Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-569/2023 13.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə 5 (beş) il müddətinə 500 (beş yüz) AZN məbləğində kredit limiti ayrılmışdır. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq digər Cavabdeh2 cəmiyyət qarşısında “zamin” durmuşdur. Belə ki, “borclu” cəmiyyət qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 18 avqust 2023-cü il tarixə banka 160.14 (yüz atmış, on dörd) AZN məbləğində əsas kredit borcu, 17.74 (on yeddi, yetmiş dörd) AZN məbləğində faiz borcu, 16.22 (on altı, iyirmi iki) AZN məbləğində cərimə borcu, 2 (iki) AZN müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, 9.60 (doqquz, atmış) AZN bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci və ümumilikdə 205.70 (iki yüz beş, yetmiş) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 160.14 (yüz atmış, on dörd) AZN məbləğində əsas kredit borcunun, 17.74 (on yeddi, yetmiş dörd) AZN məbləğində faiz borcunun, 16.22 (on altı, iyirmi iki) AZN məbləğində cərimə borcunun, 2 (iki) AZN müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, 9.60 (doqquz, atmış) AZN məbləğində bildirişlərin (pretenziya) göndərilməsi üçün poçt xidməti xərcinin, ümumilikdə 205.70 (iki yüz beş, yetmiş) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə 5 (beş) il müddətinə 500 (beş yüz) AZN məbləğində kredit kartı limiti ayrılmış və Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, digər Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilədən görünür ki, müqavilənin 4.14 və 4.19-cu maddələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faizin, cərimə borcunun, komissiya haqqının, məhkəmə və digər xərclərin ödənilməsi barədə bank qarşısında öhdəlik götürmüşlər. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 avqust 2023-cü il tarixə banka 160.14 (yüz atmış, on dörd) AZN məbləğində əsas kredit borcu, 17.74 (on yeddi, yetmiş dörd) AZN məbləğində faiz borcu, 16.22 (on altı, iyirmi iki) AZN məbləğində cərimə borcu, 2 (iki) AZN müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu, 9.60 (doqquz, atmış) AZN məbləğində bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci və ümumilikdə 205.70 (iki yüz beş, yetmiş) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 00455 saylı, 05 iyun 2023-cü il tarixli və 00518 saylı, 05 iyun 2023-cü il tarixli bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda “X1 Azərbaycan” QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. (Belə ki, 07 iyun 2023-cü il tarixli “Qumru-D Ekspres”-in məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “X1 Azərbaycan” QSC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məktubun çatdırılması və istifadəsində olan mobil telefon vasitəsilə əlaqə yaradılması mümkün olmamışdır...Qeyd: Bildirişlərin (pretenziya) göndərilməsi üçün ümumilikdə 9.60 (doqquz, atmış) AZN məbləğində poçt xidməti ödənilmişdir...) İş materiallarında olan ********** saylı, 18 avqust 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zakinlik müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 160.14 (yüz atmış, on dörd) AZN məbləğində əsas kredit borcu, 17.74 (on yeddi, yetmiş dörd) AZN məbləğində faiz borcu, 16.22 (on altı, iyirmi iki) AZN məbləğində cərimə borcu, 2 (iki) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 9.60 (doqquz, atmış) AZN məbləğində bildirişlərin (pretenziya) göndərilməsi üçün poçt xidməti xərci, ümumilikdə 205.70 (iki yüz beş, yetmiş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 160.14 (yüz atmış, on dörd) AZN məbləğində əsas kredit borcu, 17.74 (on yeddi, yetmiş dörd) AZN məbləğində faiz borcu, 16.22 (on altı, iyirmi iki) AZN məbləğində cərimə borcu, 2 (iki) AZN məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 9.60 (doqquz, atmış) AZN məbləğində bildirişlərin (pretenziya) göndərilməsi üçün poçt xidməti xərci, ümumilikdə 205.70 (iki yüz beş, yetmiş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-569/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-569/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver