Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1134/2024 27.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, 27 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulun ondan (cavabdehdən) tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək Cavabdeh qarşı məhkəmədə maddi ziyan tələbi ilə bağlı iddia qaldırıldığını, məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh Xətai Rayon Məhkəməsinin 1(011)-309/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və onun icrasına dair göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə İddiaçındə qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və həmin tarixdə ona “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Məhkum Cavabdeh Xəzər Rayon Məhkəməsinin 1(003)-220/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və bu səbəbdən ona tətbiq edilmiş elektron qolbaq üzərindən açılmış və digər avadanlıqlarla birlikdə xx.xx.2024-cü il tarixli aktla Elektron Monitorinq İdarəsinə təhvil verilmiş, lakin mobil qurğunun məhkumun üzərində olmadığı aşkar olunmuşdur. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli texniki rəydə Attenti sadə qolbağının komplektasiyasının pozulduğu, komplektə daxil olan mobil qurğu, adapter və kaburanın aşkarlanmadığı və bu səbəbdən həmin cihazın istifadəyə tam yararsız olduğu bildirilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277,40 manat təşkil edir. Məhkum tərəfindən dəymiş ziyan ödənilmədiyindən və mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulun Cavabdeh tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-309/2022 saylı, 10 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2(iki) il 2(iki) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı tərəfindən Cavabdeh hüquq və vəzifələri izah olunaraq “Attenti” markalı 35631699 nömrəli elektron nəzarət vasitəsi quraşdırılaraq təhvil verilmişdir. Məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir İşdə olan 06 yanvar 2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə axşam saat 8-9 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yolu keçən vaxt yıxıldığını və elektron nəzarət vasitəsinin mobil nəzarət qurğusunun itməsindən xəbərinin olmadığını, mobil qurğunun axtarılması barədə polisə müraciət edəcəyini, tapılmadığı halda onun dəyəri olan 2277.40 manatı dövlət büdcəsinə ödəməyə hazır olduğunu bildirmişdir. İşdə olan 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsinin mobil nəzarət qurğusunu itirdiyindən və nəzarət vasitəsi olmadığından ona hüquq və vəzifələri izah olunmuşdur. İşdə olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-220/2024 saylı, 17 yanvar 2024-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, işdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-309/2022 saylı, 10 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 2 il 2 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanmaqla 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsindən emal üçün götürülmüş Attenti sadə qolbağının komplektasiyası pozulmuşdur. Yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu, adapter və kabura aşkarlanmamışdır. Cihazın komplekti təkrar istifadəyə yararsızdır. İşdə olan maliyyə arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edi Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı tərəfindən ona təhkim olunmuş elektron nəzarət vasitəsini təhvil verməmiş (itirmiş), nəticədə iddiaçıya 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən elektron nəzarət vasitəsini təhvil vermədiyinə (itirdiyinə) görə iddiaçıya 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277.40 manat Bakı şəhəri Maliyyə İdarəsinin hesabına tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1134/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1134/2024
27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver