Məhkəmə qərarları › İş №2(073)-1097/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1097/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1097/2023 20.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı Əlizadə oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Əlizadə oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 20 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əlizadə oğlu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 15075 (on beş min yetmiş beş) manat məbləğində pulun, 2200 (iki min iki yüz) manat əldən çıxmış faydanın və ödənilmiş 141,82 (yüz qırx bir manat səksən iki qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Əlizadə oğlu iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə yaxın münasibətləri olduğu üçün 16 iyun 2021-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlamaqla ona 16 fevral 2023-cü il tarixədək qaytarmaq şərti ilə 15075 (on beş min yetmiş beş) manat borc pul vermişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməyərək hazırkı tarixə kimi ona olan borcunu qaytarmamışdır. O, dəfələrlə cavabdehdən pulu tələb etsə də, cavabdeh borcunu ödəməkdən dolayı yolla imtina etmişdir. O, mebel alıb-satmaqla məşğuldur. Cavabdeh ona olan borcunu vaxtında qaytarsaydı o, həmin pulla mebel alıb-satmaqla müəyyən gəlir əldə edə bilərdi. Lakin cavabdeh borcunu vaxtında qaytarmadığı üçün ona zərər vurmuşdur. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı Əlizadə oğlu məhkəmədə ona qarşı pul tələbi ilə bağlı iddia qaldırmışdır. İddia ilə tanışdır və iddianı qismən etiraf edir. Onun iddiaçıya 15075 (on beş min yetmiş beş) manat borcu olmuşdur. O, İddiaçı olan borcundan 2000 (iki min) manat ödəmişdir. Onun iddiaçıya hazırda 13075 (on üç min yetmiş beş) manat borcu qalmışdır. Qalan borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli elektron kredit müqaviləsindən görünür ki, İddiaçı Əlizadə oğlu Cavabdeh 15075 (on beş min yetmiş beş) manat məbləğində borc vermiş, Cavabdeh krediti xx.xx.2023-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Əlizadə oğlu məhkəməyə müraciət edərkən 141,82 (yüz qırx bir manat səksən iki qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Həsənov X1 Sübhi Ələsgər oğlu ilə 16 iyun 2021-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlamaqla ona 16 fevral 2023-cü il tarixədək qaytarmaq şərti ilə 15075 (on beş min yetmiş beş) manat məbləğində borc pul vermişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilədə göstərilən tarixə kimi İddiaçı olan borcunu tam qaytarmamışdır. Hazırkı vaxtadək X2 Həsənova olan borcundan 2000 (iki min) manat qaytarmış, hazırda iddiaçıya 13075 (on üç min yetmiş beş) manat borcu vardır. Beləliklə, Cavabdeh İddiaçı Əlizadə oğluna 13075 (on üç min yetmiş beş) manat məbləğində borcunun olması tərəflərin məhkəmədə verdiyi ifadəsi ilə də təsdiq olunur. Məhkəmə İddiaçı Əlizadə oğlunun 2200 (iki min iki yüz) manat əldən çıxmış fayda tələbinə qiymət verərək hesab edir ki, iddiaçı məhkəməyə onu təsdiq edəcək heç bir sübut təqdim etmədiyindən təmin edilməməlidir . Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 13075 (on üç min yetmiş beş) manat məbləğində pul alınıb İddiaçı Əlizadə oğluna verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 141,82 (yüz qırx bir manat səksən iki qəpik) manat dövlət rüsumu da Cavabdeh alınıb İddiaçı Əlizadə oğluna verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13075 (on üç min yetmiş beş) manat məbləğində pul və iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 141,82 (yüz qırx bir manat səksən iki qəpik) manat dövlət rüsumu alınıb, İddiaçı Əlizadə oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar