Məhkəmə qərarları › İş №2(073)-1071/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1071/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1071/2023 14.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və mümüqavilə üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müüqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə, həmin müqavilə üzrə Cavabdeh1 Banka olan 2370.26 manat əsas borc, 6.64 manat faiz borcu, 5.76 manat cərimə, cəmi 2382.66 (iki min üç yüz səksən iki manat altmış altı qəpik) manat məbləğində borcun və 43.83 (qırx üç manat səksən üç qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianın həcminin azaldılmasına dair ərizə verərək, izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK- MK N1952/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə illik 1 faiz olmaqla, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 2935.51 (iki min doqquz yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilə qədər 12 ay güzəşt müddəti olmaqla aldığı vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı zaminlik müqaviləsri bağlanmış və zaminlər kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Cavabdeh1 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən imtina etmişlər. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə, həmin müqavilə üzrə Cavabdeh1 Banka olan 1643.10 manat əsas borc, 0.44 manat faiz borcu, 5.76 manat cərimə, cəmi 1 649.30 (bir min altı yüz qırx doqquz manat otuz qəpik) manat məbləğində borcun və 43.83 (qırx üç manat səksən üç qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etifaf edərək, verdiyi izahatında göstərmişdir ki, onunla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı arasında bağlanmış xx.xx.2019cu il tarixli, GK-MK N1952/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən ona illik 1 faiz olmaqla, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 2935.51 (iki min doqquz yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə onunla razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilə qədər bankdan aldığı vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Maddi imkanı olmadığından borcunu tam ödəyə bilməmişdir. İddianı tam şəkildə etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı Güzəştli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 illik 1 faiz olmaqla, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 2935.51 (iki min doqquz yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilə qədər 12 ay güzəşt müddəti olmaqla bankdan aldığı vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı bank Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019cu il tarixli, GK-MK N1952/19 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 43.83 (qırx üç manat səksən üç qəpik) manat dövlət rüsumu ödəmişdir. İşdə olan bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir ödəniş etməmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK- MK N1952/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə illik 1 faiz olmaqla, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 2935.51 (iki min doqquz yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilə qədər 12 ay güzəşt müddəti olmaqla aldığı vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı zaminlik müqaviləsri bağlanmış və zaminlər kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Cavabdeh1 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən imtina etmişlər. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı bankın Cəlilabad filialı ilə cavabeh Cavabdeh2 və Cavabdeh3 Əligüşad oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı saylı zaminlik müqaviləsindən görünür ki, borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkџmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindəm iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43.83 (qırx üç manat səksən üç qəpik) manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Göstəfilənlərə əsaslanataq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK N1952/19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 1643.10 manat əsas borc, 0.44 manat faiz borcu, 5.76 manat cərimə, cəmi 1 649.30 (bir min altı yüz qırx doqquz manat otuz qəpik) manat məbləğində borc və 43.83 (qırx üç manat səksən üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar