Məhkəmə qərarları › İş №2(073)-109/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-109/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-109/2024 16.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim ƏmirəliyevElxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasındabaxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəte dərək, cavabdehdən 450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdiki, o, Cəlilabad şəhərində yaşayır və heç bir yerdə işləmir. 2023-cü ilin yanvar ayında özünə sosial müavinət düzəltdirmək istəyərkən, Cəlilabad rayon Ocaqlı kənd sakini Cavabdeh ona yaxınlaşaraq kömək edəcəyini və ona iş tapacağını bildirmişdir. O, Cavabdeh hansı işə düzələcəyini soruşduqda, Cavabdeh onu bağçada işə düzəldə biləcəyini bildirmişdir. O, Cavabdehlə razılaşmış, Cavabdeh əlaqə saxlamaq üçün onun telefon nömrəsini götürmüşdür. Sonradan Cavabdeh ona zəng edərək işin hazır olduğunu və bunun müqabilində ondan 1000 manat pul istəmişdir. O, Cavabdeh imkanının olmadığını bildirdikdə, Rahim pul olmasa işin alınmayacağını bildirmişdir. Sonradan o, 850 manat borc pul taparaq aparıb Cavabdeh vermişdir. Üstündən bir müddət keçməsinə baxmayaraq Cavabdeh xəbər çıxmayınca aldadıldığını anlamış və bundan sonra Cəlilabad Rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Verdiyi ərizə əsasında araşdırma aparılan zaman, Cavabdeh ondan 850 manat pul aldığını etiraf etmişdir. Həmin müddətdə Cavabdeh 850 manat pulun 400 manatını ona qaytarmış və 450 manat borclu qalmışdır. Cəlilabad Rayon Polis Şöbəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, sonradan qalan 450 manat borcu Rahimdən istəyərkən, Rahim ona bildirmişdir ki, “hara istəyirsən get müraciət et, qalan pulu sənə verməyəcəm”. Buna görədə o, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və şahidlərin izahatlarını dinləyib, işmateriallarını tam və hərtərəfl iaraşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı onun arvadıdır. Onlar özlərinə sosial müavinət düzəltdirmək istəyirmişlər və bu səbəbdən də o, özü və İddiaçı bütün vasitələrdən istifadə etmişlər. 2023-cü ilin yanvar ayında arvadı İddiaçı ona bildirmişdir ki, Cəlilabad rayon Ocaqlı kənd sakini Cavabdeh onlara kömək edə biləcəyinə və ona iş tapacağına söz vermişdir. Sonradan Cavabdeh İddiaçı zəng edərək işinin hazır olduğunu bildirmiş və bunun müqabilində İddiaçı 1000 manat pul istəmişdir. O, da Aygün Qurbanovla köməkləşərək 850 manat borc pul tapmışlar və İddiaçı aparıb Cavabdeh vermişdir. Üstündən bir müddət keçməsinə baxmayaraq Cavabdeh xəbər çıxmayınca aldadıldığını anlamışlar və bundan sonra İddiaçı Cəlilabad Rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Verdiyi ərizə əsasında araşdırma aparılmış və Cavabdeh İddiaçı aldığı 850 manat pulu etiraf etmişdir. İddiaçı Cəlilabad Rayon Polis Şöbəsinə şikayət ərizəsi verdiyi müddətdə Cavabdeh 850 manat pulun 400 manatını İddiaçı qaytarmış, lakin 450 manat borclu qalmışdır. İddiaçı qalan 450 manat borcu Rahimdən istəyərkən, Rahim qalan pulu İddiaçı qaytarmayacağını bildirmişdir. O, Cavabdeh İddiaçı 450 manat borcu olduğunu təsdiq edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, İddiaçı onun gəlinidir. İddiaçı 2023-cü ilin yanvar ayında özünə sosial müavinət düzəltdirmək istəyərkən, Cəlilabad rayon Ocaqlı kənd sakini Cavabdeh ona yaxınlaşaraq kömək edəcəyini və ona iş tapacağını bildirmişdir. Sonradan Cavabdeh İddiaçı zəng edərək işinin hazır olduğunu və bunun müqabilində İddiaçı 1000 manat pul istəmişdir. İddiaçı 850 manat borc pul taparaq aparıb Cavabdeh vermişdir. Üstündən bir müddət keçməsinə baxmayaraq Cavabdeh xəbər çıxmayınca aldadıldığını anlamışlar və bundan sonra İddiaçı Cəlilabad Rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Verdiyi ərizə əsasında araşdırma aparılan zaman, Cavabdeh ondan 850 manat pul aldığını etiraf etmişdir. Həmin müddətdə Cavabdeh 850 manat pulun 400 manatını İddiaçı qaytarmış, lakin 450 manat borclu qalmışdır. İddiaçı qalan 450 manat borcu Rahimdən istəyərkən, Rahim İddiaçı bildirmişdir ki, “hara istəyirsən get müraciət et, qalan pulu sənə verməyəcəm”. Buna görədə İddiaçı məhkəməyə müraciət etmişdir. O, təsdiq edir ki, Cavabdeh İddiaçı 450 manat borcu qalmışdır. İşdə olan Cavabdeh tərəfindən imza edilməklə yazılmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Verdiyev X1 rayon sakini İddiaçı 800 manat borc aldığını, həmin məbləğin 400 manat məbləğini qaytardığını, qalan 400 manat məbləği isə bu ayın, yəni 2023-cü ilin may ayının 30-31-nə kimi qaytaracağına söz vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, iddiaçı ilə cavabdeh 2023-cü ilin yanvar ayında sosial müavinət düzəltmək istəyərkən Cəlilabad rayon Ocaqlı kənd sakini Cavabdeh ona yaxınlaşaraq kömək edəcəyini və iş tapacağını bildirdi. İddiaçı ondan hansı işə düzələcəyini soruşduqda o, bağçada işə düzəldə biləcəyini bildirdi. İddiaçı Cavabdeh ilə razılaşaraq, əlaqə saxlamaq üçün telefon nömrəsini ona vermişdir. Sonradan Cavabdeh ona zəng edərək işin hazır olduğunu və 1000 manat pul istədiyini bildirdi. Aygün imkanının olmadığını bildirdik də, Rahim pul olmasa işin alınmayacağını bildirdi. Sonradan Aygün 850 manat borc pul taparaq Cavabdeh verdi. Üstündən bir müddət keçməsinə baxmayaraq Cavabdeh xəbər çıxmayınca aldadıldığını anladı. Bundan sonra Cəlilabad Rayon Polis Şöbəsinə şikayət ərizəsi verib, araşdırm aparılıb və Cavabdeh 850 manat pulu aldığını etiraf edib. Həmin müddətdə Cavabdeh 850 manat pulun 400 manatını qaytardı və 450 manat borclu qaldı. Cəlilabad Rayon Polis Şöbəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildi. Aygün sonradan Rahimdən 450 manat borcu istəyərkən, Rahim ona “hara istəyirsən get müraciət et, qalan pulu sənə verməyəcəm” deyə bildirib. Buna görədə iddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edirki, İddiaçı Cavabdeh qarşı 450 manat pul tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 450 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar