Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-353/2024 14.06.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2018-ci ildə ayında qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri rəsmiləşdirilməmişdir. Birgə nikahlarından 27 oktyabr 2019-cu ildə “Zəhra” və 27 oktyabr 2020-ci ildə “Yusif” adlı 2 (iki) uşağı anadan olmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri rəsmiləşdirilmədiyi üçün uşaqlarının atalığı müəyyən edilməklə, doğum haqqında şəhadətnamə alınmışdır. Belə ki, qeyri-rəsmi nikahlarından 27 oktyabr 2019-cu ildə anadan olmuş “Zəhra” və 27 oktyabr 2020-ci ildə anadan olmuş “Yusif” adlı uşaqlarının atası Cavabdehdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamış və o, ayrılmaq məcburiyyətində qalmışdır. Keçmiş həyat yoldaşı Cavid ailənin qayğıları ilə maraqlanmamış, ona və ailəyə qarşı laqeyd münasibət bəsləmişdir. Bütün bunların nəticəsində artıq uzun müddətdir ki, onların ailə münasibətləri pozulmuş, birgə təsərrüfat aparmır və faktiki olaraq ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları X6 və X7 hal-hazırda onun himayəsindədirlər. Özü işləmir. Bununla yanaşı, o, uşaqları saxlamaqda, onun gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Lakin Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları Zəhra və Yusifin qayğıları ilə maraqlanmır, onlara ata qayğısı, nəvazişi göstərmir. Cavabdeh fərdi əmək ilə məşğul olur və onun müəyyən məbləğ qazancı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Cavid yetkinlik yaşına çatmayan uşaqları Zəhra və Yusifə layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir. Düzdür, özünün valideynləri də nənə-baba kimi ona maddi cəhətdən köməklik edir. Lakin bu hal Cavidi bir valideyn, bir ata kimi öz doğma övladını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehtiyacı vardır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla yanaşı, o, Cavabdeh maddi imkanını nəzərə alaraq, birgə nikahlarından 27 oktyabr 2019-cu ildə anadan olmuş X2 və 27 oktyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər bir uşağa görə 60 (altmış) AZN sabit pul məbləğində, ümumilikdə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsini tələb edir. Bütün bunları nəzərə alaraq, birgə nikahlarından 27 oktyabr 2019-cu ildə anadan olmuş X2 və 27 oktyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə 60 (altmış) AZN sabit pul məbləğində, ümumilikdə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, iddia tələbini qəbul etdiyini, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh X1 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 387502 №-li, 01 fevral 2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 27 oktyabr 2019-cu ildə İddiaçı doğulmuş “X3” atasıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 408063 №-li, 24 noyabr 2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 27 oktyabr 2020-ci ildə İddiaçı doğulmuş “X5” atasıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 393752 №-li, 01 fevral 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 oktyabr 2019cu ildə Bakı şəhərində anadan olmuş X2 atası “Cavabdeh” və anası “İddiaçı”dır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 508836 №-li, 24 noyabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 oktyabr 2020ci ildə Bakı şəhərində anadan olmuş X4 atası “Cavabdeh” və anası “İddiaçı”dır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan, azyaşlı uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, aliment təyin ediləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə müsbət təsirini, aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, eləcə də iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və tərəflərin birgə nikahından 27 oktyabr 2019-cu ildə anadan olmuş X2 və 27 oktyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 29 aprel 2024-cü il tarixdən etibarən hər bir uşağa görə 60 (altmış) AZN sabit pul məbləğində, ümumilikdə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından 27 oktyabr 2019-cu ildə anadan olmuş X2 və 27 oktyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 29 aprel 2024-cü il tarixdən etibarən hər bir uşağa görə 60 (altmış) AZN sabit pul məbləğində, ümumilikdə 120 (yüz iyirmi) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə qəbul edildikdən sonra dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-353/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-353/2024
14.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver