Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-541/2025 08.08.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-nin “Bank xidmətlərinin göstərilməsi üzrə” standart şərtləri ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 10-Y-1-0-967-22 saylı, 04 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən istehlak məqsədi ilə cavabdehə illik 17 (on yeddi) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 20 fevral 2025-ci il tarixə banka 3055.48 (üç min əlli beş, qırx səkkiz) AZN məbləğində əsas kredit borcu, 193.62 (yüz doxsan üç, altmış iki) AZN məbləğində faiz borcu, 545.27 (beş yüz qırx beş, iyirmi yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 3794.37 (üç min yeddi yüz doxsan dörd, otuz yeddi) AZN məbləğində kredit borcu mövcuddur. Cavabdeh banka olan cərimə borcu 545.27 (beş yüz qırx beş, iyirmi yeddi) AZN məbləği təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 272.64 (iki yüz yetmiş iki, altmış dörd) AZN məbləğində tələb olunur. Qeyd edilənlərə əsasən, Cavabdeh 3055.48 (üç min əlli beş, qırx səkkiz) AZN məbləğində əsas kredit borcunun, 193.62 (yüz doxsan üç, altmış iki) AZN məbləğində faiz borcunun, 272.64 (iki yüz yetmiş iki, altmış dörd) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3521.74 (üç min beş yüz iyirmi bir, yetmiş dörd) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 55.22 (əlli beş, iyirmi iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 10-Y-1-0-967-22 saylı, 04 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin “Bank xidmətlərinin göstərilməsi üzrə” standart şərtləri ilə tanış olmuş və bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə illik 17 (on yeddi) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə, 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 04 aprel 2022-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 10-Y-1-0-967-22 saylı, 04 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh nağd pul şəklində 15000 (on beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “hesabdan çıxarış”ın surətindən görünür ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 10- Y-1-0-967-22 saylı, 04 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 15000 (on beş min) AZN məbləğində (kredit) pul vəsaiti verilmiş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 20 fevral 2025-ci il tarixə banka 3055.48 (üç min əlli beş, qırx səkkiz) AZN məbləğində əsas kredit borcu, 193.62 (yüz doxsan üç, altmış iki) AZN məbləğində faiz borcu, 545.27 (beş yüz qırx beş, iyirmi yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 3794.37 (üç min yeddi yüz doxsan dörd, otuz yeddi) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan KBD/1205 saylı, 20 fevral 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (Belə ki, 07 mart 2025-ci il tarixli “X1” MMC-nin aktının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin ünvanda yaşamadığı üçün Cavabdeh məktubun çatdırılması mümkün olmamışdır...) İş materiallarında olan ********** saylı, 08 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 55.22 (əlli beş, iyirmi iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə irəli sürülmüş iddia tələbinin “272.64 (iki yüz yetmiş iki, altmış dörd) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “272.64 (iki yüz yetmiş iki, altmış dörd) AZN məbləğində cərimə borcu 150 (yüz əlli) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 3055.48 (üç min əlli beş, qırx səkkiz) AZN məbləğində əsas kredit borcu, 193.62 (yüz doxsan üç, altmış iki) AZN məbləğində faiz borcu, 150 (yüz əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3399.10 (üç min üç yüz doxsan doqquz, on) AZN məbləğində kredit borcu və 53.29 (əlli üç, iyirmi doqquz) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3055.48 (üç min əlli beş, qırx səkkiz) AZN məbləğində əsas kredit borcu, 193.62 (yüz doxsan üç, altmış iki) AZN məbləğində faiz borcu, 150 (yüz əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3399.10 (üç min üç yüz doxsan doqquz, on) AZN məbləğində kredit borcu və 53.29 (əlli üç, iyirmi doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-541/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-541/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver