Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-489/2023 12.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 15 (on beş) % dərəcəsi tətbiq edilməklə, 35 (otuz beş) ay müddətinə 6600 (altı min altı yüz) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış BRED5077953A299 saylı, 18 aprel 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 2909 (iki min doqquz yüz doqquz) AZN məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 11 iyul 2023-cü il tarixə banka GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4812.37 (dörd min səkkiz yüz on iki, otuz yeddi) AZN məbləğində əsas kredit borcu, 514.93 (beş yüz on dörd, doxsan üç) AZN məbləğində faiz borcu, ümumilikdə 5327.30 (beş min üç yüz iyirmi yeddi, otuz) AZN məbləğində kredit borcu və BRED5077953A299 saylı, 18 aprel 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 1884.13 (min səkkiz yüz səksən dörd, on üç) AZN məbləğində əsas kredit borcu, 336.26 (üç yüz otuz altı, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 2220.39 (iki min iki yüz iyirmi, otuz doqquz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4812.37 (dörd min səkkiz yüz on iki, otuz yeddi) AZN məbləğində əsas kredit borcunun, 514.93 (beş yüz on dörd, doxsan üç) AZN məbləğində faiz borcunun, ümumilikdə 5327.30 (beş min üç yüz iyirmi yeddi, otuz) AZN məbləğində kredit borcunun, BRED5077953A299 saylı, 18 aprel 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 1884.13 (min səkkiz yüz səksən dörd, on üç) AZN məbləğində əsas kredit borcunun, 336.26 (üç yüz otuz altı, iyirmi altı) AZN məbləğində faiz borcunun, ümumilikdə 2220.39 (iki min iki yüz iyirmi, otuz doqquz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 95.48 (doxsan beş, qırx səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyi və müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 15 (on beş) % dərəcəsi tətbiq edilməklə, 35 (otuz beş) ay müddətinə 6600 (altı min altı yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 25 yanvar 2022-ci il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh hesabına 6600 (altı min altı yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materillarında olan GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 6600 (altı min altı yüz) AZN məbləğində kredit borcunu illik 15 (on beş) % dərəcəsi tətbiq edilməklə, 35 (otuz beş) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış BRED5077953A299 saylı, 18 aprel 2022-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 2909 (iki min doqquz yüz doqquz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 25 yanvar 2022-ci il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış BRED5077953A299 saylı, 18 aprel 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh “Birkart” ödəniş kartı təqdim edilmiş və həmin kart hesabına illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 2909 (iki min doqquz yüz doqquz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 15/4226 saylı, 11 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 iyul 2023-cü il tarixə banka GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4812.37 (dörd min səkkiz yüz on iki, otuz yeddi) AZN məbləğində əsas kredit borcu, 514.93 (beş yüz on dörd, doxsan üç) AZN məbləğində faiz borcu, ümumilikdə 5327.30 (beş min üç yüz iyirmi yeddi, otuz) AZN məbləğində kredit borcu və BRED5077953A299 saylı, 18 aprel 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 1884.13 (min səkkiz yüz səksən dörd, on üç) AZN məbləğində əsas kredit borcu, 336.26 (üç yüz otuz altı, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 2220.39 (iki min iki yüz iyirmi, otuz doqquz) AZN məbləğində kredit borcu mövcudur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 16/21002 saylı, 13 aprel 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 11 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 95.48 (doxsan beş, qırx səkkiz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış kredit müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4812.37 (dörd min səkkiz yüz on iki, otuz yeddi) AZN məbləğində əsas kredit borcu, 514.93 (beş yüz on dörd, doxsan üç) AZN məbləğində faiz borcu, ümumilikdə 5327.30 (beş min üç yüz iyirmi yeddi, otuz) AZN məbləğində kredit borcu, BRED5077953A299 saylı, 18 aprel 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 1884.13 (min səkkiz yüz səksən dörd, on üç) AZN məbləğində əsas kredit borcu, 336.26 (üç yüz otuz altı, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 2220.39 (iki min iki yüz iyirmi, otuz doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 95.48 (doxsan beş, qırx səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh GTKR4706922A299 saylı, 25 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4812.37 (dörd min səkkiz yüz on iki, otuz yeddi) AZN məbləğində əsas kredit borcu, 514.93 (beş yüz on dörd, doxsan üç) AZN məbləğində faiz borcu, ümumilikdə 5327.30 (beş min üç yüz iyirmi yeddi, otuz) AZN məbləğində kredit borcu, BRED5077953A299 saylı, 18 aprel 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 1884.13 (min səkkiz yüz səksən dörd, on üç) AZN məbləğində əsas kredit borcu, 336.26 (üç yüz otuz altı, iyirmi altı) AZN məbləğində faiz borcu, ümumilikdə 2220.39 (iki min iki yüz iyirmi, otuz doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 95.48 (doxsan beş, qırx səkkiz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-489/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-489/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver