Məhkəmə qərarları › İş №2(072)-379/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-379/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-379/2023 15.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış LB/22/000/000866 saylı, 25 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istehlak məqsədi ilə illik 26 (iyirmi altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 7150 (yeddi min yüz əlli) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən Cavabdeh özünə məxsus 750 əyarlı, çəkisi 35.20 qram olan 1 (bir) ədəd sepi, 583 əyarlı, çəkisi 44 qram olan 1 (bir) ədəd qolbağı, 750 əyarlı, çəkisi 17.50 qram olan 1 (bir) dəst komplekti, 583 əyarlı, çəkisi 21.80 qram olan 1 (bir) cüt sırğanı, 583 əyarlı, ümumi çəkisi 31.20 qram olan 2 (iki) ədəd sepi, 1 (bir) ədəd qolbağı, 1 (bir) ədəd klonu və 583 əyarlı, çəkisi 22.50 qram olan 1 (bir) dəst qarnituru bankın xeyrinə girov predmeti kimi təqdim etmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 13 aprel 2023-cü il tarixə banka 7150 (yeddi min yüz əlli) AZN məbləğində əsas kredit borcu, 601.47 (altı yüz bir, qırx yeddi) AZN məbləğində faiz borcu, 104.86 (yüz dörd, səksən altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 7856.33 (yeddi min səkkiz yüz əlli altı, otuz üç) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən Cavabdeh 7150 (yeddi min yüz əlli) AZN məbləğində əsas kredit borcunun, 601.47 (altı yüz bir, qırx yeddi) AZN məbləğində faiz borcunun, 104.86 (yüz dörd, səksən altı) AZN məbləğində cərimə borcunun, ümumilikdə 7856.33 (yeddi min səkkiz yüz əlli altı, otuz üç) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 99 (doxsan doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh məxsus banka girov predmeti kimi təqdim edilmiş ümumi çəkisi 120.20 qram qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun və dövlət rüsumunun ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış LB/22/000/000866 saylı, 25 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak ilə aylıq 26 (iyirmi altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 7150 (yeddi min yüz əlli) AZN məbləğində kredit verilmişdir İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş LB/22/000/000866 saylı, 25 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 7150 (yeddi min yüz əlli) AZN məbləğində kredit borcunu illik 26 (iyirmi altı) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış G-LB/22/000/000866 saylı, 25 oktyabr 2022-ci il tarixli girov müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh özünə məxsus ümumi çəkisi 120.20 qram qızıl-zinət əşyalarını (750 əyarlı, çəkisi 35.20 qram olan 1 (bir) ədəd sep, 583 əyarlı, çəkisi 44 qram olan 1 (bir) ədəd qolbaq, 750 əyarlı, çəkisi 17.50 qram olan 1 (bir) dəst komplekt, 583 əyarlı, çəkisi 21.80 qram olan 1 (bir) cüt sırğa, 583 əyarlı, ümumi çəkisi 31.20 qram olan 2 (iki) ədəd sep, 1 (bir) ədəd qolbaq, 1 (bir) ədəd klon və 583 əyarlı, çəkisi 22.50 qram olan 1 (bir) dəst qarnitur) bankın xeyrinə girov predmeti kimi təqdim etmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş 25 oktyabr 2022-ci il tarixli “Girov qoyulmuş qiymətlilərin dəyərlərinin qiymətləndirilməsi və təhvil-təslim verilməsinə dair” aktın surətindən görünür ki, Cavabdeh özünə məxsus 750 əyarlı, çəkisi 35.20 qram olan 1 (bir) ədəd sepi, 583 əyarlı, çəkisi 44 qram olan 1 (bir) ədəd qolbağı, 750 əyarlı, çəkisi 17.50 qram olan 1 (bir) dəst komplekti, 583 əyarlı, çəkisi 21.80 qram olan 1 (bir) cüt sırğanı, 583 əyarlı, ümumi çəkisi 31.20 qram olan 2 (iki) ədəd sepi, 1 (bir) ədəd qolbağı, 1 (bir) ədəd klonu və 583 əyarlı, çəkisi 22.50 qram olan 1 (bir) dəst qarnituru bankın xeyrinə girov predmeti kimi təqdim edərək, banka təhvil vermiş və qızıl-zinət əşyalarının bazar dəyəri 10216 (on min iki yüz on altı) AZN məbləği və likvid dəyəri 7151.20 (yeddi min yüz əlli bir, iyirmi) AZN məbləği dəyərində qiymətləndirilmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş 25 oktyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh kreditin təminatı olaraq banka girov predmeti kimi təqdim etdiyi qızıl-zinət əşyalarının özünün imzası və iştirakı olmadan satılmasına etiraz etməmişdir. İş materiallarında olan M/03-2345 saylı, 13 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 13 aprel 2023-cü il tarixə banka 7150 (yeddi min yüz əlli) AZN məbləğində əsas kredit borcu, 601.47 (altı yüz bir, qırx yeddi) AZN məbləğində faiz borcu, 104.86 (yüz dörd, səksən altı) AZN məbləğində cərimə borcu və ümumilikdə 7856.33 (yeddi min səkkiz yüz əlli altı, otuz üç) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş M/03-1875 saylı, 03 aprel 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 18 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 99 (doxsan doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 7150 (yeddi min yüz əlli) AZN məbləğində əsas kredit borcu, 601.47 (altı yüz bir, qırx yeddi) AZN məbləğində faiz borcu, 104.86 (yüz dörd, səksən altı) AZN məbləğində cərimə borcu, ümumilikdə 7856.33 (yeddi min səkkiz yüz əlli altı, otuz üç) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 99 (doxsan doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh məxsus banka girov predmeti kimi təqdim edilmiş 120.20 qram qızıl-zinət əşyalarına (750 əyarlı, çəkisi 35.20 qram olan 1 (bir) ədəd sep, 583 əyarlı, çəkisi 44 qram olan 1 (bir) ədəd qolbaq, 750 əyarlı, çəkisi 17.50 qram olan 1 (bir) dəst komplekt, 583 əyarlı, çəkisi 21.80 qram olan 1 (bir) cüt sırğa, 583 əyarlı, ümumi çəkisi 31.20 qram olan 2 (iki) ədəd sep, 1 (bir) ədəd qolbaq, 1 (bir) ədəd klon və 583 əyarlı, çəkisi 22.50 qram olan 1 (bir) dəst qarnitur) yönəldilməli, girov predmeti olan həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcu və dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7150 (yeddi min yüz əlli) AZN məbləğində əsas kredit borcu, 601.47 (altı yüz bir, qırx yeddi) AZN məbləğində faiz borcu, 104.86 (yüz dörd, səksən altı) AZN məbləğində cərimə borcu, ümumilikdə 7856.33 (yeddi min səkkiz yüz əlli altı, otuz üç) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 99 (doxsan doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus banka girov predmeti kimi təqdim edilmiş 120.20 qram qızıl-zinət əşyalarına (750 əyarlı, çəkisi 35.20 qram olan 1 (bir) ədəd sep, 583 əyarlı, çəkisi 44 qram olan 1 (bir) ədəd qolbaq, 750 əyarlı, çəkisi 17.50 qram olan 1 (bir) dəst komplekt, 583 əyarlı, çəkisi 21.80 qram olan 1 (bir) cüt sırğa, 583 əyarlı, ümumi çəkisi 31.20 qram olan 2 (iki) ədəd sep, 1 (bir) ədəd qolbaq, 1 (bir) ədəd klon və 583 əyarlı, çəkisi 22.50 qram olan 1 (bir) dəst qarnitur) yönəldilsin, girov predmeti olan həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın, satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcu və dövlət rüsumu ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar