olaraq nəticədə övladının 80.9 bal topladığı barədə biləndə mənəvi olaraq hədsiz əzab hissi yaşamışdır. Məhz yuxarıda göstərilən bu təkzibedilməz faktlar sübut edir ki, İddiaçı sözügedən müqavilənin 1.1-ci və 3.1.2-ci bəndlərini kobud surətdə birtərəfli qaydada pozmuşdur. İndi məlum olur ki, bu müqavilənin 1.1-ci və 3.1.2-ci bəndləri əslində onun inamını, etibarını qazanaraq pulunu almaqdan ibarət olmuşdur. Əgər belə olmasa idi, ödəniş etməli olduğu barədə ona dəfələrlə bildiriş verdiyi kimi övladının zəif oxumağı və ya övladına keyfiyyətli təhsil vermək imkanlarının olmaması barədə vaxtında bildiriş verməli idilər. İddiaçı bu hərəkətsizliyi də bir daha sübut edir ki, əsl məqsəd valideyn kimi müqaviləyə imza etməklə, etibarını qazanıb onun pulunu əldə etməkdir. Övladının zəif oxumasını vaxtında ona bildirməyən lisey pul ödənişinə görə dəfələrlə bildiriş göndərir. Çünki müqavilə üzrə öz öhdəliyinə vicdanlı yanaşaraq ona bildiriş göndərsə idi və ya onun övladını liseydən xaric etsə idi, pul əldə etməkdən məhrum olmaq təhlükəsi yaranacaqdır. Hesab edir ki, İddiaçınə övladı X2 təhsil alması üçün ödədiyi məbləğdə pul vəsaiti İddiaçındən geri alınaraq ona ödənilməlidir. Lakin o, həmin pul vəsaitini vətənin, dövlətin xoş gələcəyi naminə düzgün, lazımi qaydada sərf edilməsi üçün “X14”na köçürülməsini məqsədə uyğun hesab edir. Qeyd edilənlərə əsasən, qarşılıqlı iddia tələbinin təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən övladı X2 təhsil alması üçün ödənilmiş 26400 (iyirmi altı min dörd yüz) AZN məbləğində pul vəsaitinin və 50000 (əlli min) AZN məbləğində dəymiş mənəvi zərərin tutularaq, “X14”na ödənilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməli və qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı Nizamnaməsi”nin surətindən görünür ki, lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ni, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutaraq, dövlətin tələbinə görə cinsindən, irqindən, dilindən, dinindən, milliyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir. İş materiallarında olan müvafiq İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2016-cı il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı Cavabdeh övladı X7 yüksək keyfiyyətli təhsil xidmətləri göstərməli, Cavabdeh isə müqavilənin 5-ci bəndinə əsasən bir tədris ili üçün şagirdə görə 7000 (yeddi min) AZN məbləğində xidmət haqqı ödəməlidir. İş materiallarında olan müvafiq İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı Cavabdeh övladı X4 yüksək keyfiyyətli təhsil xidmətləri göstərməli, Cavabdeh isə müqavilənin 5-ci bəndinə əsasən bir tədris ili üçün şagirdə görə 7000 (yeddi min) AZN məbləğində xidmət haqqı ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2016-cı il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, müqavilənin 7.2-ci bəndinə əsasən “Valideyn” təhsil haqqını müqavilənin 5-ci bölməsində nəzərdə tutulmuş müddətdə və məbləğdə “Lisey”ə ödəmədikdə, hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.5 % həcmində dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, müqavilənin 7.2-ci bəndinə əsasən “Valideyn” təhsil haqqını müqavilənin 5-ci bölməsində nəzərdə tutulmuş müddətdə və məbləğdə “Lisey”ə ödəmədikdə, hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 2 % həcmində dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İddiaçı “Bakı” filialının xx/xx-1015 saylı, 12 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X5 İddiaçı “Bakı” filialının 10 A sinfində təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Avrasiya Kollecinin T2210- 02/20 saylı, 20 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X9 Bakı Avrasiya Kollecinin “Maliyyə-İqtisad” şöbəsinin “Mühasibat uçotu” ixtisasının əyani formasının İ kursuna 80.9 bal ilə qəbul olmuşdur. İş materiallarında olan 23/01-941 saylı, 01 noyabr 2023-cü il tarixli və 23/01-975 saylı, 24 noyabr 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 30 oktyabr 2023-cü il tarixə İddiaçınə övladı X6 təhsil xidmətinə görə 7100 (yeddi min yüz) AZN məbləğində əsas təhsil haqqı borcu və 8942 (səkkiz min doqquz yüz qırx iki) AZN məbləğində dəbbə pulu borcu mövcuddur, eləcə də dəbbə pulu borcu 22 avqust 2016-cı il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin 7.2-ci bəndinə əsasən 0.5 % həcmində dəbbə pulu hesablanmışdır. İş materiallarında olan 23/01-943 saylı, 01 noyabr 2023-cü il tarixli və 23/01-974 saylı, 24 noyabr 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 30 oktyabr 2023-cü il tarixə İddiaçınə övladı X3 təhsil xidmətinə görə 14600 (on dörd min altı yüz) AZN məbləğində dəbbə pulu borcu mövcuddur, eləcə də dəbbə pulu borcu 12 oktyabr 2022-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin 7.2-ci bəndinə əsasən 2 % həcmində dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İddiaçı “Bakı” filialının xx/xx-1008 saylı, 11 dekabr 2023-cü il tarixli, xx/xx-1011 saylı, 11 dekabr 2023-cü il tarixli və xx/xx-1012 saylı, 12 dekabr 2023-cü il tarixli arayışlardan görünür ki, İddiaçındə 2020-2021-ci tədris ili üzrə (pandemiya dövründə) monitorinq keçirilmiş, məzunların mütləq əksəriyyəti ali təhsil müəssisələrinə daxil olmuş və ümumiyyətlə dövlət təhsil standartlarına uyğun təhsil proqramı çərçivəsində keyfiyyətli təhsil xidmətləri göstərilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş sertifikatların surətindən görünür ki, İddiaçındə pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmış, onlar beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun yüksək dərəcəli sertifikatlar əldə etmişlər. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Seriya AA 199141 saylı, 08 aprel 2019-cu il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məcburi köçkün statusuna malikdir. İş materiallarında olan ********** saylı, 05 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən iddia qaldırılması üçün 232.95 (iki yüz otuz iki, doxsan beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş ilk iddia və qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, hər iki iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “tapşırıq/əvəzli xidmətlərin göstərilməsi” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır Bundan başqa, məhkəmə ilk iddia və qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, əvəzli xidmətlərin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəliyin icrası məqsədi ilə ilk iddia üzrə İddiaçı, həm də, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bir-birinə qarşı “pul” və “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında qarşılıqlı iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı hesab edir ki, ilk iddia üzrə iddiaçı (təhsilverən) İddiaçı şagirdlər (təhsilalan)-X7 və X4 Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun, yəni ümumi orta təhsilin məqsədinə çatmaq üçün ümumi təhsilin məzmununa dair ümumi tələblər, öyrədici, tərbiyəedici və inkişafetdirici xarakterli təhsil prosesi, dövlət təhsil standartlarına uyğun təhsil proqramı çərçivəsində keyfiyyətli təhsil xidmətləri göstərməklə, eləcə də ümumi təhsil sahəsində “təhsilalan-təhsilverən-valideyn” qarşılıqlı münasibətləri nəzərə alınmaqla ilk iddia üzrə cavabdeh (valideyn) Cavabdeh qarşısında “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi və liseyin nizamnaməsi ilə müəyyənləşdirimiş öhdəliklərini vicdanla yerinə yetirmişdir. Bundan başqa, şagirdlər (təhsilalan-X9 və X5 liseydə təhsil aldıqları müddət ərzində Azərbaycan Respublikasının təhsil qanunvericiliyi ilə təsbit edilmiş və onlara məxsus hüquqları (təhsilverən) İddiaçı tərəfindən məhdudlaşdırılmamış və ya bu hüquqlardan məhrum edilməmişlər. Lakin ilk iddia üzrə cavabdeh (valideyn) Cavabdeh iddiaçı (təhsilverən) İddiaçı qarşısında “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi ilə müəyyənləşdirimiş öhdəliklərini tam icra etməmişdir. Beləliklə, ilk iddia üzrə İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, ilk iddia üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, ilk iddia üzrə İddiaçın iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri məhz onlar arasında bağlanmış əqdin “əvəzli xidmətlərin göstərilməsi” (tapşırıq) müqaviləsinin olmasına dəlalət edir. Belə ki, əvəzli xidmətlərin göstərilməsinə dair müqaviləyə görə “icraçı” “sifarişçi”nin tapşırığı əsasında müəyyən hərəkətlər etməsini və ya müəyyən fəaliyyət göstərməsini, “sifarişçi” isə bu xidmətlərin haqqını ödəməsini öhdəsinə götürür. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “22 avqust 2016-cı il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi üzrə 8942 (səkkiz min doqquz yüz qırx iki) AZN məbləğində cərimə borcunun ödənilməsi” və “12 oktyabr 2022-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi üzrə 14600 (on dörd min altı yüz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsinə əsasən İddiaçınə olan təhsil haqqını tam və qismən ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “22 avqust 2016-cı il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi üzrə 8942 (səkkiz min doqquz yüz qırx iki) AZN məbləğində cərimə borcu 500 (beş yüz) AZN məbləğinə” və “12 oktyabr 2022-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi üzrə 14600 (on dörd min altı yüz) AZN məbləğində cərimə borcu 500 (beş yüz) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. İlk iddia tələbi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.33-cü maddəsinə əsasən lisey - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir. Həmin Qanunun 1.0.42-ci maddəsinə əsasən tədris planı - müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir. Həmin Qanunun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 1.0.45-ci maddəsinə əsasən təhsil proqramı (kurikulum) təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Həmin Qanunun 1.0.46-cı maddəsinə əsasən təhsil məhsulu - təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələridir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Həmin Qanunun 3.0.-cı maddəsinə əsasən təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 3.0.1. humanistlik - milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması; 3.0.2. demokratiklik - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması; 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; 3.0.4. millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi; 3.0.5. keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu; 3.0.6. səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili; 3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi; 3.0.8. varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi; 3.0.9. liberallaşma təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi; 3.0.10. inteqrasiya milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı. Həmin Qanunun 4.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; 4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. Həmin Qanunun 6.1-cı maddəsinə əsasən təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq qaydada qiymətləndirilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları daxildir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır: 11.1.1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq; 11.1.2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq; 11.1.3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək; 11.1.4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq; 11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq; 11.1.6. təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək. Həmin Qanunun 14.15-ci maddəsinə əsasən təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin Qanunun 14.17-ci maddəsinə əsasən təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. Həmin Qanunun 31.0-cı maddəsinə əsasən təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları; 31.0.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyatredaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri; 31.0.2-1. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər; 31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr; 31.0.4. təsisçilər, həmçinin təhsili idarəetmə orqanları və bələdiyyələr; 31.0.5. təlimtərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən ümumi orta təhsil - ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən ümumi təhsil pilləsinin səviyyələri ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri; Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən ümumi təhsilin dövlət standartı ümumi təhsilin məzmununa, idarə olunmasına, infrastrukturuna, maddi-texniki və tədris bazasına, təhsilverənlərin keyfiyyət göstəricilərinə, təhsilalanların bilik, bacarıq və vərdişlərinə verilən minimum tələb və normaları əhatə edən ümumi normalar məcmusudur. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ümumi təhsil proqramı (kurikulum) - fənlər üzrə kurikulumları, dərsdənkənar məşğələləri (fakültativ kursları), məktəbdənkənar təhsil proqramlarını, tədris planlarını özündə əks etdirən dövlət sənədidir. Həmin Qanunun 1.0.37-ci maddəsinə əsasən tam orta təhsil - ümumi təhsilin ayrıayrı təmayüllər üzrə və ya təmayüllər olmadan təşkil edilən və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan üçüncü səviyyəsidir. Həmin Qanunun 1.0.38-ci maddəsinə əsasən tədris proqramı - hər bir fənnin kurikulumunda təsbit olunmuş məzmun standartlarının reallaşdırılmasına xidmət edən tədris vahidlərinin ümumi məcmusudur. Həmin Qanunun 1.0.39-cu maddəsinə əsasən təhsil xidmətləri - “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, o cümlədən ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdiyi xidmətlərdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən ümumi təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətləri tənzimləməkdən və ümumi təhsilin təşkilatihüquqi bazasını yaratmaqdan ibarətdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən ümumi təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi təhsil aşağıdakı məqsədlərə xidmət edir: 7.2.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, xalqının adət və ənənələrinə, insan hüquqları və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək; 7.2.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq; 7.2.3. təhsilalanların Azərbaycan xalqının dəyərləri və bəşəri dəyərlər ruhunda tərbiyə olunmasını, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin etmək. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, ümumi təhsil müəssisələrində təhsil ümumi təhsilin dövlət standartlarına uyğun təşkil edilir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən ümumi təhsilin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini, həmçinin tədris olunan fənləri, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ (fakültativ kurs) saatlarının ümumi miqdarını, ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri, ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini müəyyən edir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır: 10.1.1. fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının təmin edilməsi; 10.1.2. təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsinin təmin olunması; 10.1.3. şəxsiyyətin formalaşması üçün təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, həyati bacarıq və dəyərlərə yiyələnməsinin təmin edilməsi; 10.1.4. ümumi təhsil pilləsində verilmiş biliklərin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının təmin edilməsi; 10.1.5. istedadın reallaşması və inkişafının təmin edilməsi. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən ümumi təhsil müəssisəsində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən ümumi təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə əlavə biliklər və şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin edir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Həmin Qanunun 13.15-ci maddəsinə əsasən ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiyakommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir. Həmin Qanunun 13.16-cı maddəsinə əsasən tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Həmin Qanunun 13.17-ci maddəsinə əsasən mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesi dövlət təhsil standartlarına uyğun hazırlanmış və ya beynəlxalq səviyyədə akkreditasiya olunan müvafiq təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir. Həmin Qanunun 21.0-cı maddəsinə əsasən ümumi təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 21.0.1. təsisçilər; 21.0.2. təhsilalanlar (uşaqlar, şagirdlər); 21.0.3. təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər; 21.0.4. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər; 21.0.5. valideynlər və ya digər qanuni nümayəndələr; 21.0.6. təhsili idarəetmə orqanları və bələdiyyələr; 21.0.7. ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır: 22.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvipsixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək; 22.2.3. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq; 22.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək; 22.2.5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək; 22.2.6. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq; 22.2.6-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq; 22.2.7. ümumi təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək; 22.2.8. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək; 22.2.9. ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək; 22.2.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək; 22.2.11. qanunda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır: 22.4.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 22.4.2. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; 22.4.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək; 22.4.4. pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmət və ehtiramla yanaşmaq; 22.4.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk etmək; 22.4.6. öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək; 22.4.7. sağlam həyat tərzi keçirmək; 22.4.8. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlə təhsilverən arasında bağlanılan əmək müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır: 23.2.1. təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq; 23.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək; 23.2.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 23.2.4. tədrisin forma, metod və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; 23.2.5. yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək; 23.2.6. mükafatlandırılmaq və təltif olunmaq; 23.2.7. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək; 23.2.8. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 23.3.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 23.3.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək; 23.3.3. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; 23.3.4. ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək; 23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 23.3.6. təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 23.3.7. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 23.3.9. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; 23.3.10. əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək; 23.3.11. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; 23.3.12. məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq; 23.3.13. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquqları aşağıdakılardır: 24.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; 24.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; 24.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək; 24.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək; 24.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri aşağıdakılardır: 24.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq; 24.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək; 24.2.3. məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq; 24.2.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” 361 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən dövlət standartları aşağıdakıları müəyyən edir: 1.2.1. ümumi təhsilin məzmununu; 1.2.2. ümumi təhsilin idarə olunmasını; 1.2.3. ümumi təhsilin maddi-texniki və tədris bazasını; 1.2.4. ümumi təhsilin infrastrukturunu; 1.2.5. ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini; 1.2.6. ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini; 1.2.7. ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələri; 1.2.8. ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənləri; 1.2.9. məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlimin nəticələrini; 1.2.10. tam orta təhsil səviyyəsində təhsilin təşkilini; 1.2.11. ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarını; 1.2.12. ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri; 1.2.13. ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini. Həmin Qərarın 6.3-cü bəndinə əsasən ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar: 6.3.1. ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; 6.3.2. uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; 6.3.3. əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə; 6.3.4. əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına; 6.3.5. öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına; 6.3.6. ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə; 6.3.7. işlədiyi məktəbdə, ictimaiyyət arasında hörmətə və nüfuza; 6.3.8. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə. Həmin Qərarın 13.1-ci maddəsinə əsasən ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə öyrənənlər arasında “subyekt-subyekt” prinsipinə uyğun qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur: 13.1.1. pedaqoji prosesin tamlığı - təhsil məqsədlərinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıması; 13.1.2. təhsildə bərabər imkanların yaradılması – müəssisənin təhsil infrastrukturuna uyğun olaraq, təhsilalanlar üçün eyni təlim şəraitinin təmin edilməsi, təhsil prosesinin şagirdlərin meyil-marağı və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi; 13.1.3. şəxsiyyətyönümlülük - təhsilalanların idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə, onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması; 13.1.4. şagirdyönümlülük - təhsil fəaliyyətlərinin bilavasitə təhsilalanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, istedadlarının reallaşmasına, şəxsiyyətlərinin formalaşmasına yönəldilməsi; 13.1.5. inkişafyönümlülük - şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsi; 13.1.6. fəaliyyətin stimullaşdırılması - təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin təlim marağının yüksəldilməsi üçün onların nailiyyətlərinin izlənilməsi və dəyərləndirilməsi istiqamətində tədbirlərin görülməsi; 13.1.7. dəstəkləyici mühitin yaradılması - təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, sağlam mənəvi-psixoloji mühitin, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi; 13.1.8. inklüzivlik - fiziki, psixi, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanlarından asılı olmayaraq təhsilin bütün uşaqlar üçün əlçatan olması; 13.1.9. məktəb-valideyn əlaqələrinin tənzimlənməsi - təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin edilməsi. Həmin Qərarın 14.1-ci bəndinə əsasən şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsil fəaliyyətinin zəruri tərkib hissəsi olaraq ardıcıl və sistemli xarakter daşıyır, təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı (valideyn) Cavabdeh “Təhsil xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsinə istinad edərək, məhz qarşılıqlı iddia üzrə cavabdeh (təhsilverən) İddiaçı tərəfindən şagirdlər (təhsilalan)-X7 və X1 təhsil xidmətləri göstərməməklə, xidmət müqaviləsi ilə müəyyənləşdirimiş öhdəliklərini vicdanla yerinə yetirilməməsi faktını və bunun nəticəsində ona mənəvi zərərin dəyməsini əsaslandıra bilməmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, birbirinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilədə və liseyin nizamnaməsində (təhsilverən) İddiaçı şagirdlər (təhsilalan)-X6 və X3 ümumi təhsil müəssisəsini bitirdikdən sonra mütləq “ali təhsil müəssisinə daxil olmağı” barədə (valideyn) Cavabdeh qarşısında üzərinə öhdəlik götürməmişdir. Yəni Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən tapşırıq və (və ya) əvəzli xidmətlər göstərilməsinə dair müqaviləyə görə (icraçı/vəkalət alan) İddiaçı (sifarişçi/vəkalət verən) Cavabdeh tapşırığı əsasında övladları X7 və X4 təhsil xidmətlərini konkret nəticə əldə olunmasına təminat vermədən, yəni ali təhsil müəssisinə daxil olmaqlarına təminat vermədən göstərməyi öhdəsinə götürmüşdür. Eləcə də X6 yüksək bal toplamamaqla, ali təhsil müəssisinə deyil, orta ixtisas müəssisinə daxil olmaması onu deməyə əsas vermir ki, (icraçı/vəkalət alan) İddiaçı (sifarişçi/vəkalət verən) Cavabdeh tapşığını, yəni təhsil xidmətlərini qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla göstərməmişdir. Məhkəmə onu da qeyd edir ki, mülki işin məhkəmə icraatı zamanı qarşılıqlı iddia üzrə iddiaçı (valideyn) Cavabdeh övladı X4 liseydə göstərilmiş tədris xidmətlərinə görə əsas təhsil haqqı borcunu tam şəkildə ödəməsi və həmin övladının liseydə təhsil almaqda davam etməsi faktı qarşılıqlı iddia üzrə cavabdeh (təhsilverən) İddiaçı tərəfindən şagirdlər (təhsilalan)-X7 və X4 Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun, yəni ümumi orta təhsilin məqsədinə çatmaq üçün ümumi təhsilin məzmununa dair ümumi tələblər, öyrədici, tərbiyəedici və inkişafetdirici xarakterli təhsil prosesi, dövlət təhsil standartlarına uyğun təhsil proqramı çərçivəsində keyfiyyətli təhsil xidmətlərinin göstərildiyini deməyə kifayət qədər əsas verir. Bu səbəbdən də, məhkəmə qarşılıqlı iddia iddia tələbini hüquqdan-istifadə kimi qiymətləndirir. İlk qarşılıqlı tələbi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən ilk iddia üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 7100 (yeddi min yüz) AZN məbləğində təhsil haqqı borcu, 1000 (min) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 8100 (səkkiz min yüz) AZN məbləğində pul tutularaq, ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməli və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 7100 (yeddi min yüz) AZN məbləğində təhsil haqqı borcu, 1000 (min) AZN məbləğində dəbbə pulu borcu və ümumilikdə 8100 (səkkiz min yüz) AZN məbləğində pul tutularaq, ilk iddia üzrə İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar