Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1099/2025 08.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 06 iyun 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cəlilabad Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(073)- 1127/2023 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 246 manat sabit pul məbləğində təyin edilməsi və cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyun 2021ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cəlilabad Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(073)-1127/2023 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 246 manat sabit pul məbləğində təyin edilməsi və cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı 06 iyun 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cəlilabad Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(073)- 1127/2023 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 246 manat sabit pul məbləğində təyin edilməsi və cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1099/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1099/2025
08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver