Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1131/2024 25.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Yadulla qızına qarşı cavabdehlərdən 3270 manat məbləğində maddi zərərin alınaraq onlara ödənilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Yadulla qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cəlilabad rayonunun Sabirabad kənd sakinləri Cavabdeh1, Cavabdeh4, sonuncunun oğlu Cavabdeh2 və arvadı Cavabdeh3 Yadulla qızından 3270 manat (üç min iki yüz yetmiş) manat məbləğində maddi zərərin alınaraq onlara ödənilməsinə və məhkəmə xərclərinin cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonunun Sabirabad kəndində mövcud olmuş “Azərbaycanın 40 illiyi" adına sovxozun həyətyanı torpaq sahəsi ayrılması barədə olan müvafiq əmrləri əsasında mərhum ataları Cəfərov Cəfər Qasım oğluna - xx.xx.1996-cı il tarixli, 86 saylı əmrlə kəndin cənub tərəfindən 0.12 ha torpaq sahəsi, İddiaçı1 xx.xx.1994-cü il tarixli, 106 saylı əmrlə kəndin cənub tərəfindən 0.12 ha torpaq sahəsi, İddiaçı3 xx.xx.1997-ci il tarixli, 01 saylı əmrlə 0.12 ha həyətyanı torpaq sahəsi, İddiaçı2 xx.xx.1997-ci il tarixli, 01 saylı əmrlə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Bundan başqa ona Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonunun Sabirabad kəndində sənədi ilə 0,10 hektar torpaq sahəsi ayrılıb verilmiş və bu barədə ona “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1112A, KOD 80605028 saylı şəhadətnamə də verilmişdir. Qeyd olunan torpaq sahələri ilə qonşuluqda “Azərbaycanın 40 illiyi” adına sovxozun həyətyanı torpaq sahəsi ayrılması barədə olan xx.xx.1996-cı il tarixli, 61 saylı əmri ilə şəhid ailəsi olan X4 0.15 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmin həyətyanı torpaq sahələrinin ayrılması onlara və şəhid ailəsi X4 torpaq barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli, 3-48-12RA/2-411 saylı və 23 yanvar 2024-cü il tarixli 3-48-12RA/2-30 saylı Arxiv çıxarışları vardır. Atasının vəfatından sonra Sabirabad bələdiyyəsinin keçmiş sədri və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Sabirabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi onların ailə üzvlərinin, yəni atası Cəfər Cəfərovun, onun, İddiaçı2 və İddiaçı3 qanuni sənədlər əsasında əldə edib istifadə etdiyi torpaq sahələrini onlardan almaq üçün müxtəlif qanunsuzluqlara əl atmışlar. Həmin vaxt Sabirabad bələdiyyəsinin sədri Sabirabad bələdiyyəsinin adından iddiaçı kimi ona qarşı Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, onun Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Cəlilabad Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(073)-135/2021 saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sabirabad bələdiyyəsinin keçmiş sədrləri tərəfindən onların istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsinin Sabirabad bələdiyyəsinin mülkiyətində olmasına dair qanunsuz və saxta yolla ƏMDK yanında DƏDRX-nin 16 noyabr 2020-ci il tarixli çıxarışı alınmış və həmin çıxarış əsasında adı çəkilən bələdiyyə və Cavabdeh1 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi Cavabdeh1 satılmış və həmin torpaq sahəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdir. Bundan sonra Cavabdeh1 2022-ci ildə ona qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2019-cu il tarixli, **********92 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsindən onun çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 ona qarşı qeyd olunan iddia ərizəsi ilə bağlı, o, da Cavabdeh1 qarşı çıxarışın ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və ona (iddiaçıya) təhvil verilməsi, torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələblərinə dair ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş, lakin Cəlilabad Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(073)-1067/2022 saylı qərardadı ilə onun Cavabdeh1 qarşı iddia ərizəsi geri qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsi ilə Cavabdeh1 iddia ərizəsi təmin edilmiş və sonra ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışla Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, A 633711 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə Cəlilabad rayon Sabirabad kəndində yerləşən həmin 0,12 ha torpaq sahəsi Cavabdeh1 adına tərtib edilmişdir. Onların istifadəsində olan həmin 0,12 ha torpaq sahəsinin qeyri qanuni yolla və saxta sənədlər əsasında Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olması barədə ƏMDK yanında DƏDRX tərəfindən 16 noyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan isə qeyd olunan 0,12 ha torpaq sahəsi Sabirabad bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Bundan sonra isə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışa əsasən həmin 0,12 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Onlara məxsus olmaqla istifadələrində olmuş 0,12 ha torpaq sahələrinin Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması və Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınması barədə qeyd olunan çıxarışlar heç bir hüquqi əsasları olmadan qeyri-qanuni və saxta yollarla əldə olunmuşdur. Onlara edilən zorakılıq və qanunsuzluqlar son illərdə daha da artmışdır. Bundan əlavə cavabdehlər onların qeyd olunan torpaq sahəsində əkdikləri taxılı, mərcini, tərəvəzi və digər kənd təsərrüfatı məhsullarını traktorla qəsdən şumlayıb məhv etmiş, torpaq sahəsinin ətrafına çəkdikləri dəmir setkanı məhv edib yararsız hala salmışlar, onların əkin sahəsinə öz atlarını və heyvanlarını buraxıb əkin sahələrini, ora əkdikləri taxılı, kartofu və digər kənd təsərrüfatı məhsullarını məhv etməklə onlara xeyli miqdarda maddi zərər vurmuşlar. Bununla bağlı o, 2023-cü ilin dekabr ayında Cəlilabad rayon polis şöbəsinə müraciət etmiş, polis şöbəsində müvafiq araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və ona dəymiş maddi zərərlə bağlı aidiyyəti üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması izah edilmişdir. Cavabdehlər tərəfindən onlara vurulmuş ziyanla bağlı tərtib olunmuş 08 mart 2023-cü il tarixli aktda da göstərilir ki, “08 mart 2023cü il tarixdə Cəlilabad rayonunun Sabirabad kəndində biz aşağıda imza edənlər - Cəlilabad rayonu Qarazəncir kənd sakinləri - İddiaçı1, X10 (şəhid atası), Sabirabad kənd sakini X1 iştirakı ilə tərtib edirik bu aktı ondan ötrü ki, “bu gün müəyyən etdik ki, Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən onlara məxsus 0,88 sot torpaq sahəsində əkdiyimiz tərəvəz bitkilərini, yaşayış evinin 17 metr uzunluqlu mal tövləsinin və sahənin ətrafina çəkilmiş dəmir setkanı, əsasən mal tövləsini uçurmuşlar. Bütün bunları Cəlilabad rayonu Sabirabad kəndində yaşayan qonşusu Cavabdeh2 Elbəy oğlu və atası X6 və Elbəy Cabbarovun arvadı Səlminaz Cabbarova 08 mart 2023-cü il tarixdə törətmişlər”. Ona və X5 ümumilikdə 3000 manat ziyan dəymişdir. Akt istənilən idarə və təşkilata, həmçinin hüquq mühafizə orqanlarına təqdim etmək üçün tərtib edilmişdir. Həmçinin dəyən ziyanları əks etdirən fotolar çəkilmiş də hal-hazırda mövcuddur. Aktın doğruluğunu imzalarla təsdiq edirik.” Eyni zamanda vurulmuş maddi ziyanla bağlı ona dəymiş maddi ziyanın hesablanması ilə bağlı Cəlilabad DAİM-in bitkiçilik sektorunun müdiri X2 tərəfindən rəy hazırlanmışdır. Həmin rəydə göstərilir ki, “Cəlilabad RPS-nin 07 dekabr 2023-cü il tarixli, 28/3393 saylı müraciəti ilə Sabirabad kənd sakini İddiaçı1 dəymiş maddi ziyanı müəyyən etmək üçün vətəndaşın iştirakı ilə əkin sahəsinə tərəfimizdən baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, vətəndaş ona və ailə üzvlərinə məxsus bir hektar şumladığı torpaq sahəsinə taxıl əkmək məqsədilə buğda toxumu səpmiş və əkin aparmaq istədikdə həmkəndlisi ona mane olmuş, nəticədə toxum sahədə bir neçə gün qalmaqla həm itkiyə məruz qalmış, həm də əkin üçün yararlığını itirmişdir. Səpin zamanı aqrotexniki qaydaya və səpin normasına uyğun olaraq 220 kiloqram toxumdan istifadə olunmuşdur. Əkin dövründə toxumluq buğdanın qiyməti sort və repraduksiyadan asılı olaraq 0.70-1.00 AZN arasında dəyişsə də vətəndaş istifadə etdiyi buğda toxumunun hər kiloqramını 0.80 AZN-ə aldığını bildirdi”. Göstərilən torpaq sahəsinin bələdiyyə torpaq vergisi illər üzrə onlar tərəfindən və şəhid ailəsi X7 tərəfindən ödənilmişdir. Qeyd olunan Akt və Rəy üzrə cavabdehlər tərəfindən onlara 08 mart 2023-cü il tarixli, Akt üzrə 3000 manat, qeyd olunan Rəy üzrə buğdanın alınmasına görə 176 manat və buğdanın əl ilə səpilməsinə görə 40 manat-cəmi 216 manat olmaqla, ümumilikdə 3216 manat, 54 manat dövlət rüsumu əlavə edilməklə yekun olaraq 3270 manat maddi zərər vurulmuşdur. Cavabdehlər hazırda da onların həmin torpaq sahəsindən normal istifadə etmələrinə imkan vermirlər. Göründüyü kimi, cavabdehlər tərəfindən onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də həmin çıxarışların qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız oldğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli, 3-48-12RA/2-411 saylı Arxiv çıxarışından görünür ki, “Azərbaycan 40 illiy" adına sovxozun xx.xx.1996-cı il tarixli, 86 saylı əmri ilə mərhum Cəfərov Cəfər Qasım oğluna kəndin cənub tərəfindən 0.12 ha, həmin sovxozun xx.xx.1994-cü il tarixli, 106 saylı əmri ilə kəndin cənub tərəfindən İddiaçı1 0.12 ha, həmin sovxozun xx.xx.1997-ci il tarixli, 01 saylı əmrləri ilə İddiaçı3 və İddiaçı2 hər birinə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN 1112A, KOD 80605028 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı1 mülkiyyətinə Cəlilabad rayon Sabirabad kəndində 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********27 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Sabirabad kəndində yaşayış məntəqələri təyinatlı 0,12 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş və bu barədə 02 avqust 2021-ci il tarixdə, ********** saylı qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad RPS-nin 07 dekabr 2023-cü il tarixli, 28/3393 saylı müraciəti əsasında, Cəlilabad rayon Sabirabad kənd sakini İddiaçı1 dəymiş maddi ziyanın hesablanması ilə bağlı Cəlilabad DAİM-in bitkiçilik sektorunun müdiri X2 tərəfindən hazırlanmış rəydən görünür ki, Sabirabad kənd sakini İddiaçı1 dəymiş maddi ziyanı müəyyən etmək üçün vətəndaşın iştirakı ilə əkin sahəsinə tərəflərindən baxış keçirilmiş. Baxış zamanı müəyyən olunmuşdur ki, vətəndaş ona və ailə üzvlərinə məxsus bir hektar şumladığı torpaq sahəsinə taxıl əkmək məqsədilə buğda toxumu səpmiş və əkin aparmaq istədikdə həmkəndlisi ona mane olmuş, nəticədə toxum sahədə bir neçə gün qalmaqla həm itkiyə məruz qalmış, həm də əkin üçün yararlığını itirmişdir. Səpin zamanı aqrotexniki qaydaya və səpin normasına uyğun olaraq 220 kiloqram toxumdan istifadə olunmuşdur. Əkin dövründə toxumluq buğdanın qiyməti sort və repraduksiyadan asılı olaraq 0.70-1.00 AZN arasında dəyişsə də vətəndaş istifadə etdiyi buğda toxumunun hər kiloqramını 0.80 AZN-ə aldığını bildirmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)- 399/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı1 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixdə, **********27 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 Cəlilabad rayonu, Sabirabad kəndində mülkiyyətinə verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçı Cavabdeh1 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdeh İddiaçı1 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına, iddiaçı Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 311 manat isə cavabdehdən alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi və iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023cü il tarixli, 2(106)-1152/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(102)-428/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(106)-1152/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, mövcud olmuş “Azərbaycan 40 illiy" adına sovxozun xx.xx.1996-cı il tarixli, 86 saylı əmri ilə mərhum Cəfərov Cəfər Qasım oğluna kəndin cənub tərəfindən 0.12 ha, həmin sovxozun xx.xx.1994-cü il tarixli, 106 saylı əmri ilə kəndin cənub tərəfindən İddiaçı1 0.12 ha, həmin sovxozun xx.xx.1997-ci il tarixli, 01 saylı əmrləri ilə İddiaçı3 və İddiaçı2 hər birinə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı1 Cəlilabad rayonunun Sabirabad kəndində 0,10 hektar torpaq sahəsi verilmiş və bu barədə ona Torpağın mülkiyyətə verilməsinə dair JN 1112A, KOD 80605028 saylı şəhadətnamə verilmişdir. Cavabdehlər iddiaçıların qeyd olunan torpaq sahəsində əkdikləri taxılı, mərcini, tərəvəzi və digər kənd təsərrüfatı məhsullarını traktorla qəsdən şumlayıb məhv etmiş, torpaq sahəsinin ətrafına çəkdikləri dəmir setkanı məhv edib yararsız hala salmışlar, onların əkin sahəsinə öz atlarını və heyvanlarını buraxıb əkin sahələrini, ora əkdikləri taxılı, kartofu və digər kənd təsərrüfatı məhsullarını məhv etməklə iddiaçılara 3000 manat miqdarında maddi zərər vurmuşlar. Bundan başqa iddiaçı Cəfərov X3 RPS-nə şikayət etdikdən sonra, Cəlilabad RPS-nin müraciəti əsasında, İddiaçı1 dəymiş maddi ziyanın hesablanması ilə bağlı Cəlilabad DAİM-in bitkiçilik sektoru tərəfindən hazırlanmış rəydə, İddiaçı1 dəymiş maddi ziyanı müəyyən etmək üçün iddiaçının iştirakı ilə əkin sahəsinə baxış keçirilmiş və baxış zamanı şumlanılmış bir hektar torpaq sahəsinə taxıl əkmək məqsədilə buğda toxumu səpmiş və əkin aparmaq istədikdə həmkəndlisi ona mane olmuş, nəticədə toxum sahədə bir neçə gün qalmaqla həm itkiyə məruz qalmış, həm də əkin üçün yararlığını itirmişdir. Səpin zamanı aqrotexniki qaydaya və səpin normasına uyğun olaraq 220 kiloqram toxumdan istifadə olunmuş, əkin dövründə toxumluq buğdanın 1 kiloqramını 0.80 manata aldığına görə 176 manat və buğdanın əl ilə səpilməsinə görə 40 manat olmaqla, iddiaçılara ümumilikdə 3216 manat maddi zərər vurulmuşdur. Lakin iddiaçıların mübahisləndirdikləri, Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********27 reyestr nömrəli çıxarışa əsasən 02 avqust 2021-ci il tarixdə Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Bundan əlavə Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixdə, **********27 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 Cəlilabad rayonu Sabirabad kəndində mülkiyyətinə verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçı Cavabdeh1 qaytarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(106)-1152/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(102)-428/2024 saylı qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(106)-1152/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda göstərilən xüsusatlar iddiaçılara vurulan maddi zərərin cavabdehlər tərəfindən vurulmasını istisna edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Məhkəmə hesab edir ki, iddiaçılar ərizədə və izahatda cavabdehlərin onların qeyd olunan torpaq sahəsində əkdikləri taxılı, mərcini, tərəvəzi və digər kənd təsərrüfatı məhsullarını traktorla qəsdən şumlayıb məhv etmələrini, torpaq sahəsinin ətrafına çəkdikləri dəmir setkanı məhv edib yararsız hala salmalarını, onların əkin sahəsinə öz atlarını və heyvanlarını buraxıb onların əkin sahələrini, əkdikləri taxılı, kartofu və digər kənd təsərrüfatı məhsullarını məhv etməklə onlara 3000 manat miqdarında maddi zərər vurmalarını və bundan əlavə onlara məxsus bir hektar şumladıqları torpaq sahəsinə taxıl əkmək məqsədilə buğda toxumu səpib, əkin aparmaq istədikdə cavabdehlərin onlara mane olmaları nəticəsində toxumun sahədə bir neçə gün qalmaqla həm itkiyə məruz qalmasını, həm də əkin üçün yararlığının itirməsi nəticəsində (aqrotexniki qaydaya və səpin normasına uyğun olaraq 220 kiloqram toxumdan istifadə olunduğu, əkin dövründə buğda toxumunun hər kiloqramı 0.80 manat olması, buğdanın alınmasına görə 176 manat olması və buğdanın əl ilə səpilməsinə görə 40 manat olması) nəzərə alınmaqla, cəmi 216 manat miqdarında, ümumilikdə 3270 manat miqdarında maddi zərər vurmalarını bildirsələr də, həmin maddi zərərin cavabdehlər tərəfindən vurulmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin iş materialları ilə cavabdehlərin iddiaçılara ümumilikdə 3270 manat maddi zərərin yetirilməsində təqsirinin olması öz təsdiqini tapmamışdır və buna görə də yetirilmiş ziyanla bağlı cavabdehlərin üzərinə məsuliyyət qoyula bilməz. Bundan başqa məhkəmə araşdırması zamanı da cavabdehlər tərəfindən iddiaçılara ümumilikdə 3270 manat məbləğində maddi zərərin vurulması halları öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Yadulla qızına qarşı cavabdehlərdən 3270 manat məbləğində maddi zərərin alınaraq onlara ödənilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması tələbində haqlı deyillər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Yadulla qızına qarşı cavabdehlərdən 3270 manat məbləğində maddi zərərin alınaraq onlara ödənilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 54 manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Yadulla qızına qarşı cavabdehlərdən 3270 manat məbləğində maddi zərərin alınaraq onlara ödənilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1131/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1131/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver