Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1068/2024 23.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)- 608/2021 saylı qətnaməsi ilə 03 mart 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 300 manat müəyyən edilərək, Cavabdeh alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarş ıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-608/2021 saylı qətnaməsi ilə 03 mart 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 300 manat müəyyən edilərək, Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh ilə 2011-ci ildə ailə qurmuşlar, nikahlarını isə 23 sentyabr 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından uşaqları 03 mart 2014-cü il təvəllüdlü Zəhra doğulmuşdur. Cavabdehlə artıq uzun müddətdir ki, ayrılmışlar və hazırda da ayrı yaşayırlar. O, nikah qeydinin pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-608/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah qeydi pozulmuş, qızı Zəhra onun himayəsində saxlanılmış və uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Lakin hazırki vaxtda 120 manat uşağın təlabatlarını və normal həyat tərzi yaşamasını heç cürə ödəmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə 2011-ci ildə ailə qurmuşlar, nikahlarını isə 23 sentyabr 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından uşaqları 03 mart 2014-cü il təvəllüdlü Zəhra doğulmuşdur. İddiaçı nikah qeydinin pozulması və aliment tələbi ilə bağlı Cəlilabad rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 25 fevral 2021-ci il tarixli, 2(073)-608/2021 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarında bağlanmış nikah qeydi pozulmuş və 03 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 120 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. O, hazırda işsizdir, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimenti ödəməkdə çətinlik çəkir. Bundan əlavə valideynləri yaşlı olduğu üçün onlara da maddi cəhətdən köməklik edir. Bu səbəbdən də qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)- 608/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, X3 ilə Cavabdeh arasında Cəlilabad rayon Qeydiyyat şöbəsində bağlanmış 23 sentyabr 2011-ci il tarixli, 642 saylı nikah qeydi pozulmuş, 03 mart 2014-cü il tarixdə anadan olmuş X2 X1 yanında qalmasının müəyyən edilməsi, alimentin tutulması 25 yanvar 2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq 03 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi və iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli, 307/12 saylı nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah qeydi 31 mart 2021-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli, 308/12 saylı doğum haqqında arayışdan görünür ki, X4 03 mart 2014-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2011-ci ildə ailə qurmuşlar, nikahlarını isə 23 sentyabr 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından uşaqları 03 mart 2014-cü il təvəllüdlü Zəhra doğulmuşdur. İddiaçı cavabdehlə artıq uzun müddətdir ki, ayrılmışlar və hazırda da ayrı yaşayırlar. İddiaçı nikah qeydinin pozulması və aliment tələbi ilə bağlı Cəlilabad rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 25 fevral 2021-ci il tarixli, 2(073)-608/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah qeydi pozulmuş və cavabdehdən 03 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşağın normal saxlanılması üçün kifayət etmir. Cavabdeh isə müəyyən olunmuş alimentdən əlavə uşağının maddi cəhətdən saxlanmasında iddiaçıya heç bir köməklik etmir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 300 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda Cavabdeh aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və İddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda Cavabdeh hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə, alimentin hansı tarixdən tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 03 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)- 608/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay 180 manat müəyyən edilməli, 03 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 41,60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 03 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-608/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 120 (bir yüz iyirmi) manat alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat müəyyən edilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 03 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1068/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1068/2024
23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver