Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-106/2023 09.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı «Unibank» KB Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Unibank» KB Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cəlilabad rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «Unibank» KB Açıq Səhimdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Unibank» KB Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi Rahim Seyfullayev məhkəməyə ərizə təqdim edərək cavabdehin «Unibank» KB Açıq Səhimdar Cəmiyyətinə olan kredit borcunu tam ödədiyini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəni və iş üzrə sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddiaçı nümayəndəsi iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən işin icraatına xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı İddiaçı «Unibank» KB Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iş üzrə iddiaçı iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən işin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-106/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-106/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver