Məhkəmə qərarları › İş №2(073)-1035/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1035/2023

01.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1035/2023 01.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-402A, KOD 80600018 saylı şəhadətnamə ilə ona və ailə üzvlərinə məxsus olan 0,32 ha həyətyanı torpaq sahəsində başlamaq istədiyi hasarlama işlərinə, eləcə də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-402A, KOD 80600018 saylı şəhadətnamə ilə ona və ailə üzvlərinə məxsus olan 0,32 ha həyətyanı torpaq sahəsində başlamaq istədiyi hasarlama işlərinə, eləcə də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəsinə əlavə edilmiş sənədlərin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini, cavabdehin də işin mahiyyəti üzrə həll olunması tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-402A, KOD 80600018 saylı şəhadətnamə ilə ona və ailə üzvlərinə məxsus olan 0,32 ha həyətyanı torpaq sahəsində başlamaq istədiyi hasarlama işlərinə, eləcə də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar