Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-552/2023 04.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış **********1182 saylı, 28 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən təşkilat tərəfindən cavabdehə illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu təşkilatın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən təşkilat qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən təşkilat qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh təşkilata olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda təşkilat qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 03 avqust 2023-cü il tarixə təşkilata 1316.02 (min üç yüz on altı, sıfır iki) AZN məbləğində əsas kredit borcu, 256 (iki yüz əlli altı) AZN məbləğində faiz borcu, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 1634.94 (min altı yüz otuz dörd, doxsan dörd) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən Cavabdeh 1316.02 (min üç yüz on altı, sıfır iki) AZN məbləğində əsas kredit borcunun, 256 (iki yüz əlli altı) AZN məbləğində faiz borcunun, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1634.94 (min altı yüz otuz dörd, doxsan dörd) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 36.35 (otuz altı, otuz beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış **********1182 saylı, 28 iyun 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən Cavabdeh illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 5376 0933 4358 6905 saylı, 28 iyun 2022-ci il tarixli “Fincard” kreditvermə qəbzindən və “Kredit kartının mədaxil (qəbul) aktı”ndan görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış **********1182 saylı, 28 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən təşkilat tərəfindən Cavabdeh məxsus **********1182 hesab nömrəsinə 1500 (min beş yüz) AZN məbləğində pul köçürülmüş və kredit kartı Cavabdeh təqdim edilmişdir. İş materillarında olan **********1182 saylı, 28 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1500 (min beş yüz) AZN məbləğində kredit borcunu illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında təşkilatın xeyrinə ödəməlidir. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 avqust 2023-cü il tarixə təşkilata 1316.02 (min üç yüz on altı, sıfır iki) AZN məbləğində əsas kredit borcu, 256 (iki yüz əlli altı) AZN məbləğində faiz borcu, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 1634.94 (min altı yüz otuz dörd, doxsan dörd) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********** saylı, 04 avqust 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən iddia qaldırılması üçün 36.35 (otuz altı, otuz beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 1316.02 (min üç yüz on altı, sıfır iki) AZN məbləğində əsas kredit borcu, 256 (iki yüz əlli altı) AZN məbləğində faiz borcu, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 1634.94 (min altı yüz otuz dörd, doxsan dörd) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 36.35 (otuz altı, otuz beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1316.02 (min üç yüz on altı, sıfır iki) AZN məbləğində əsas kredit borcu, 256 (iki yüz əlli altı) AZN məbləğində faiz borcu, 62.92 (altmış iki, doxsan iki) AZN məbləğində cərimə borcu, ümumilikdə 1634.94 (min altı yüz otuz dörd, doxsan dörd) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 36.35 (otuz altı, otuz beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-552/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-552/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver