Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-5/2024 12.03.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh aylıq 1.6667 % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 23000 (iyirmi üç min) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit limiti açılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqavilələrinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqavilələrinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 07 dekabr 2022-ci il tarixə banka 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 (iyirmi üç min) AZN məbləğində əsas kredit borcu, 1680.76 (min altı yüz səksən, yetmiş altı) AZN məbləğində faiz borcu, 446.20 (dörd yüz qırx altı iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 25126.96 (iyirmi beş min yüz iyirmi altı, doxsan altı) AZN məbləğində kredit borcu və 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 499.75 (dörd yüz doxsan doqquz, yetmiş beş) AZN məbləğində əsas kredit borcu, 20.04 (iyirmi, sıfır dörd) AZN məbləğində faiz borcu, 4.67 (dörd, altmış yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 524.46 (beş yüz iyirmi dörd, qırx altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinin (kredit verilməsinə dair razılıq ərizəsi) ləğv edilməsi, Cavabdeh 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 (iyirmi üç min) AZN məbləğində əsas kredit borcunun, 1680.76 (min altı yüz səksən, yetmiş altı) AZN məbləğində faiz borcunun, 446.20 (dörd yüz qırx altı iyirmi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 25126.96 (iyirmi beş min yüz iyirmi altı, doxsan altı) AZN məbləğində kredit borcunun, 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 499.75 (dörd yüz doxsan doqquz, yetmiş beş) AZN məbləğində əsas kredit borcun, 20.04 (iyirmi, sıfır dörd) AZN məbləğində faiz borcunun, 4.67 (dörd, altmış yeddi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 524.46 (beş yüz iyirmi dörd, qırx altı) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 166.95 (yüz altmış altı, doxsan beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSCnin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh aylıq 1.6667 % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 23000 (iyirmi üç min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli kreditin hesabdan çıxarışdan görünür ki, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh hesabına 23000 (iyirmi üç min) AZN məbləğində pul köçürülmüşdür. İş materillarında olan 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23000 (iyirmi üç min) AZN məbləğində kredit borcunu aylıq 1.6667 % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 (bir) ədəd plastik kart təqdim edilmişdir. İş materiallarında olan 15407 saylı, 07 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 07 dekabr 2022-ci il tarixə banka 499.75 (dörd yüz doxsan doqquz, yetmiş beş) AZN məbləğində əsas kredit borcu, 20.04 (iyirmi, sıfır dörd) AZN məbləğində faiz borcu, 4.67 (dörd, altmış yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 524.46 (beş yüz iyirmi dörd, qırx altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 15408 saylı, 29 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 07 dekabr 2022-ci il tarixə banka 23000 (iyirmi üç min) AZN məbləğində əsas kredit borcu, 1680.76 (min altı yüz səksən, yetmiş altı) AZN məbləğində faiz borcu, 446.20 (dörd yüz qırx altı iyirmi) AZN məbləğində cərimə borcu və ümumilikdə 25126.96 (iyirmi beş min yüz iyirmi altı, doxsan altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 10815 saylı, 20 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 29 noyabr 2022-ci il tarixə banka 23000 (iyirmi üç min) AZN məbləğində əsas kredit borcu, 1595.86 (min beş yüz, doxsan beş, səksən altı) AZN məbləğində faiz borcu, 414 (dörd yüz on dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 25126.96 (iyirmi beş min yüz iyirmi altı, doxsan altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və 29 noyabr 2022-ci il tarixə İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 29 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 166.95 (yüz altmış altı, doxsan beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/5093 №-li, 29 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 07 dekabr 2022-ci il tarixə İddiaçı QSC-yə əsas kredit borcu üzrə-23000 (iyirmi üç min) AZN məbləğində və faiz borcu üzrə-1673.89 (min altı yüz yetmiş üç, səksən doqquz) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/9844 №-li, 26 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 29 noyabr 2022-ci il tarixə İddiaçı QSC-yə əsas kredit borcu üzrə-23000 (iyirmi üç min) AZN məbləğində və faiz borcu üzrə-1571.67 (min beş yüz yetmiş bir, altmış yeddi) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə irəli sürülmüş iddia tələbinin “kredit müqaviləsinin ləğv edilməsi” hissəsində hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir, eləcə də iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Bu səbəbdən də, Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi və 29 noyabr 2022-ci il tarixə İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edildiyi üçün İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsi (kredit verilməsinə dair razılıq ərizəsi) 29 noyabr 2022-ci il tarixdən etibarən ləğv edilmiş hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 446.20 (dörd yüz qırx altı iyirmi) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı QSC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 446.20 (dörd yüz qırx altı iyirmi) AZN məbləğində cərimə borcu 40 (qırx) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, iddiaçı AccessBank” QSC ilə Cavabdeh arasında bağlanmış 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsi (kredit verilməsinə dair razılıq ərizəsi) 29 noyabr 2022-ci il tarixdən etibarən ləğv edilmiş hesab edilməli, Cavabdeh 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 (iyirmi üç min) AZN məbləğində əsas kredit borcu, 1571.67 (min beş yüz yetmiş bir, altmış yeddi) AZN məbləğində faiz borcu, 40 (qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 24611.67 (iyirmi dörd min altı yüz on bir, altmış yeddi) AZN məbləğində kredit borcu, 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 499.75 (dörd yüz doxsan doqquz, yetmiş beş) AZN məbləğində əsas kredit borcu, 20.04 (iyirmi, sıfır dörd) AZN məbləğində faiz borcu, 4.67 (dörd, altmış yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 524.46 (beş yüz iyirmi dörd, qırx altı) AZN məbləğində kredit borcu və 163.59 (yüz altmış üç, əlli doqquz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin və əlavə “məhkəməmühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 200 (iki yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı AccessBank” QSC ilə Cavabdeh arasında bağlanmış 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsi (kredit verilməsinə dair razılıq ərizəsi) 29 noyabr 2022-ci il tarixdən etibarən ləğv edilmiş hesab edilsin. Cavabdeh 012A********** saylı, 26 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 23000 (iyirmi üç min) AZN məbləğində əsas kredit borcu, 1571.67 (min beş yüz yetmiş bir, altmış yeddi) AZN məbləğində faiz borcu, 40 (qırx) AZN məbləğində cərimə borcu, ümumilikdə 24611.67 (iyirmi dörd min altı yüz on bir, altmış yeddi) AZN məbləğində kredit borcu, 012KK**********01 saylı, 29 iyul 2022-ci il tarixli kart kredit müqaviləsinə əsasən 499.75 (dörd yüz doxsan doqquz, yetmiş beş) AZN məbləğində əsas kredit borcu, 20.04 (iyirmi, sıfır dörd) AZN məbləğində faiz borcu, 4.67 (dörd, altmış yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 524.46 (beş yüz iyirmi dörd, qırx altı) AZN məbləğində kredit borcu və 163.59 (yüz altmış üç, əlli doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin və əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 200 (iki yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-5/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-5/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver