Məhkəmə qərarları › İş №2(073)-1014/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1014/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1014/2024 05.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ağabala oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ağabala oğluna qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Ağabala oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağabala oğlundan 850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul məbləğlərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Ağabala oğlu, anadan gəlmə xəstəliyi olan övladının xəstəliklə bağlı sənədlərin düzəldilməsi və əlillik dərəcəsinin təyin olunması üçün ondan 2550 manat almışdır. Lakin həmin vaxdan bir müddət sonra başa düşmüşdür ki, Cavabdeh onu aldadaraq 2550 manat pul vəsaitini ələ keçirmişdir. O, cavabdehdən pulu qaytarmasını tələb etdikdən sonra, cavabdeh həmin 2550 manat məbləğin 1700 manatını qaytarmış, qalan 850 manatını isə hal-hazıra kimi qaytarmamışdır. O, bununla bağlı Cəlilabad rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş və Cavabdeh barəsində cinayət işi başlanılmışdır. Cəlilabad rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(073)-214/2022 saylı hökmü ilə Cavabdeh cinayət törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh ondan məhkəməyə pulun qaytarılmasını və ziyanın ödənilməsini təsdiq edən ərizə verməsini xahiş etmiş və pulu məhkəmədən sonra qaytaracağına söz vermişdir. Məhkəmədən sonra 2 dəfə 50 manat qaytarmış, lakin pulun qalan 850 manatını qaytarmamışdır. Hal-hazıradək cavabdeh ona qaytarmalı olduğu 850 manatı geri qaytarmamışdır. O, dəfələrlə pulunu qaytarmasını tələb etsə də, cavabdeh hal-hazıradək hər dəfə yalan vədlər verərək onu aldatmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Ağabala oğlu iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, həqiqətən də İddiaçı anadan gəlmə xəstəliyi olan övladına xəstəliklə bağlı sənədlərin düzəldilməsi və əlillik dərəcəsinin təyin olunması məqsədi ilə iddiaçıdan 2550 manat almışdır. Lakin iddiaçı onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra, iddiaçıdan aldığı 2550 manat pul vəsaitini iddiaçıya geri qaytarmışdır. Onun iddiaçıya heç bir qaydada və məbləğdə borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhərinin Petrovka adlanan ərazisində qəssab dükanı işlətmişdir. İddiaçı Almasov X1 rayonu Xəlilabad kəndində yaşasa da, ət lazım olduqda onun qəssab dükanından aldığına görə aralarında səmimi münasibətləri yaranmışdır. Cavabdeh Ağabala oğlu isə onunla qonşuluqda yaşamaqla, normal münasibətləri vardır. İddiaçı ilə cavabdeh arasında pul söhbətinə görə onun qəssab dükanında mübahisə yaranmış və o, hər ikisini sakitləşdirib, ortaq bir məxrəcə gəlmələrini təklif etmişdir. Həmin mübahisədə iddiaçı cavabdehdən pulunu qaytarmasını tələb etmiş, cavabdeh isə iddiaçıdan məhkəməyə pulun qaytarılması barədə ərizə verməsini və sonra pulu hissə-hissə qaytaracağını demişdir. Məhkəmədən sonra Cavabdeh İddiaçı 2 dəfə 50 manat qaytarmış, lakin pulun qalan 850 manatını qaytarmamışdır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(073)- 214/2022 saylı hökmündən görünür ki, Cavabdeh Ağabala oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan 09 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Ağabala oğlu İddiaçı anadan gəlmə xəstəliyi olan övladının xəstəliklə bağlı sənədlərinin düzəldilməsi və əlillik dərəcəsinin təyin etdirməsi adı ilə iddiaçıdan 2550 manat almışdır. İddiaçı sonradan başa düşmüşdür ki, cavabdeh iddiaçını aldadaraq 2550 manat pul vəsaitini ələ keçirmişdir. İddiaçı cavabdehdən pulunu qaytarmasını tələb etdikdən sonra, cavabdeh iddiaçıdan aldığı 2550 manat məbləğin 1700 manat hissəsini qaytarmış, qalan 850 manat hissəsini iddiaçıya qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən 850 manat pulunu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə yalan vədlər verərək hal-hazıradək iddiaçıya qaytarmalı olan 850 manat pulu geri qaytarmamışdır. Bununla da cavabdehin iddiaçıya 850 manat məbləğində borcu yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Ağabala oğluna qarşı 850 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh Ağabala oğlunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkə məhesab edirki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh Ağabala oğlundan 850 manat talınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edirki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumuda cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Ağabala oğlundan 850 (səkkiz yüz əli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyigündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar