Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1020/2023 12.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə 12 may 2023-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1390 (bir min üç yüz doxsan) manat əsas borc, 79,73 (yetmiş doqquz manat yetmiş üç qəpik) manat faiz borcu və 42,33 (qırx iki manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1512,06 (bir min beş yüz on iki manat altı qəpik) manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 24 ay müddətinə 3000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023cü ilin 10-dək Cavabdeh banka 21 sentyabr 2021-ci tarixli kredit müqaviləsi üzrə 1390 AZN əsas borc, 79.73 AZN faiz borcu və 84.65 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1554.38 AZN borcu vardır. Cavabdeh 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 84.65 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 42.33 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə ərizəni və işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli, 22-Y-1-0-1888-21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, hüquqi şəxs "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin adı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1390 (bir min üç yüz doxsan) manat əsas borc, 79,73 (yetmiş doqquz manat yetmiş üç qəpik) manat faiz borcu və 42,33 (qırx iki manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1512,06 (bir min beş yüz on iki manat altı qəpik) manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun İddiaçı ASC-yə borcu yaranmışdır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 21 sentyabr 2021 -ci il tarixli kredit müqaviləsi üzrə 1390 (bir min üç yüz doxsan) manat əsas borc, 79,73 (yetmiş doqquz manat yetmiş üç qəpik) manat faiz borcu və 42,33 (qırx iki manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1512,06 (bir min beş yüz on iki manat altı qəpik) manat və ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1390 (bir min üç yüz doxsan) manat əsas borc, 79,73 (yetmiş doqquz manat yetmiş üç qəpik) manat faiz borcu və 42,33 (qırx iki manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1512,06 (bir min beş yüz on iki manat altı qəpik) manat borc və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1020/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1020/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver