Məhkəmə qərarları › İş №2(072)-566/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-566/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-566/2023 29.12.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ilin iyun-iyul aylarında Cavabdeh ilə tanış olmuş və sonradan müəyyən vaxta qədər səmimi münasibətləri olmuşdur. Cavabdeh bu münasibətdən, eləcə də aralarıda olan inam və etibardan suiistifadə edərək, bəhrələnmə yolunu tutmuşdur. Belə ki, Cavabdeh İddiaçı avtomobil və digər məqsədlərlə 2016-cı ilin dekabr ayından 2018-ci ilin mart ayınadək borc aldığı məbləğlər (iddiaçının özündə apardığı qeydlər), yəni dekabr 2016-cı ildə 2500 manat, yanvar 2017-ci ildə 1000 manat, fevral 2017-ci ildə 1000 manat, mart 2017-ci ildə 1000 manat, aprel 2017-ci ildə 8000 manat təşkil edir. Qeydlərdə aprel ayından sonrakı ödənişlər aşağıda göstərilən qəbzlərdə öz əksini tapmışdır. Cavabdeh lizinq müqaviləsi (“KİA” markalı avtomobil üçün) üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər: - xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 800 manat, xx.xx.2017-ci il tarixdə 650 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 815 manat, xx.xx.2017-ci il tarixdə 900 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 700 manat, xx.xx.2018-ci il tarixdə 530 manat təşkil edir. Həmçinin aylıq ödənişləri etmədiyinə görə avtomobil lizinq təşkilatı tərəfindən duracağa yerləşdirildiyi vaxtda İddiaçı tərəfindən 2500 manat ödəniş edilərək, avtomobil duracaqdan götürülmüşdür. İddiaçı özündə apardığı digər qeydlərdən Cavabdeh ondan aldığı borc məbləğləri (2020-2021-ci illər): - 18500 manat əvvəlki borc (bu borca yuxarıda göstərilənlər daxil deyildir), 2100 manat gömrük ödənişi (Almaniya Federativ Respublikasından alınıb-gətirilmiş avtomobil üçün), - 2000 manat (əvvəlki avtomobil üçün yuxarıda qeyd edilən ödənişlər daxil olmayan təmir və digər xərcləri əhatə edir), 1700 manat şəxsi ehtiyaclar üçün alınmış borc, 3200 manat təhsil haqqı (cəm halında), imtahan üçün alınmış borclar-500 manat, Gürcüstan Respublikasına getmək üçün alınmış borc- 2200 manat, imtahan, avtomobil və şəxsi ehtiyac üçün 2175 manat, ad günləri, həkim və avtomobilə texniki xidmətlə bağlı alınmış borc- 1500 manat, cavabdehin anasının gözünün müayinəsi, əməliyyat edilməsi və s. üçün aldığı borc-1200 manat şəxsi ehtiyaclar üçün aldığı borclardır. Cavabdeh borcla aldığı mobil telefon və aksessuarlar: xx.xx.2016-cı il “Samsung A 510 Pink Gold” markalı mobil telefon-qiyməti 599 manat, xx.xx.2017-ci il “Samsung J 320 F Gold” markalı mobil telefon-qiyməti 338 manat, xx.xx.2020-ci il “İpone 11 White” markalı mobil telefon-qiyməti 1949 manat, xx.xx.2020-ci il “Samsung J 320 F Black” markalı mobil telefon-qiyməti 309 manat, 2021-ci il “Samsung” markalı mobil telefon, qiyməti zəmanətlə birlikdə-1100 manat, xx.xx.2022-ci il “Samsung M 526 Black” markalı mobil telefon- qiyməti 1099 manat, xx.xx.2021-ci il “Xiaomi Poso X3” markalı mobil telefon-qiyməti 754 manat, “Apple markalı” iki ədəd saat-qiyməti 1180 manat, “Samsung” markalı saat-qiyməti 600 manat təşkil edir. Adları qeyd edilən əşyaların alınması üçün müqavilələr və ödənişlər barədə sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Borc pulun ümumi məbləğ 65898 (altmış beş min səkkiz yüz doxsan səkkiz) AZN məbləği təşkil etsə də, lakin İddiaçı bu məbləğin 40100 (qırx min yüz) AZN məbləğini tələb edir. Qeyd edilənlərə ərasən, Cavabdeh 40100 (qırx min yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. 29 dekabr 2023-cü il tarixdə, saat 12:00-da təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsinə 2 saylı Əlavənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan TT2911728 saylı, 16 yanvar 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-ni xeyrinə 1000 (min) AZN məbləğində lizinq ödəniş həyata keçirmişdir. İş materiallarında olan TT3387974 saylı, 27 fevral 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 1000 (min) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT3659904 saylı, 27 mart 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 1000 (min) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT3870122 saylı, 12 aprel 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 800 (səkkiz yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT49547 saylı, 12 may 2017-ci il tarixli ödəniş qəbzrinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 650 (altı yüz əlli) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT603953 saylı, 30 iyun 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT1053521 saylı, 02 avqust 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 815 (səkkiz yüz on beş) AZN məbləğində lizinqi ödəniş həyata keçirmişdir. İş materiallarında olan 18810-368/17 saylı, 13 noyabr 2017-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 900 (doqquz yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirilmişdir. İş materiallarında olan TT**********182500 saylı, 18 yanvar 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT**********305500 saylı, 13 fevral 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT**********778500 saylı, 16 mart 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT**********476700 saylı, 09 aprel 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 700 (yeddi yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT**********952530 saylı, 21 may 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 530 (beş yüz otuz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış BL425261 saylı, 04 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin və həmin müqaviləyə əsasən ödəniş qəbzlərinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 2047 (iki min qırx yeddi) AZN məbləği olan əşya “alıcı-müştəri” X1, “alıcı-müştəri” X3 həmin əşyanın dəyərinə görə müxtəlif tarixlərdə “satıcı” "xxxx" MMC-nin xeyrinə pul ödənişi həyata keçirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış BL559237 saylı, 27 mart 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin və həmin müqaviləyə əsasən ödəniş qəbzlərinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 754 (yeddi yüz əlli dörd) AZN məbləği olan əşya “alıcı-müştəri” İddiaçı satılmış, “alıcı-müştəri” İddiaçı həmin əşyanın dəyərinə görə müxtəlif tarixlərdə “satıcı” "xxxx" MMC-nin xeyrinə pul ödənişi həyata keçirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış BL675399 saylı, 18 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin və həmin müqaviləyə əsasən ödəniş qəbzlərinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 1099 (min doxsan doqquz) AZN məbləği olan əşya “alıcı-müştəri” İddiaçı satılmış, “alıcı-müştəri” İddiaçı həmin əşyanın dəyərinə görə müxtəlif tarixlərdə “satıcı” "xxxx" MMC-nin xeyrinə pul ödənişi həyata keçirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış BL778727 saylı, 22 sentyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin və həmin müqaviləyə əsasən ödəniş qəbzlərinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 1154.99 (min yüz əlli dörd, doxsan doqquz) AZN məbləği olan əşya “alıcı-müştəri” İddiaçı satılmış, “alıcı-müştəri” İddiaçı həmin əşyanın dəyərinə görə müxtəlif tarixlərdə “satıcı” "xxxx" MMC-nin xeyrinə pul ödənişi həyata keçirmişdir. İş materiallarında olan ********** saylı, 22 avqust 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 211 (iki yüz on bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı tərəfindən Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə onun əvəzinə lizinq ödənişlərinin həyata keçirilib-keçirilməsi; 2. İddiaçı tərəfindən Cavabdeh əvəzinə nisyə alğı-satqı müqavilələrinə əsasən mobil telefon və aksessuarlara görə pul ödənişlərinin həyata keçirilib-keçirilməsi və 3. İddiaçı tərəfindən Cavabdeh əvəzinə avtomobilin duracaqdan çıxarılmasına, Almaniya Federativ Respublikasından avtomobil gətirilməsinə, avtomobilin təmirinə (avtombil ilə bağlı digər xərclər...), Gürcüstan Respublikasına getməsinə, təhsil haqqına (imtahan və s.), həkim müayinəsinə, müalicəsinə və cərrahiyyə əməliyyatına və eləcə də, Cavabdeh digər şəxsi ehtiyaclarına görə pul ödənişlərinin həyata keçirilib-keçirilməsi kimi hallar mülki işin “mübahisəli faktiki hal” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əsassız varlanma”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əsassız varlanma”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Məhkəmə iddia tələbinin “lizinq müqaviləsi üzrə həyata keçirilmiş ödənişin geri qaytarılması” hissəsində hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən lizinq müqaviləsindən irəli gələn öhdəlik onun təbiəti baxımından şəxsən icra edilməli olmayan öhdəlik olduğu, eləcə də tələbkarın razılığı tələb edilmədiyi üçün pul öhdəliyi “borclu”nun əvəzinə “üçüncü şəxs” tərəfindən icra edilə bilər. Bundan başqa, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən öhdəliyi icra etmiş “üçüncü şəxs”in “borclu”dan reqres qaydasında kreditora ödənilmiş əsas borc məbləğini, hətta məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etmək hüququ məhdudlaşdırılmamış və eləcə də, istisna edilməmişdir. Eyni zamanda, “üçüncü şəxs”in “borclu”dan reqres qaydasında icra edilmiş öhdəliyin əvəzini tələb etmək hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək” kimi əsas məqsədindən, “mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək və “mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək” kimi vəzifələrindən, eləcə də “mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması və pozulmuş hüquqların bərpasının təmin edilməsi” kimi prinsiplərindən irəli gəlir. Bundan başqa, məhkəmə hesab edir ki, öhdəliyi icra etmiş “üçüncü şəxs”in “borclu”dan reqres qaydasında kreditora ödənilmiş əsas borc məbləğini, hətta məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etmək hüququ mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyi üçün bu münasibətlərə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik norması, yəni qanunun analogiyası üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzminlənmiş “öhdəliyi icra etmiş zaminin hüquqları” norması tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, “varlanmış şəxs” Cavabdeh Çurad qızı hüquqi əsas olmadan (haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan...) “məhrum olan” İddiaçı hesabına pul vəsaiti formasında passiv formada əsassız varlanmışdır, yəni lizinq müqaviləsi üzrə lizinq ödənişləri “kreditoru”un xeyrinə “borclu” qismində özü tərəfindən deyil, “üçüncü şəxs” tərəfindən həyata keçirilmişdir. Məhkəmə iş materiallarında olan “lizinq müqaviləsi üzrə həyata keçirilmiş ödənişin geri qaytarılması” hissəsinə aid olan “18810-368/17 saylı, 13 noyabr 2017-ci il tarixli kassa mədaxil orderi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, kassa mədaxil qəbzində Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 900 (doqquz yüz) AZN məbləğində lizinq ödənişinin kimin tərəfindən həyata keçirilməsi qeyd edilmədiyinə görə lizinq ödənişini məhz İddiaçı ödəməsini sübut etmir. Tərtib edilmiş “18810-368/17 saylı, 13 noyabr 2017-ci il tarixli kassa mədaxil orderi” işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən ciddi qəbul edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, həm də Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən” iddia tələbinin “lizinq müqaviləsi üzrə həyata keçirilmiş ödənişin geri qaytarılması” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Bundan başqa, məhkəmə iddia tələbinin “nisyə alğı-satqı müqavilələrinə əsasən mobil telefon və aksessuarlara görə ödənilmiş pul vəsaitinin geri qaytarılması” hissəsində hesab edir ki, BL425261 saylı, 04 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi "xxxx" MMC ilə X3 arasında, digər müqavilələr-BL559237 saylı, 27 mart 2021ci il tarixli, BL675399 saylı, 18 yanvar 2022-ci il tarixli və BL778727 saylı, 22 sentyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi "xxxx" MMC ilə İddiaçı arasında bağlandığı, eləcə də bu müqavilələr üzrə müvafiq olaraq “borclu” şəxslər “kreditor”un xeyrinə müəyyən edilmiş məbləğdə pul ödəməli olduğu üçün İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqavilələrinə əsasən mobil telefon və aksessuarlara görə ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, həm də Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən” iddia tələbinin “nisyə alğı-satqı müqavilələrinə əsasən mobil telefon və aksessuarlara görə ödənilmiş pul vəsaitinin geri qaytarılması” hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması və cavabdehin bu pozuntunun edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən ilk əvvəl ərizəçinin iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməli, subyektiv hüququnun olması müəyyən edildiyi təqdirdə isə daha sonra iddia tələbinin qanuni əsası araşdırılmalı və hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə iddia tələbinin “avtomobilin duracaqdan çıxarılmasına, Almaniya Federativ Respublikasından avtomobil gətirilməsinə, avtomobilin təmirinə (avtombil ilə bağlı digər xərclər...), Gürcüstan Respubikasına getməsinə, təhsil haqqına (imtahan və s.), həkim müayinəsinə, müalicəsinə və cərrahiyyə əməliyyatına və eləcə də, digər şəxsi ehtiyaclara görə ödənilmiş pul vəsaitinin geri qaytarılması” hissəsində hesab edir ki, iddia edilən işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, məhz qeyd edilən məqsədlər üçün pul vəsaitinin xərclənməsi ilə bağlı halları əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “avtomobilin duracaqdan çıxarılmasına, Almaniya Federativ Respublikasından avtomobil gətirilməsinə, avtomobilin təmirinə (avtombil ilə bağlı digər xərclər...), Gürcüstan Respublikasına getməsinə, təhsil haqqına (imtahan və s.), həkim müayinəsinə, müalicəsinə və cərrahiyyə əməliyyatına və eləcə də, digər şəxsi ehtiyaclara görə ödənilmiş pul vəsaitinin geri qaytarılması” hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı, bununla yanaşı, cavabdeh tərəf məhkəməyə iddia tələbinə qarşı etiraz və işin mübahisəli faktiki hallarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 8495 (səkkiz min dörd yüz doxsan beş) AZN məbləğində pul və 44.47 (qırx dörd, qırx yeddi) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 8495 (səkkiz min dörd yüz doxsan beş) AZN məbləğində pul və 44.47 (qırx dörd, qırx yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar