Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-420/2023 29.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi: X1, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhimlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbiri haqqında” Azərbaycan Respublikası Prezidentinin 570 saylı, 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə” dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş ********** saylı, 12 oktyabr 2015-ci il tarixli dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidentinin 570 saylı, 15 iyul 2015-ci il tarixli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüququ şəxs statuslu qurum (“X3 edilməsi Agentliyi” MMC”) vasitəsi ilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini (“X3 edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 101 S saylı, 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-İMS-189 saylı, 11 sentyabr 2017-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC təhvil verilmişdir. "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2-xx.xx.2014-FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə cavabdehə illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında 3552815/14 saylı, 14 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən Bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 aprel 2022-ci il tarixə banka 2267.82 (iki min iki yüz altmış yeddi, səksən iki) AZN məbləğində əsas kredit borcu, 605.26 (altı yüz beş, iyirmi altı) AZN məbləğində faiz borcu və ümumilikdə 2873.08 (iki min səkkiz yüz yetmiş üç, sıfır səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2267.82 (iki min iki yüz altmış yeddi, səksən iki) AZN məbləğində əsas kredit borcunun, 605.26 (altı yüz beş, iyirmi altı) AZN məbləğində faiz borcunun, ümumilikdə 2873.08 (iki min səkkiz yüz yetmiş üç, sıfır səkkiz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 48.73 (qırx səkkiz, yetmiş üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 tələbini qəbul edərək izahatında bildirmişdir ki, "xxxx" ASC-nin “İmişli” filialı ilə özü arasında bağlanmış 2-xx.xx.2014-FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə ona illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında 3552815/14 saylı, 14 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 tələbini rədd edərək izahatında bildirmişdir ki, "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2-xx.xx.2014-FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə ona illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə özü arasında 3552815/14 saylı, 14 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin hesab edir ki, ona qarşı 2-xx.xx.2014-FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı bitmişdir. Bütün bunları nəzərə alaraq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2-xx.xx.2014-FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə, 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 avqust 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2-xx.xx.2014- FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 nağd pul şəklində 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh2 arasında bağlanmış 3552815/14 saylı, 14 avqust 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. İş materillarında olan 2-xx.xx.2014-FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 5000 (beş min) AZN məbləğində kredit borcunu illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş S-FK-İMS-189 saylı, 11 sentyabr 2017-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 570 saylı, 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə” dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 101 S saylı, 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 oğluna dair sənədlər (2873.08 AZN məbləğində problemli kredit borcu üzrə tələb hüququ...) S-FK-İMS-189 saylı, 11 sentyabr 2017-ci il tarixli təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli kreditin vəziyyəti barədə məlumat cədvəlindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 27 aprel 2022-ci il tarixə iddiaçıya 2267.82 (iki min iki yüz altmış yeddi, səksən iki) AZN məbləğində əsas kredit borcu, 605.26 (altı yüz beş, iyirmi altı) AZN məbləğində faiz borcu və ümumilikdə 2873.08 (iki min səkkiz yüz yetmiş üç, sıfır səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 3-7/1144 saylı, 11 may 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına olan kredit borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********* saylı, 13 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən iddia qaldırılması üçün 48.73 (qırx səkkiz, yetmiş üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh1 arasında bağlanmış arasında bağlanmış 2xx.xx.2014-FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncu ödəniş tarixi “14 avqust 2016-cı il” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış 2-xx.xx.2014- FM1 saylı, 14 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 14 avqust 2016-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra 1 (bir) il ərzində yəni, 14 avqust 2017-ci il tarixədək kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Eləcə də, "xxxx" ASC ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış S-FK-İMS-189 saylı, 11 sentyabr 2017-ci il tarixli “Bankdan problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 oğluna dair sənədlərin (2873.08 AZN məbləğində problemli kredit borcu üzrə tələb hüququ...) təhvil-təslim aktı” üzrə öhdəliyin icrası vaxtı 11 sentyabr 2019-cu il tarixdə başa çatmış, lakin bu tarixdən sonra 1 (bir) il ərzində yəni, 11 sentyabr 2020-ci il tarixədək kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Bu səbəbdən də, zamin Cavabdeh2 öhdəliyinə xitam verilmiş hesab olunmalı və iddia tələbi “Cavabdeh2 münasibətdə” rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, "xxxx" ASC-nin “İmişli” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh1 2267.82 (iki min iki yüz altmış yeddi, səksən iki) AZN məbləğində əsas kredit borcu, 605.26 (altı yüz beş, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 2873.08 (iki min səkkiz yüz yetmiş üç, sıfır səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 48.73 (qırx səkkiz, yetmiş üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Bundan başqa, zaminin öhdəliyinə xitam verilmiş hesab edildiyi üçün iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2267.82 (iki min iki yüz altmış yeddi, səksən iki) AZN məbləğində əsas kredit borcu, 605.26 (altı yüz beş, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 2873.08 (iki min səkkiz yüz yetmiş üç, sıfır səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 48.73 (qırx səkkiz, yetmiş üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-420/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-420/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver