Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-624/2023 28.11.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 15 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 23 avqust 2015-ci ildə “Yusif” 1 (bir) oğlan uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1070/2016 saylı, 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 23 avqust 2015-ci ildə anadan olmuş X2 özünün yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 70 (yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-621/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1070/2016 saylı, 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 70 (yetmiş) AZN sabit pul məbləğində alimentin miqdarının 100 (yüz) AZN sabit pul məbləği həddində artırılması qət edilmişdir. Ötən müddət ərzində Cavabdeh ödədiyi 100 (yüz) AZN sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan oğlan uşaqları Yusifin tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Onu da qeyd edir ki, uşaqları Yusif orta məktəbdə təhsil alır, onu saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Lakin Cavabdeh "xxxx" Konserv Zavodu MMC-də işləyir və onun müəyyən məbləğ qazancı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Zahir yetkinlik yaşına çatmayan oğlan uşaqları Yusifə layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir, hətta uzun müddətdir ki, onun ilə maraqlanmır. Düzdür, özü bir ana kimi uşaqlarına maddi və mənəvi cəhətdən köməklik edir. Lakin bu hal Zahiri bir valideyn, bir ata kimi öz doğma övladlarını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bütün bunlara baxmayaraq, o, Cavabdeh maddi imkanını, eləcə də ikinci dəfə ailə qurmasını və 1 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq, hər ay qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində deyil, 150 (yüz əlli) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsini tələb edir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-621/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, rəsmi nikahlarından 23 avqust 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 15 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və rəsmi nikahlarından 1 (bir) oğlan uşağı-23 avqust 2015-ci ildə X7 anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1070/2016 saylı, 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 23 avqust 2015-ci ildə anadan olmuş X2 İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 70 (yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 621/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1070/2016 saylı, 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 70 (yetmiş) AZN sabit pul məbləğində alimentin miqdarının 100 (yüz) AZN sabit pul məbləği həddində artırılması qət edilmişdir. O, hal-hazırda "xxxx" Konserv Zavodu MMC-də “fəhlə” vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 353.07 (üç yüz əlli üç, sıfır yeddi) AZN məbləği təşkil edir. Onu da qeyd edir ki, o, ikinci dəfə 23 sentyabr 2022-ci il tarixdə “Turan” adlı qadın ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və birgə nikahlarından 25 dekabr 2021-ci ildə “Zəhra” adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Eyni zamanda, bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, maddi imkanı daxilində hər zaman uşaqları Yusifə maddi, mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmiş və onun ehtiyaclarını qarşılamışdır. Ümumiyyətlə, o, bir valideyn kimi uşaqları X3 baxmaqdan, o cümlədən onun saxlanması üçün aliment ödəməkdən imtina etmir. Hər zaman uşaqlarına baxmağa və onun maddi, mənəvi ehtiyaclarını qarşılamağa hazırdır. Ümumiyyətlə, o, rəsmi nikahlarından 23 avqust 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə razıdır. Bu səbəbdən də, İddiaçı ona qarşı irəli sürdüyü “aliment məbləğinin artırılması” tələbinə dair iddianı qəbul edir. Bütün bunları nəzərə alaraq, iddia tələbinin təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-621/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, rəsmi nikahlarından 23 avqust 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 150 (yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1070/2016 saylı, 28 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 23 avqust 2015-ci ildə anadan olmuş X2 İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 70 (yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-621/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1070/2016 saylı, 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 70 (yetmiş) AZN sabit pul məbləğində alimentin miqdarı 100 (yüz) AZN sabit pul məbləği həddində artırılmaqla, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 23 avqust 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 100 (yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 257105 №-li, 21 fevral 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 21 fevral 2017-ci il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 10 № ilə qeyd edilmiş və nikah pozulduqdan sonra arvada “Süleymanova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 526169 №-li, 23 sentyabr 2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 23 sentyabr 2022-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 569 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Sayılova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 675087 №-li, 18 yanvar 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 25 dekabr 2021-ci ildə “X6” adında uşaqları anadan olmuşdur. İş materiallarında 78 saylı, 04 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" Konserv Zavodu MMC-də fəhlə vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 353.07 AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X2 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, alimentin miqdarının artırılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə müsbət təsirini, eləcə də aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-621/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin məbləği 150 (yüz əlli) AZN sabit pul məbləği həddində artırılmalı, tərəflərin rəsmi nikahından 23 avqust 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 150 (yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-621/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin məbləği 150 (yüz əlli) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin rəsmi nikahından 23 avqust 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 150 (yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-624/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-624/2023
28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver