Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-389/2023 18.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 16 sentyabr 2017-ci il tarixdə ailə qurmuşdur. Onların rəsmi nikahından 16 iyul 2018-ci ildə “Pünhan” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamış və müəyyən ailədaxili mübahisələrə görə onların rəsmi nikahına xitam verilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızı xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə qismən dəyişdirilməsi və tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Ötən müddət ərzində Cavabdeh ödədiyi 160 (yüz altmış) AZN sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan oğlan uşaqları Pünhanın tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. İddiaçı onu da qeyd edir ki, uşağı saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, rəsmi nikahlarından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində alimentin və mediatora ödənilmiş 25 (iyirmi beş) AZN məbləğində mediasiya xərcinin tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh onun oğludur. Cavabdeh İddiaçı ilə 12 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 16 iyul 2018-ci ildə “Pünhan” 1 (bir) oğlan uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-364/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi qət edilmişdir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə qismən dəyişdirilməsi və tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda, bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, Cavabdeh əvvəllər imkanı daxilində uşaqları Pünhana maddi, mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmiş və onun ehtiyaclarını qarşılamışdır. Hesab edir ki, İddiaçı iddia etdiyi aliment məbləği də yüksək həddədir. Belə ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi cəhətdən imkanı çatmır. Lakin Cavabdeh oğlan uşaqları X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 160-170 AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi cəhətdən imkanı çatır. Bu səbəbdən də, Cavabdeh İddiaçı ona qarşı irəli sürdüyü “aliment məbləğinin artırılması” tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddianın qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmaqla, tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 160-170 AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ-İV 072453 №-li, 03 avqust 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 rəsmi nikahından 16 iyul 2018-ci ildə “X5” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-364/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X3 arasında bağlanmış rəsmi nikaha xitam verilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 oktyabr 2019-cu il tarixdən etibarən hər ay Cavabdeh qazancından 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə qismən dəyişdirilməsi və tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 343525 №-li, 28 aprel 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah 18 yanvar 2020-ci il tarixdə ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 5 № ilə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 43 saylı, 06 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh cəmiyyətin Nəzarət şöbəsində “nəzarətçi” vəzifəsində işləyir və əmək haqqısı 409 (dörd yüz doqquz) AZN məbləği təşkil edir. İş materiallarında olan AA2029238 saylı, 10 may 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) AZN məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat mediasiya prosesinə dair xərclərə daxildir. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X2 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, alimentin miqdarının artırılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə müsbət təsirini, eləcə də, aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin miqdarı 200 (iki yüz) AZN sabit pul məbləği həddində artırılmalı, tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mediatora ödənilmiş 25 (iyirmi beş) AZN məbləğində mediasiya xərci tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin miqdarı 200 (iki yüz) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh mediatora ödənilmiş 25 (iyirmi beş) AZN məbləğində mediasiya xərci tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-389/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-389/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver