Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-540/2025 09.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi: Nümayəndə2, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh1 İddiaçı ASC-nin “Bank xidmətlərinin göstərilməsi üzrə” standart şərtləri ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı ASC-nin “Xalqlar” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11-Y-1-0-3459-23 saylı, 04 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə illik 13.90 (on üç, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 40000 (qırx min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bank ilə digər Cavabdeh2 arasında Z/18611/23 saylı, 04 noyabr 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, bank qarşısında olan öhdəliklərini tam icra etməmişlər. Bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 kredit müqaviləsinə əsasən 10 mart 2025-ci il tarixə banka 29484.94 (iyirmi doqquz min dörd yüz səksən dörd, doxsan dörd) AZN məbləğində əsas kredit borcu, 1775.98 (min yeddi yüz yetmiş beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu, 47.22 (qırx yeddi, iyirmi iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 31308.14 (otuz bir min üç yüz səkkiz, on dörd) AZN məbləğində kredit borcu mövcud olmuşdur. Lakin sonradan Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğdə kredit ödənişini həyata keçirmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 kredit müqaviləsinə əsasən 26 sentyabr 2025-ci il tarixdə banka 28380.71 (iyirmi səkkiz min üç yüz səksən, yetmiş bir) AZN məbləğində əsas kredit borcu, 3102.95 (üç min yüz iki, doxsan beş) AZN məbləğində faiz borcu, 54.67 (əlli dörd, altmış yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 31538.33 (otuz bir min beş yüz otuz səkkiz, otuz üç) AZN məbləğində kredit borcu mövcuddur. Buna baxmayaraq, 10 mart 2025-ci il tarixdən sonrakı ödənişlər nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 sentyabr 2025-ci il tarixə olan 28380.71 (iyirmi səkkiz min üç yüz səksən, yetmiş bir) AZN məbləğində əsas kredit borcunun, 10 mart 2025-ci il tarixə olan 1775.98 (min yeddi yüz yetmiş beş, doxsan səkkiz) AZN məbləğində faiz borcunun və iddia ərizəsində qeyd edilmiş 11.81 (on bir, səksən bir) AZN məbləğində cərimə borcunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsinə etiraz etmir. Bütün bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29484.94 (iyirmi doqquz min dörd yüz səksən dörd, doxsan dörd) AZN məbləğində əsas kredit borcunun, 1775.98 (min yeddi yüz yetmiş beş, doxsan səkkiz) AZN məbləğində faiz borcunun, 11.81 (on bir, səksən bir) AZN məbləğində cərimə borcunun, ümumilikdə 31272.73 (otuz bir min iki yüz yetmiş iki, yetmiş üç) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 183.82 (yüz səksən üç, səksən iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ASC-nin “Bank xidmətlərinin göstərilməsi üzrə” standart şərtləri ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı ASC-nin “Xalqlar” filialı ilə bağlanmış 11-Y-1-0- 3459-23 saylı, 04 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədilə illik 13.90 (on üç, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 40000 (qırx min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bank ilə digər Cavabdeh2 arasında Z/18611/23 saylı, 04 noyabr 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Onu da qeyd edir ki, o, kredit müqaviləsinə əsasən hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, o, kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun tam ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada banka olan 28380.71 (iyirmi səkkiz min üç yüz səksən, yetmiş bir) AZN məbləğində əsas kredit borcu və 1775.98 (min yeddi yüz yetmiş beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu əsas götürülməklə, İddiaçı ASCnin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər Cavabdeh2 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən digər Cavabdeh2 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, digər Cavabdeh2 iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Xalqlar” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11-Y-1-0-3459-23 saylı, 04 noyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin “Bank xidmətlərinin göstərilməsi üzrə” standart şərtləri ilə tanış olmuş və bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə illik 13.90 (on üç, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 40000 (qırx min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan İddiaçı ASC-nin “Xalqlar” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11-Y-1-0-3459-23 saylı, 04 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 40000 (qırx min) AZN məbləğində kredit borcunu illik 13.90 (on üç, doxsan) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 04 noyabr 2023-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, İddiaçı ASC-nin “Xalqlar” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11-Y-1-0-3459-23 saylı, 04 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 nağd pul şəklində 40000 (qırx min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin “Xalqlar” filialı ilə Cavabdeh2 arasında bağlanmış Z/18611/23 saylı, 04 noyabr 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. İş materiallarında olan 10 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 10 mart 2025-ci il tarixə banka 29484.94 (iyirmi doqquz min dörd yüz səksən dörd, doxsan dörd) AZN məbləğində əsas kredit borcu, 1775.98 (min yeddi yüz yetmiş beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu, 47.22 (qırx yeddi, iyirmi iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 31308.14 (otuz bir min üç yüz səkkiz, on dörd) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 26 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 26 sentyabr 2025-ci il tarixə banka 28380.71 (iyirmi səkkiz min üç yüz səksən, yetmiş bir) AZN məbləğində əsas kredit borcu, 3102.95 (üç min yüz iki, doxsan beş) AZN məbləğində faiz borcu, 54.67 (əlli dörd, altmış yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 31538.33 (otuz bir min beş yüz otuz səkkiz, otuz üç) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan KBD-1659 saylı, 10 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 01 may 2025-ci il tarixli "xxxx" MMC-nin aktının surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin ünvanda yaşamadıqları üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məktubun çatdırılması mümkün olmamışdır...) İş materiallarında olan ********** saylı, 16 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 183.82 (yüz səksən üç, səksən iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, İddiaçı ASC-nin ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, 10 mart 2025-ci il tarixdən sonrakı 26 sentyabr 2025-ci il tarixədək ödənişlər nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28380.71 (iyirmi səkkiz min üç yüz səksən, yetmiş bir) AZN məbləğində əsas kredit borcu, 1775.98 (min yeddi yüz yetmiş beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu, 11.81 (on bir, səksən bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 30168.50 (otuz min yüz altmış səkkiz, əlli) AZN məbləğində kredit borcu və 177.31 (yüz yetmiş yeddi, otuz bir) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28380.71 (iyirmi səkkiz min üç yüz səksən, yetmiş bir) AZN məbləğində əsas kredit borcu, 1775.98 (min yeddi yüz yetmiş beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu, 11.81 (on bir, səksən bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 30168.50 (otuz min yüz altmış səkkiz, əlli) AZN məbləğində kredit borcu və 177.31 (yüz yetmiş yeddi, otuz bir) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-540/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-540/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver