Məhkəmə qərarları › İş №2(073)-1155/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1155/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1155/2023 04.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclası zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kapital Bank» ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 1300.7 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 81.25 manat əldən çıxmış fayda, 1211.39 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 75.71 manat əldən çıxmış fayda, 848.85 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 53.05 manat əldən çıxmış fayda, 1362.01 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 85.13 manat əldən çıxmış fayda, ümumilikdə 5017.46 (beş min on yeddi manat qırx altı qəpik) manat pul vəsaitinin və 70.18 (yetmiş manat on səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında ərizə verərək iddianı etiraf etdiyini, işə onun (cavabdehin) iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus 2 ədəd plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kartlar cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesablarından (borcluya məxsus kart hesablarının ********************, ********************, **********05218108, ********************) 01.01-xx.xx.2022-ci il tarixləri aralığında «onlayn» ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka 1300.07 manat, 1211.39 manat, 848.85 manat və 1362.01 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsiat qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müaraciət etmək zərurəti yaranmışdır. İddiaçı Bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2, 445.7-ci maddələrinə istinad edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ödəniş kartı üzrə olan çıxarışdan görünür ki, Cavabdeh “BirKart Umico” plastik kartı üzrə hesab açılmışdır. Həmin çıxarışdan görünür ki, Cavabdeh “BirKart Umico” plastik kartı ilə xx.xx.2022ci ildən xx.xx.2023-cü il tarixədək müxtəlif əməliyyatlar aparmışdır. İşdə olan ödəniş kartı üzrə olan çıxarışdan görünür ki, Cavabdeh “VSDC Elektron” plastik kartı üzrə hesab açılmışdır. Həmin çıxarışdan görünür ki, Cavabdeh “BirKart Umico” plastik kartı ilə xx.xx.2021ci ildən xx.xx.2023-cü il tarixədək müxtəlif əməliyyatlar aparmışdır. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 70.18 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 72.74 manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1300.7 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 81.25 manat əldən çıxmış fayda, 1211.39 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 75.71 manat əldən çıxmış fayda, 848.85 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 53.05 manat əldən çıxmış fayda, 1362.01 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 85.13 manat əldən çıxmış fayda, ümumilikdə 5017.46 (beş min on yeddi manat qırx altı qəpik) manat pul və 70.18 (yetmiş manat on səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar